İzahlı lüğət

TƏKBƏTƏK (ID - 38836)

zərf 1. Birbəbir, bir-bir, hərəni ayrı-ayrılıqda. Xalqın hünərindən danışar sənə; Dindirsən təkbətək hər kəsi burda. S.Rüstəm. Murad dayı bizim hamımızı təkbətək tanıyır. İ.Əfəndiyev.
2. Mübarizədə, vuruşmada,...

TƏKBİR (ID - 38837)

is. [ər.] Namaz qılan zaman deyilən “Allahu əkbər” (Allah böyükdür).

TƏKBUYNUZ(LU) (ID - 38838)

sif Yalnız bir buynuzu olan; birbuynuzlu, taybuynuz. Təkbuynuz öküz.

TƏKCƏ (ID - 38839)

sif. Ancaq tək, bircə. [Duma:] Bu Aydəmir mənim təkcə qardaşımın yoldaşıdır. Cabbarlı. // zərf Ancaq özü, tək. Təkcə oturmaq. Təkcə qalmaq.

TƏKDƏNBİR (ID - 38840)

bax arabir. Gülpəri ocağın qırağında oturub, sinidə düyü arıtlayır, təkdənbir də əsnəyirdi. M.Hüseyn. Hərdən maşın səsi eşidilir, yaxın yollarda təkdənbir arabaya rast gəlmək olurdu. Ə.Əbülhəsən.

TƏKDIRNAQLILAR (ID - 38841)

cəm zool. Bir və ya üç dırnağı olan məməli heyvanlar. Atların, eşşəklərin və kərgədanların barmaqlarının sayı tək (bir və ya üç) olur. Bu heyvanlar təkdırnaqlılar dəstəsinə aiddir.

TƏKDİR (ID - 38842)

is. [ər.] kit. Pisləmə, qəbahətləndirmə, danlama, bəyənməmə. ..Tiflisdə “Molla,” nın intişarı şəriətmədarların əlinə təkdir çomağı verdi. C.Məmmədquluzadə. □ Təkdir etmək - pisləmək, pis hesab etmək, qəbahətləndirmək,...

TƏKƏ (ID - 38843)

is. 1. Erkək keçi.
2. Vəhşi keçi, dağkeçisi. On addım kənarda yatmayır təkə; Gəzinir oylağa baş çəkə-çəkə. S.Vurğun. Dağlarında sürü-sürü; Maral, təkə varmış. R.Rza.

TƏKƏBBÜR (ID - 38844)

[ər.] 1. is. İddia, təşəxxüs, lovğalıq, özünü çəkmə, fors. [Rüstəmovun] ..hər şeyə yuxarıdan baxan büzük gözlərinə hüdudsuz bir təkəbbür çöküb qalmışdı. M.İbrahimov.
2. sif. Təkəbbürlü, iddialı, dikbaş, təşəxxüslü,...

TƏKƏBBÜRLÜ (ID - 38845)

sif. və zərf İddialı, təşəxxüslü, lovğa, mütəkəbbir, forslu. Təkəbbürlü adam. - Xanpəri özündən bədgüman, keçmişinə arxayın, təkəbbürlü, heç kəsi bəyənməyən, bir sözlə, lovğa və forsludur. Ə.Vəliyev.

TƏKƏBBÜRLÜK (ID - 38846)

is. Lovğalıq, təşəxxüs, iddialılıq, mütəkəbbirlik, forsluluq. Atasının əli aşağı düşməyindən [Nurəddin] bir o qədər qəm çəkmirdi, çünki təbiətində təkəbbürlük, təşəxxüslük əsla yox idi. S.S.Axundov.

TƏKƏLDUZ (ID - 38847)

is. [tək, əl və fars. ...duz - tək əllə tikilən] İranda, Orta Asiyada, Azərbaycanda ipək saplarla əyri xətlər və nəbati omamentlər şəklində tirmə, mahud, şal və s. üzərində bədii tikmə növü və üsulu. Məxmər, mahud və...

TƏKƏLDUZÇU (ID - 38848)

is. Təkəlduz tikən usta (bax təkəlduz).

TƏKƏLDUZÇULUQ (ID - 38849)

is. Tətbiqi xalq sənətinin təkəlduz tikməklə məşğul olan sahəsi. Xalq yaradıcılığının başqa sahələrinə nisbətən təkəlduzçuluq sahəsi ən az tədqiq olunan sahədir. “Azərbaycan xalq sənəti” .

TƏKƏLƏNMƏ (ID - 38850)

“Təkələnmək”dən f.is.

TƏKƏLƏNMƏK (ID - 38851)

f 1. Böyüyüb təkə olmaq (erkək keçi haqqında).
2. məc. zar. Həddi-büluğa çatmaq, böyük oğlan olmaq, yetkinləşmək.

TƏKƏLLİ (ID - 38852)

bax birəlli1. Təkəlli işləmək.

TƏKƏLLÜF (ID - 38853)

is. [ər.] köhn. 1. Zəhmətə, əziyyətə qatlaşma.
Çapalama. Saxta hərəkət, sünilik.

TƏKƏMMÜL (ID - 38854)

is. [ər.] Kamala çatma, mükəmməlləşmə, təkmilləşmə, bitkinlik.

TƏKƏMSEYRƏK (ID - 38855)

sif. və zərf Adda-budda, orada-burada, seyrək. Bu söz iclasda təkəmseyrək gülüşməyə səbəb oldu. Ə.Vəliyev. Meşənin ətəyindən, təkəmseyrək kolların arasından qarapaltarlı, irigövdəli bir arvad çıxdı. İ.Hüseynov.

TƏKƏR (ID - 38856)

is. [ər.] 1. Ox ətrafında fırlanıb təkərli nəqliyyat vasitələrini hərəkətə gətirən dəndəli və ya bütöv dairə; çarx. Faytonçu muşqurdu. Təkərlərin yeknəsəq səsi at ayaqlarının tappıltısına qarışdı. M.Hüseyn. Göy...

TƏKƏRCİK (ID - 38857)

is. Kiçik təkər, balaca çarx; çarxcıq. Dişli təkərcik. Oyuncağın təkərciyi.

TƏKƏRƏK (ID - 38858)

is. Təkərcik. Şofer traktoru işə salıb təkərəyi yavaş-yavaş burmağa, kəndirin gərginliyini artırmağa başladı. Mir Cəlal.

TƏKƏRLİ (ID - 38859)

sif Təkəri olan, təkərlə hərəkətə gətirilən; çarxlı. Təkərli traktor.

TƏKƏRVARİ (ID - 38860)

sif. Təkər şəklində olan; girdə, dairəvi, çarx kimi.

TƏKƏSAQQAL(LI) (ID - 38861)

sif. Çənəsində az uzun seyrək saqqalı olan. [Nəcəfalı:] Arıq, gödək, təkəsaqqal bir kişi eyvana çıxdı. B.Bayramov.

TƏKƏŞ (ID - 38862)

sif. məh. Lovğa, özünü çəkən, özünü dartan, forslu.

TƏKƏTƏK (ID - 38863)

bax təkbətək. Təkətək öhdəsindən gəlmək. - Bünyad Canı ilə belə təkətək görüşməmişdi. Ə.Əbülhəsən.

TƏKFİR (ID - 38864)

is. [ər.] din. köhn. Kafir elan etmə, mürtəd elan etmə, lənət oxuma; küfr, lənət. □ Təkfir etmək - lənətləmək, lənət oxumaq, kafir elan etmək, mürtəd elan etmək, dinsiz elan etmək. Ziddimə söz deyən olsaydı edərdim təkfir;...

TƏKGÖZ(LÜ) (ID - 38865)

bax birgözlü.

TƏKHAKİMİYYƏTLİ (ID - 38866)

sif. Hakimiyyət bir adamın əlində olan, qeyri-məhdud hakimiyyəti olan. Təkhakimiyyətli idarə üsulu.

TƏKHAKİMİYYƏTLİLİK (ID - 38867)

is. Hakimiyyətin bir adamın əlində toplanması; birisinin qeyri-məhdud hakimiyyəti.

