İzahlı lüğət

TƏKİ

1. Cümlədə arzu bildirən hissəcik. Təki siz gələsiniz. Təki tez çıxıb gedəydik. Təki sən deyən kimi olaydı. - [Gültəkin Aydına:] Paltar da istəmirəm, təki sən fikir çəkməyəsən, nə eləyirəm paltarı? C.Cabbarlı. Mənsiz bu dünyanın olsan qonağı; Nə olar, sevgilim, sağ ol təki sən. R.Rza. // əd. Kaş, kaş ki. Təki [Mədəd] Gövhərdən, Hacıyevdən bir xəbər biləydi. Ə.Əbülhəsən.
2. Bax tək1 6-cı mənada. [Hacı Fərəc:] ..Bədənim poladdan bərk, özüm saz, iyirmi yaşında cavan təki. N.Vəzirov. Əmək cəbhəsində də çalışdı əsgər təki; Al ipək pijamadır bu günsə əynindəki. B.Vahabzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed