İzahlı lüğət

TAMHÜQUQLU (ID - 38286)

sif. Bütün hüquqlara malik olan, hər cür hüququ olan. Tamhüquqlu vətəndaşlar.

TAMHÜQUQLULUQ (ID - 38287)

is. Bütün hüquqlara malik olma, hər cür hüququ olma, tamhüquqlu olma.

TAMLAMA (ID - 38288)

“Tamlamaq”dan f.is.

TAMLAMAQ (ID - 38289)

bax tamamlamaq.

TAMLI (ID - 38290)

sif. 1. Dadlı, ləzzətli. Tamlı xörək. Tamlı yeməklər.
2. Bir qədər başqa dad verən, başqa dadan, ...dadlı.

TAMLIQ (ID - 38291)

is. Tam şeyin halı; tam halda olma; tamamlıq, bütünlük, bütövlü. T.Məmmədovun bu heykəl qrupu tamlıq və möhtəşəmlik təsiri oyadır. “İncəsənət” .

TAMMETRAJLI (ID - 38292)

sif. Kino. Bir seansda göstərilmək üçün kifayət qədər uzunluğu olan (kinolent, film haqqında).

TAMPON (ID - 38293)

[fr.] bax piltə 2-ci mənada.

TANA (ID - 38294)

is. 1. Sırğa. Qızıl tana. - Qızıl üzük, zər bilərzik; Qulağında tana gəlir. Aşıq Əli.
2. Texnikada: əsasən halqa və ya yarımhalqa şəklində müxtəlif birləşdirici detalların adı.

TANIQ (ID - 38295)

is. qəd. Şahid.

TANIMA (ID - 38296)

“Tanımaq”dan f.is.

TANIMAQ (ID - 38297)

f 1. Bir adamı, şeyi və s. görərkən, keçmişdə onunla tanış olduğunu, tanışlığını xatırlamaq. Cəbhə dostunu tanımaq. Keçmiş sinif yoldaşını tanımaq. // Tanış olmaq, tanışlığı olmaq. [Yaqut:] Onu tanıyıram. Adı Yaşardır....

TANIMAZLIQ (ID - 38298)

is.: özünü tanımazlığa vurmaq (qoymaq) - özünü tanımır kimi, tanış olmayan kimi göstərmək. Əsli xan özünü tanımazlığa vurdu ki, qızlar bilməsinlər. “Əsli və Kərəm” .

TANINMA (ID - 38299)

“Tanınmaq”dan f.is.

TANINMAQ (ID - 38300)

“Tanımaq”dan məch. [Xaqani:] Yazsaydım qəsidə əgər hər zaman; Şərqə tanınmazdı sevimli Şirvan. M.Rahim. Ağazal öz motosikletinin yanında durub, başına qazan kimi girdə papaq qoymuşdu, üzü yaxşı seçilmirdi, güclə tanınırdı....

TANINMAZ (ID - 38301)

zərf və sif 1. Tanınmayacaq dərəcədə dəyişmiş, tanınmayacaq şəklə düşmüş, çox dəyişilmiş, əvvəlki vəziyyətindən heç bir əsər-əlamət qalmamış. Zavod tanınmaz dərəcədə genişləndiriləcəkdir. □ Tanınmaz olmaq...

TANINMAZLIQ (ID - 38302)

is. Tanınmaz şəklə düşmüş adamın və s.-nin halı.

TANINMIŞ (ID - 38303)

sif. Məşhur, adlı-sanlı, ad qazanmış. Tanınmış alim. Tanınmış artist. Tanınmış idmançı. - [Fərman] ölkənin məşhur, tanınmış qızı ilə yarışa girmişdi. Ə.Sadıq.

TANIŞ (ID - 38304)

sif. 1. Tanışlığı olan, əvvəllər görüşmüş, bir-birini tanıyan. İndidən hər kəs ki tanış kəndlilərindən birinə rast gəlir, qaçıb kəndlinin qabağını kəsib deyir. C.Məmmədquluzadə. [Şükür] nazir ilə tanış bir parlaman...

TANIŞ-BİLİŞ (ID - 38305)

TANIŞDIRMA (ID - 38306)

“Tanışdırmaq”dan f.is.

TANIŞDIRMAQ (ID - 38307)

f Tanış eləmək. [Aydın Surxaya:] Sən niyə məni [Gültəkinlə] tanışdırdın, niyə? C.Cabbarlı.

TANIŞLIQ (ID - 38308)

is. Tanışların bir-birinə münasibəti, tanış olma. Şahmar hələ tanışlıqlarının ilk günlərində .. Nərminəni özündən bircə an da ayrı təsəvvür etmirdi. B.Bayramov. // Yaxınlıq, bələdlik; ünsiyyət. Könlümün səninlə...

TANIŞMA (ID - 38309)

“Tanışmaq”dan f.is.

TANIŞMAQ (ID - 38310)

qarş. 1. Bir-biri ilə tanış olmaq. // Görüşmək, əlaqə saxlamaq, aralarında ülfət yaranmaq. Fatma çox görmüşdü ki, oğlan özgə vilayətlərdə biri ilə tanışır. Mir Cəlal.
2. məc. Tanış olmaq, məşğul olmaq. Gah yazır,...

TANIŞ-TUNUŞ (ID - 38311)

dan. bax tanış-biliş. Danışıqlar çox idi və tanış-tunuş da komandan dəftərxanasının qarşısına toplanmışdı. B.Talıblı.

TANITDIRMA (ID - 38312)

“Tanıtdırmaq”dan f.is.

TANITDIRMAQ (ID - 38313)

f . 1. Tanış olduğunu bildirmək, bir-birlərini tanıdıqlarını bildirmək; tanışlıq vermək. [Hümmət] ..əvvəlcə səs eləyib, özünü itə tanıtdırardı. B.Bayramov.
2. Məşhurlaşdırmaq, ad-san qazandırmaq. Pyes dramaturqu xalqa...

TANITMA (ID - 38314)

“Tanıtmaq”dan f.is.

TANITMAQ (ID - 38315)

f . 1. Tanış etmək, kim olduğunu bildirmək, tanışlıq vermək. İndi bizə lazımdır ki, Yusif Sərracı tanıdaq ki, kimdir? M.F.Axundzadə. Kimdir axı, adı nədir? Tanıt bir bu adamı. N.Rəfibəyli.
2. Məşhurlaşdırmaq, şöhrətini...

TANİN (ID - 38316)

is. [fr.] Dəri aşılanmasında, yazı mürəkkəbi istehsalında və s. istifadə olunan bitki mənşəli aşılayıcı maddə.

TANK1 (ID - 38317)

TANK2 (ID - 38318)

[ing.] xüs. Mayeləri saxlamaq və ya daşımaq üçün xüsusi şəkildə düzəldilmiş bak, sistem və s.

TANKÇI (ID - 38319)

is. Tank qoşunlarında xidmət edən hərbi qulluqçu.

TANKER (ID - 38320)

[ing.] Maye yükləri daşımaq üçün böyük gəmi (bu gəmilərdə neft və s. mayelər birbaşa gəminin bölmələrə - tanklara ayrılmış korpusuna tökülür). Ağır-ağır hərəkət edən böyük sahil kranları, gəmilər, tankerlər, ..dəniz...

TANKET(KA)1 (ID - 38321)

[rus., əsli ing.] Pulemyotlarla silahlanmış itigedən kiçik tank.

TANKETKA2 (ID - 38322)

[rus., əsli ing.] dan. Altlığı pəncədən dabana doğru getdikcə qalınlaşan yüngül ayaqqabı.

TANKQAYIRAN (ID - 38323)

sif Tank qayırmaqla məşğul olan. Tankqayıran zavod.

TANKQAYIRMA (ID - 38324)

is. Tank və ya tank üçün alət və cihazlar qayırmaq sahəsinə aid (zavod və s.) Tankqayırma sənayesi.

TANKODROM (ID - 38325)

[ing. tank və yun. dromos] Tankları sınaqdan keçirmək və tankçılarla təlim keçmək üçün xüsusi yer.

TANKVURAN (ID - 38326)

sif. Düşmən tanklarını vurmaq üçün işlədilən. Burada bir dəstə əsgər avtomatı, ikinci dəstə tankvuran silahı öyrənirdi. Ə.Əbülhəsən.

TANQAH (ID - 38327)

is. köhn. Pul, var-dövlət, dövlət. ..Qasımdan sonra ailəsi üçün nəinki heç bir tanqah qalmamışdı, hətta kişinin uzun müddət işsiz və naxoş olması və axırda ölməsi ailəni böyük borca salmışdı. T.Ş.Simurq.

TANQAHLI (ID - 38328)

sif. köhn. Tanqahı olan; varlı, dövlətli, pullu.

TANQO (ID - 38329)

[isp. tango] Ağır-ağır oynanılan ikibölgülü rəqs və həmin rəqsin musiqisi.

TANRI (ID - 38330)

is. Allah. [Elxan:] Mənim tanrım başqalarına zərər verməz azad diləklərimdir. Cabbarlı.
□□ Tanrı bəndəsi - bax Allah bəndəsi
(“Allah” da). [Nənəxanım:] [Şaqqulunun] özünün də avara gəzdiyi bəsdir, gedim, bir tanrı...

TANRIÇI (ID - 38331)

sif köhn. Allahpərəst, Allaha inanan, mömin. [Molla Əkbər:] Bu, tarçı Əsəd deyildi... tanrıçı Əsəd idi... Yaxşı adam idi... B.Talıblı.

TANTAL (ID - 38332)

is. [lat.] Elementlərin dövrü sisteminin V qrupundan Ta-kimyəvi element.

TAP (ID - 38333)

təql. Yuxarıdan düşən şeyin çıxardığı səs.
tap-tap, tap-tup təql. Təkrarlanan “tap” səsi. Ayaqların tap-tupu arasından yalnız bu sözləri eşitmək olurdu. B.Talıblı.

TAPAN (ID - 38334)

is. 1. Qırı, asfaltı, torpağı döyəcləyib bərkitmək və hamarlamaq üçün ortasına dəstə vurulmuş qalın taxta parçasından ibarət alət; döyəc. Tapanla asfaltı tapanlamaq.
2. Müxtəlif hörgülərdə hissələri bir-birinə bənd...

TAPANÇA (ID - 38335)

is. Müxtəlif sistemli odlu kiçik əl silahı. Tapança atmaq. Tapança patronu. Tapança qoburu. - Tərlan özünü itirməyib cibindəki tapançasını çıxartdı. M.Hüseyn.
□□ Tapança kimi açılmaq - bax barıt kimi açılmaq (“barıt”...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed