İzahlı lüğət

TƏQLİDÇİLİK (ID - 38936)

is. Təqlid etmə, təqlid çıxarma xasiyyəti. Təbriz xalqında təqlidçilik Şərqin başqa xalqlarına nisbətən bir neçə qat artıqdır. M.S.Ordubadi.

TƏQLİDƏN (ID - 38937)

zərf [ər.] Təqlid edərək, oxşadaraq, bənzədərək, yamsılayaraq. Tibb bacısı yenə həkimə təqlidən rəsmi bir əda ilə dedi. M.Hüseyn.

TƏQRİBƏN (ID - 38938)

zərf [ər.] Dəqiq deyil, təxmini, təqribi; təxminən. [Çopo:] Təqribən on səkkiz-on doqquz yaşlarında olan bu qız son dərəcə ciddi və bəlkə bir az da sərt-təbiətli idi. Çəmənzəminli. Təqribən bir-iki saat keçmiş qəfildən...

TƏQRİBİ (ID - 38939)

sif [ər.] Təqribən, təxminən, təxmini. Təqribi hesablama.

TƏQRİR (ID - 38940)

is. [ər.] 1. Yerini təyin etmə.
Möhkəmləndirmə.
Bəyan etmə.

TƏQSİM (ID - 38941)

is. [ər.] Hissələrə bölmə, bölüşdürmə; bölgü. .. Vərəsələr bu təqsimə razı idilər. S.Hüseyn. □ Təqsim etmək - bölmək, bölüşdürmək. Çünki Sərdar Rəşidin vərəsələri Təbrizə gəldikdən və ev şeylərini öz aralarında...

TƏQSİR (ID - 38942)

is. [ər.] Adi, hamı tərəfindən qəbul olunmuş, hamı üçün məcburi qaydalara, əxlaq norma və qaydalarına zidd hərəkət; günah, suç. Əmiraslan təqsiri boynuna alıb əmisindən üzr istədi. S.S.Axundov. Peşimanam, bağışla, sorma...

TƏQSİRKAR (ID - 38943)

is. [ər. təqsir və fars. ...kar] bax təqsirli. // Səbəbkar.

TƏQSİRKARLIQ (ID - 38944)

is. Təqsirlilik, günahkarlıq, müqəssirlik, suçluluq.

TƏQSİRLİ (ID - 38945)

sif. Təqsiri, günahı olan, bir şeydə təqsirləndirilən; suçlu, təqsirkar. [Heydər bəy:] Murov, naçalnikin qərəzi nədir, buyursun görüm, burada təqsirli yoxdur ki, ondan qaça! M.F.Axundzadə.

TƏQSİRNAMƏ (ID - 38946)

is. [ər. təqsir və fars. ...namə] İttihamnamə, ittiham vərəqəsi. [Muxtar Firəngizə:] Bağışlanmaz bir canini mühakimə edərkən belə, təqsirnaməsini ondan gizlətmirlər. B.Bayramov.

TƏQSİRSİZ (ID - 38947)

sif. Təqsiri, günahı olmayan: günahsız, gücsüz.

TƏQSİRSİZLİK (ID - 38948)

is. Təqsiri, günahı olmama: günahsızlıq, suçsuzluq.

TƏQTİ (ID - 38949)

is. [ər.] ədəb. Şerin hər misrasında durğuya, fasiləyə əsaslanan bölgü (həm heca və əruz vəznlərində, həm də sərbəst nəzmdə olur).

TƏQVİM (ID - 38950)

is. [ər.] 1. Vaxtın, təbiətin dövraşırı hadisələrinə əsasən hesablanma sistemi; kalendar. □ Hicri təqvim - bax tarixihicri. Miladi təqvim - xristian dininə görə İsanın anadan olduğu gündən hesablanan və hazırda işlənən təqvim.
2....

TƏLAŞ (ID - 38951)

[ər.] is. 1. Həyəcan, iztirab, təşviş, həyəcan və iztirab içində tələsmə, əl-ayağa düşmə, təşvişə düşmə. Tellinin təlaşı [Səfəri] heyrətə gətirdi.. Çəmənzəminli. □ Təlaş etmək - bax təlaşa düşmək. [Cəmil...

TƏLAŞLI (ID - 38952)

sif. və zərf İztirablı, təşvişli, həyəcanlı, təlaş içərisində. Ulduz təlaşlı fikirləri başından qovmaq üçün daha artıq səylə işləyir, özünü yorurdu. Ə.Məmmədxanlı.

TƏLATÜM (ID - 38953)

is. [ər.] 1. Tufan, bərk ləpələnmə, dalğalanma, coşma. Dənizdə .. elə bir təlatüm var idi ki, heç deməyə gəlməz. Ə.Sadıq. □ Təlatümə gəlmək - bərk dalğalanmaq, ləpələnmək, coşmaq. Bir azdan sonra, bərk yel əsib tufan...

TƏLATÜMLÜ (ID - 38954)

sif. və zərf 1. Coşqun, dalğalı, tufanlı. Bu gün Adriatik dənizi son dərəcə təlatümlü idi. S.Vəliyev.
2. məc. Həyəcanlı, təlaşlı, iztirablı; kəşməkeşli. Məsumə daxilən nə qədər təlatümlü idisə, zahirən o qədər...

TƏLƏ (ID - 38955)

is. Vəhşi və ov heyvanlarını və ya quşları, eləcə də siçan və s. tutmaq üçün cürbəcür qurğu. Sərçəni bir qırğı edərkən şikar; Bir tələyə oldu qəzadan düçar. A.Səhhət. Tələyə də bir zorba siçovul çoxdan düşüb...

TƏLƏB (ID - 38956)

is. [ər.] 1. Bir şeyi israrla, qəti şəkildə xahiş və ya təklif etmə, istəmə. Onun tələbini nəzərə aldılar. Sənin tələbin nədir? Teymurun yalvarışları da, tələbi də, təhdidi də nəticəsiz qaldı. M.Hüseyn. □ Tələb etmək
1)...

TƏLƏBAT (ID - 38957)

is. [ər. “tələb” söz. cəmi] 1. Tələb, tələb etmə, tələb olunan şeylər. Xalqın tələbatı. - Günlərin birində Qətibə bu tələbatı bir daha aralığa atdığı zaman Qızıl Arslan qəti surətdə rədd cavabı verib dedi. M.S.Ordubadi.
2....

TƏLƏBDAR (ID - 38958)

[ər. tələb və fars. ...dar] köhn. bax müddəi 1 -ci mənada. [Məmmədəli:] Məcid və Qurbanəli, duruz qabağa; Məcid tələbdar, Qurbanəli cavabdeh. N.Vəzirov.

TƏLƏBƏ (ID - 38959)

TƏLƏBƏLİK (ID - 38960)

is. Ali məktəbdə və ya texnikumda tələbə olma, oxuma, təhsil alma. Sonradan polis məmurları darülfünun binasında durub, gələn tələbələrin tələbəlik biletlərini yoxlamağa başladılar. T.Ş.Simurq. [Cəmilə] Əhmədin tələbəlik...

TƏLƏBKAR (ID - 38961)

sif və is. [ər. tələb və fars. ...kar] 1. Çox böyük və ciddi şeylər tələb edən, hər şeyə çox ciddi yanaşan; ciddi, zabitəli. Tələbkar müəllim. Tələbkar sex rəisi.
[Salman] zəif və qorxaqlara özünü təpərli, tələbkar,...

TƏLƏBKARLIQ (ID - 38962)

is. Tələbkar olma. Özünə qarşı tələbkarlıq. - Mustafanın tələbkarlığı, işin ağası kimi tərpənməsi bütün az çalışıb çox qoparmaq istəyənlərin bəhanəsini kəsdi.. Mir Cəlal.

TƏLƏBNAMƏ (ID - 38963)

is. [ər. tələb və fars. ...namə] Bir şeyin verilməsi və ya bir işin görülməsi, yaxud bir şəxsin müəyyən adamın sərəncamına göndərilməsi haqqında rəsmi xahiş (kağız). Amerika qəzetləri yazırlar ki, buranın arvadlar cəmiyyəti...

TƏLƏF (ID - 38964)

is. [ər.]: tələf etmək (eləmək) - məhv etmək, yox etmək, öldürmək, yoxa çıxarmaq. [Koroğlu:] Şəhərə belə girsək, bizi tanıyar, uşaqları tələf eləyərlər. “Koroğlu” . Ovları qorumaq lazımdır ki, hər ötən öz nadanlığına...

TƏLƏFAT (ID - 38965)

is. [ər. “tələf” söz. cəmi] Hərbi əməliyyat, təbii fəlakət, qəza və s. nəticəsində sıradan çıxan adam, əşya, maşın, tikili və s.; zayeat. Müəllim Mirzə Əliqulu bizə dedi ki, zəlzələnin zərəri nəhayətdir, xah can...

TƏLƏFFÜZ (ID - 38966)

is. [ər.] Bir hərfi və ya sözü, kəlməni söyləmə xüsusiyyəti, tərzi. Tələffüz xatası. Aydın tələffüz. Düzgün tələffüz. □ Tələffüz etmək - sözü, kəlməni düzgün və ya yanlış söyləmək, demək. ..[Dürrə] “plankton”...

TƏLƏFXƏRC (ID - 38967)

[ər.] bax bədxərc.

TƏLƏFXƏRCLİK (ID - 38968)

bax bədxərclik. [Səttar bəy:] Bu gör necə höcətdir ki, onların acığına qızıllarını satıb, daha da artıq tələfxərclik edir. N.Vəzirov.

TƏLƏKƏ (ID - 38969)

sif. Köhnə cır-cındır.

TƏLƏM-TƏLƏSİK (ID - 38970)

zərf Tez, tələsik; tələsə-tələsə, əlüstü. Mehman birtəhərlə tələmtələsik aradan çıxdı. S.Rəhimov. Qadınlar tələm-tələsik tabağı, süfrəni, təndiri örtdülər. Mir Cəlal.

TƏLƏSDİRMƏ (ID - 38971)

“Tələsdirmək”dən f.is.

TƏLƏSDİRMƏK (ID - 38972)

f Bir işi tez görməyi xahiş və ya tələb etmək, işi tələsik gördürmək. Rizvan Gülpərini tələsdirirdi. S.Hüseyn.
tələsə-tələsə zərf Tələsik, tələsərək, tələm-tələsik, səbirsizliklə. Aydın məcbur oldu ki, tələsə-tələsə...

TƏLƏSİK (ID - 38973)

zərf Tələsə-tələsə, tez-tez, tələm-tələsik; tez, cəld. [Mərcan bəy] tələsik daxil olur, yaxşı geyinmişdir. Ü.Hacıbəyov. Şair tələsik qocadan ayrılıb, özünü içəri saldı. Ə.Məmmədxanlı. // sif. Təcili, təxirsiz. Əlimdə...

TƏLƏSKƏN (ID - 38974)

sif. İş görərkən çox tələsən, səbirsizlik göstərən. Tələskən adam.

TƏLƏSKƏNLİK (ID - 38975)

is. Tələsmə xasiyyəti; səbirsizlik, hövsələsizlik.

TƏLƏSMƏ (ID - 38976)

“Tələsmək”dən f.is.

TƏLƏSMƏDƏN (ID - 38977)

zərf Tələsməyərək, aramla, sakitcə, yavaş-yavaş, ağır-ağır. Teymur tələsmədən ağır addımlarla yoluna davam etdi. H.Seyilbəyli.

TƏLƏSMƏK (ID - 38978)

f Bir işi mümkün qədər tez, çapıq yerinə yetirməyə çalışmaq; səbirsizlik göstərmək, əcələ etmək. Fərmanla Dilbər öz aralarında evlənmək işini danışıb qurtarsalar da, toy etməyə tələsmirdilər. Ə.Sadıq. Şamama aramla...

TƏLƏT (ID - 38979)

is. [ər.] 1. Üz, sima.
Görkəm, zahiri görünüş. Tülu etmə, çıxma (Günəş).

TƏLX (ID - 38980)

sif. [fars.] 1. Acı.
2. məc. Pis.

TƏLXƏK (ID - 38981)

is. 1. Keçmişdə: padşahların, feodalların saraylarında gülməli hərəkətləri və zarafatları ilə öz ağalarını və onların qonaqlarını əyləndirən şəxs. Saray təlxəyi. - Təlxəklər bütün kələklərini meydana qoydular. Çəmənzəminli.
2....

TƏLXƏKLİK (ID - 38982)

is. 1. Təlxəyin işi, peşəsi (bax təlxək 1-ci mənada). [Xan:] Belə mirzələrin peşəsi təlxəklikdir. S.Rəhimov.
2. Adam güldürmə, oyunbazlıq. Təlxəklikdən əl çək!

TƏLİF (ID - 38983)

is.[ər.] Kitab tərtib etmə, əsər yazma.

TƏLİQƏ (ID - 38984)

is. [ər.] Müəyyən məsələ haqqında rəsmi məktub. Rüstəm bəy hirsindən təliqəni kənara atıb düşüncəyə daldı. Çəmənzəminli. [Sədr] dərkənar qoyulmuş təliqəni Dəmirova uzatdı. S.Rəhimov.

TƏLİM (ID - 38985)

is. [ər.] 1. Öyrətmə, dərs vermə, oxutma, tədris. Zərdabi Azərbaycan dilində təlimə xüsusi diqqət verirdi. □ Təlim etmək (vermək) - dərs vermək, öyrətmək. ..Balalara təlim vermək kimi uca bir vəzifəyə napaklıq yaraşmırdı....

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed