İzahlı lüğət

TƏLİM

is. [ər.] 1. Öyrətmə, dərs vermə, oxutma, tədris. Zərdabi Azərbaycan dilində təlimə xüsusi diqqət verirdi. □ Təlim etmək (vermək) - dərs vermək, öyrətmək. ..Balalara təlim vermək kimi uca bir vəzifəyə napaklıq yaraşmırdı. Çəmənzəminli.
Qoşun və s. nizami bölmələrdə əsgərə döyüş və silah işlətmə üsul və qaydalarını öyrətmə; əsgəri məşq. Atəş təlimi.. Topçuluq təlimi. - Böyük bir həvəslə bağlandı möhkəm; Hərbi təliminə, hərbi məşqinə. M.Rahim. Təlimdən yorğun-arğın və islanmış halda qayıdan əsgərlər çadırlara doldular. Ə.Abasov. □ Təlim vermək - sirk və s.-də çıxış etmək üçün heyvanlara müxtəlif hərəkətlər öyrətmək. Ayıya təlim vermək. Təlim keçmək təlimatçının rəhbərliyi altında məşq keçmək; öyrətmək. Qarovul batalyonunda üç aydan artıq idi ki, təlim keçirdik. Mir Cəlal.
Hər hansı bir sahə haqqında nəzəriyyə, nəzəri sistem, nəzəri müddəaların məcmusu. // Hər hansı bir alimin, mütəfəkkirin əsas müddəaları, görüşlərinin məcmusu, görüşlər sistemi. H.Zərdabinin təbiət haqqındakı təlimi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

TAL

TE

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed