İzahlı lüğət

TƏLXƏK

is. 1. Keçmişdə: padşahların, feodalların saraylarında gülməli hərəkətləri və zarafatları ilə öz ağalarını və onların qonaqlarını əyləndirən şəxs. Saray təlxəyi. - Təlxəklər bütün kələklərini meydana qoydular. Çəmənzəminli.
2. Keçmişdə: meydanlarda, küçələrdə və s. yerlərdə gülməli nömrələr göstərən şəxs; oyunbaz. [Təlxək] üzünə dəridən bir üzlük taxıb, aşağıda oyun çıxarar və yamsılamaqla pul yığardı. H.Sarabski. // Adamları güldürən, əyləndirən, zarafatcıl adam. [Ədhəm] istedadlı bir təlxək idi, həm özü gülürdü, həm də başqalarını güldürürdü. M.Hüseyn. [Məsumə Firəngizə:] Burax [Köçərini] getsin, təlxəyin birisidir, dilinə dil çatdıra bilməzsən. B.Bayramov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed