
TƏLƏSMƏKf Bir işi mümkün qədər tez, çapıq yerinə yetirməyə çalışmaq; səbirsizlik göstərmək, əcələ etmək. Fərmanla Dilbər öz aralarında evlənmək işini danışıb qurtarsalar da, toy etməyə tələsmirdilər. Ə.Sadıq. Şamama aramla danışsa da, bir az tələsirdi. Ə.Əbülhəsən. // Tez-tez, becid getməyə səy etmək, bir yerə tez çatmağa çalışmaq. Evimizdən ayrılanda çox da tələsmirdim. C.Məmmədquluzadə. ..Ağarza kəmərini bağlayıb .. tələsdi. Mir Cəlal.
Paylaşın - Hamı bilsin
|