İzahlı lüğət

TARLAÇILIQ (ID - 38436)

1. is. Tarlaçının işi, tarlada işləmə.
2. Sif. mənasında. Tarlaçılardan təşkil olunmuş, tarlaçılardan ibarət olan. Tarlaçılıq briqadası.

TARLAQORUYUCU (ID - 38437)

sif. Tarlanı küləyin təsirindən qorumaq üçün əkilən. Tarlaqoruyucu meşə zolaqları.

TARLANMA (ID - 38438)

“Tarlanmaq”dan f.is.

TARLANMAQ (ID - 38439)

f 1. Qaralmaq, tutulmaq. Hava tarlandı.
2. Qırt yatmaq (toyuq).

TARLAŞMA (ID - 38440)

“Tarlaşmaq”dan f.is.

TARLAŞMAQ (ID - 38441)

f . Tar olmaq, alaqaranlıq olmaq, qaranlıq düşmək. Hava tarlaşmışdı.

TARLIQ (ID - 38442)

is. Tar olma; alaqaranlıq, toranlıq, tar şeyin halı.

TAR-MAR (ID - 38443)

sif. 1. Bir-birinə qarışmış, dolaşıq, nizamsız, qarışıq; pərişan. [Süleyman Əsgərə:] Nədir sənin dərdin, bu nə ah-zardır; Nədir sənin fikrin belə tar-mardır. U.Hacıbəyov. Məzar... Şaxta kəsir, o tənha xəyal; Yönəlir...

TARP (ID - 38444)

təql. Bərk, ağır bir şeyin birdən-birə yerə düşməsindən və ya ağır, bərk şeylərin bir-birinə toxunmasından çıxan səs. [Odabaşı:] Hacı bunu eşidən tək tarp dəydi yerə. Ə.Haqverdiyev.

TARTAN-PARTAN (ID - 38445)

is. Boş, mənasız sözlər, danışıq; hədyan. Tartan-partan (z.) danışmaq.

TARZƏN (ID - 38446)

[fars.] bax tarçı. Tarzən ilə kamançaçı məharətlə çalır, qavalvuran oğlan isə boğazını arıtlayıb oxumağa hazırlaşırdı. M.Hüseyn.

TAS1 (ID - 38447)

is. Enli, dairəvi, dayaz metal qab; teşt, ləyən. Hamam tası. - Hənifə bir əlində tas, o biri əlində isti su ilə dolu vedrə .. tövşüyətövşüyə içəri girdi. İ.Hüseynov.
2. Köhnə məişətdə: tas qurmaqla fala baxma, tas falı....

TAS2 (ID - 38448)

is. [ər.] Nərd oyununda üç, bəzən də dörd xal qazanıb oyunu udma və ya üç, bəzən də dörd xal itirib oyunu uduzma.

TASA1 (ID - 38449)

is. [fars.] 1. Qəm, qüssə, kədər.
2. Çırpınmaq, narahatlıq, qərarsızlıq.

TASA2 (ID - 38450)

is. məh. Qəzəb, hirs.

TASABAXAN (ID - 38451)

is. köhn. Tasla fala baxan adam; falçı (bax tas1 2-ci mənada).

TASKABAB (ID - 38452)

is. Taskababıda bişirilən xırda küftə və ya doğranmış ət və kartofdan ibarət xörək.

TASKABABI (ID - 38453)

is. Ağzı kip örtülən ikiqulplu qazança.

TASKÜLAH (ID - 38454)

is. [fars.] köhn. Dəbilqə.

TASKÜLAHLI (ID - 38455)

sif köhn. Başında taskülah olan; dəbilqəli. Ümumi sakit ikən etdi mətləbə ağaz; Dəmir geyimli, polad taskülahlı bir knyaz. A.Səhhət.

TASLAQ (ID - 38456)

is. Bir şeyin hələ qəti bir şəkil almamış halı; eskiz, sxem.

TAT (ID - 38457)

is. Azərbaycan, Dağıstan və İranda yaşayan irandilli xalq və bu xalqa mənsub adam.

TATAR (ID - 38458)

is. 1. Tatarıstanın əsas əhalisini təşkil edən türkdilli xalq və bu xalqa mənsub adam. Volqaboyunda, Sibirdə və s.-də yaşayan türkdilli bəzi kiçik xalqların adı.
XIII-XV əsrlərdə Qızıl Orda dövlətini təşkil edən müxtəlif...

TATARCA (ID - 38459)

sif. və zərf Tatar dilində. Tatarca öyrənmək. Tatarcadan tərcümə.

TATARI (ID - 38460)

is. Qırmanc, qamçı. Çiynində tüfəngi, döşdə qatarı; Belində xəncəri, əldə tatarı. H.K.Sanılı.

TATARILAMA (ID - 38461)

“Tatarılamaq”dan f.is.

TATARILAMAQ (ID - 38462)

f Tatarı ilə vurmaq; qırmanclamaq, qamçılamaq.

TAUN (ID - 38463)

is. [ər.] 1. Qusma və ishal şəklində təzahür edən çox yoluxucu ağır epidemik xəstəlik.
2. Qarğış məqamında işlənir. Səni taun tutsun!

TAU-SAQQIZ (ID - 38464)

is. bot. Dağlarda bitən çoxillik kauçuklu ot-bitki. Tau-saqqız.. çoxillik, yoğun, kobud kökləri olan və kök bicləri verən bitkidir. M.Qasımov.

TAVA1 (ID - 38465)

is. İçində ət və s. qızartmaq üçün kənarları yastı, dairəvi metal qab. Mis tava. Tavada ət qızartmaq. - [Sayad] tez dönüb, qara tavanı yerə qoydu. M.Hüseyn. Pərşan ocağı alışdırdı, tavaya yağ atdı. M.İbrahimov.

TAVA2 (ID - 38466)

bax tavadaşı.

TAVADAŞI (ID - 38467)

is. İri, əsasən yastı daş; tava. Hamamın yeri təmiz yonulmuş ağ tavadaşılarla döşənmiş olardı. H.Sarabski.

TAVAKABABI (ID - 38468)

TAVALIQ (ID - 38469)

is. Qayalıq, daşlıq. Tavalıqda xırman sürmək.

TAVAN1 (ID - 38470)

is. Binanın daxilinin üst örtüsü; səqf. Bir qoca da zilləyərək gözlərini tavana; Ovuşdurub ovucunda tütün tökür qəlyana. S.Rüstəm. Alçacıq tavandan torpaq tökülür; Lakin üzlər gülür, baxışlar gülür. Ə.Cəmil.
□□...

TAVAN2 (ID - 38471)

is. [fars.] Güc, qüvvət, qüvvə (çox vaxt “tab” sözü ilə bərabər işlənir). Dedim, ayrılığa yoxdur tavanım; Ayrılıb getməsin sərvi-rəvanım. Ə.Cavad.

TAVANA (ID - 38472)

is. [fars.] 1. Maddi imkan, pul, var, dövlət. Ev boş, ev soyuq; Bircə şam almağa tavanası yox. B.Vahabzadə.
2. Bax tavan2. Əlinin tavanası yoxdur.

TAVANALI (ID - 38473)

sif. Maddi imkanı olan, varı, pulu, dövləti olan; pullu, dövlətli, varlı. [Qorxmaz:] Mən bu fikirdəyəm ki, biz daha iri, tavanalı və güclü bir kolxozda birləşməliyik. Ə.Vəliyev.

TAVANASIZ (ID - 38474)

sif. Maddi imkanı olmayan, pulu olmayan; kasıb.

TAVANLI (ID - 38475)

bax tavanalı. Naməlsəm məhəlləsinin camaatı ata-babadan yerli, tavanlı olub, günlərini müttəsil eyş və işrətdə keçirən bir xalq idi. N.Nərimanov.

TAVAR1 (ID - 38476)

is. Balaq (camış balası).

TAVAR2 (ID - 38477)

sif. məh. İri, böyük, yekə.

TAVAR3 (ID - 38478)

sif. məh. Çalışqan, bacarıqlı, zirək.

TAVOT (ID - 38479)

is. Sürtkü yağlarının bir növü.

TAVR (ID - 38480)

is. Krımın cənub hissəsinin qədim əhalisi.

TAVTOLOGİYA (ID - 38481)

[yun. tauto - o özü və logos - söz] Əvvəl deyilən şeyin başqa şəkildə və ya başqa söz və ya ifadə ilə təkrarı.

TAY1 (ID - 38482)

is. Bab, bərabər, münasib, misl. [Züleyxa xanım:] ..Altmışyaşında qoca ona taydı? N.Vəzirov. Xasay bir oğlandır, ona tay hanı? Var adı, qulluğu, şöhrəti, şanı. S.Vurğun. □ Tay etmək - bərabər tutmaq; bir tutmaq. Mələkdən...

TAY2 (ID - 38483)

is. 1. Tək, bir. Öküzün taydı, işin aydı. (Ata. sözü).
2. Ümumiyyətlə, qoşa şeylərdən hər biri. Qırılmış cilovun, taydır üzəngin. M.Rahim. // Eyni mənada ayaqqabı, corab, əlcək və s. haqqında. Əlcəyin tayı. Corabın...

TAY3 (ID - 38484)

is. 1. Kisəyə, yeşiyə və s.-yə qablaşdırılmış yük. Hər birinə ağır taylar çatdılar. Q.Zakir. ..Gah da Aşqabadda Hacı Zeynalabdın Tağıyevin doqquz tay manufaktur malını oğurlayırlar. C.Məmmədquluzadə.
2. Bax taya. Küləş...

TAY4 (ID - 38485)

is. Bir yeri iki hissəyə bölən şeyin tərəflərindən biri. Divarın bu tayı. - Pərdənin o tayında da sükut vardı. S.Rəhman. // Eyni mənada dağ, dərə və s. haqqında. Rübabə dərənin o tayında, lap aşağıda qarda yüyürən bir...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed