
TƏKİD[ər.] 1. is. Bir şeyin üstündə durma, israr etmə; israrla tələb etmə; israr. Rəisin təkidinə baxmayaraq, Səlim sarı şineli götürmədi. S.Rəhimov. □ Təkid etmək (eləmək) - bir şeyin üstündə durmaq, israrla tələb etmək, israr etmək. Atası çox təkid edəndə Əmiraslan dedi: - Dədə, mən məktəbə getməyəcəyəm. Orada molla adamın ayağını falaqqaya salıb döyür. S.S.Axundov. Məşədibəy bir də təkid elədi, uşaq razı oldu. M.Hüseyn.
2. Təkidlə şəklində - bax təkidən. Paylaşın - Hamı bilsin
|