TƏKHECALI (ID - 38868)

bax birhecalı.

TƏKHƏDLİ (ID - 38869)

bax birhədli.

TƏKHÜCEYRƏLİ (ID - 38870)

sif. biol. Tək bir hüceyrəsi olan, bir hüceyrədən ibarət olan. Təkhüceyrəli yosunlar. Təkhüceyrəli ibtidai canlılar.

TƏKİ (ID - 38871)

1. Cümlədə arzu bildirən hissəcik. Təki siz gələsiniz. Təki tez çıxıb gedəydik. Təki sən deyən kimi olaydı. - [Gültəkin Aydına:] Paltar da istəmirəm, təki sən fikir çəkməyəsən, nə eləyirəm paltarı? C.Cabbarlı. Mənsiz...

TƏKİD (ID - 38872)

[ər.] 1. is. Bir şeyin üstündə durma, israr etmə; israrla tələb etmə; israr. Rəisin təkidinə baxmayaraq, Səlim sarı şineli götürmədi. S.Rəhimov. □ Təkid etmək (eləmək) - bir şeyin üstündə durmaq, israrla tələb etmək, israr...

TƏKİDƏN (ID - 38873)

zərf [ər.] Təkid edərək, təkidlə, israrla. [Çopo:] Təkidən söylədim ki, onun nicatı ordu toplayıb, xaqanın hücumundan özünü müdafiə etməsindədir. Çəmənzəminli.

TƏKİDLİ (ID - 38874)

sif. Təkid edərcəsinə, israrlı, inadlı. Midhədin təkidli tələbləri komandirin ürəyinə təsir eləmişdi. Ə.Vəliyev.

TƏKİR (ID - 38875)

sif. Qırmızı lələkli (quşlar haqqında); qızıl pullu, qırmızı ağcalı (balıqlar haqqında).

TƏKQAT(LI) (ID - 38876)

bax birqat(lı).

TƏKQOL(LU) (ID - 38877)

bax tayqollu. Təkqollukişi.

TƏKQULP(LU) (ID - 38878)

bax birqulplu. Bu çölü şumlarkən 75 santimetr dərinlikdən qırmızı gildən hazırlanmış qadın fiquruna oxşar bir təkqulp qab tapmışdılar. (Qəzetlərdən).

TƏKLƏMƏ (ID - 38879)

“Təkləmək”dən f.is.

TƏKLƏMƏK (ID - 38880)

f Ətrafındakılardan, yanındakılardan və ya yoldaşlarından ayırıb tək qoymaq, təcrid etmək. Axırda [dəliləri] birbirlərindən ayrı salıb təklədilər. “Koroğlu” . // Tək olmağından istifadə edərək üzərinə atılmaq və...

TƏKLƏNMƏ (ID - 38881)

“Təklənmək”dən f.is.

TƏKLƏNMƏK (ID - 38882)

f . Yoldaşlarından, yanındakılardan ayrılıb tək qalmaq, tək özü qalmaq. [Duma] dolu torbanı çiyninə alıb, qızlardan aralandı, təklənib kəndə tərəf getdi. Ə.Vəliyev. [Ədhəm] bilirdi ki, Səlim təklənəndə öz təsir gücünü...

TƏKLİF (ID - 38883)

is. [ər.] 1. Qəbul edilmək üçün irəli sürülən fikir. [Cəmilə] kimsənin təklifini yerə salmamış, bir neçə gənc oğlanla bərabər oynamışdı. S.Hüseyn. Adamların çoxu məmnuniyyətlə öz öhdəsinə yeni vəzifələr götürmüş...

TƏKLİFSİZ (ID - 38884)

sif və zərf Ədəb normalarını, nəzakət qaydalarını gözləməyən, hörmət gözləməyən; həyasız, ədəbsiz, sırtıq. Təklifsiz adam. Təklifsiz içəri girmək.

TƏKLİFSİZCƏ(SİNƏ) (ID - 38885)

zərf Hörmətsizcəsinə, nəzakətsizliklə, həyasızcasına, sırtıqcasına, rəsmiyyət gözləmədən.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed