İzahlı lüğət

TƏKƏR

is. [ər.] 1. Ox ətrafında fırlanıb təkərli nəqliyyat vasitələrini hərəkətə gətirən dəndəli və ya bütöv dairə; çarx. Faytonçu muşqurdu. Təkərlərin yeknəsəq səsi at ayaqlarının tappıltısına qarışdı. M.Hüseyn. Göy otlar yatardı təkərlər altda; Beləcə düşərdi bağa ilk cığır. N.Xəzri.
məc. Təkərə oxşayan hər cür şey; qövs, dairə. Əjdər öz-özünə gümüldənirdi; Günəşin təkəri daha enirdi. H.K.Sanılı.
məc. Obrazlı ifadələrdə: tale, qismət, bəxt. Dünyanın təkəri gerimi döndü; Yoxsa üfüqlərdə günəşmi söndü? S.Vurğun.
□□ Tarixin təkərini döndərməyə çalışmaq - tarixi inkişafın qanunauyğun gedişinin qabağını saxlamağa, geriyə qaytarmağa çalışmaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

TA

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed