İzahlı lüğət

TAY1

is. Bab, bərabər, münasib, misl. [Züleyxa xanım:] ..Altmışyaşında qoca ona taydı? N.Vəzirov. Xasay bir oğlandır, ona tay hanı? Var adı, qulluğu, şöhrəti, şanı. S.Vurğun. □ Tay etmək - bərabər tutmaq; bir tutmaq. Mələkdən də səni billəm ziyadə; Tay etmərəm heç insanı mən sənə. M.P.Vaqif. Mənim qızımı bir qaraçı qızına taymı edirsən, - deyə Hüseynqulu ağa bağırdı. S.S.Axundov. Tay olmaq - bab olmaq, bərabər olmaq. [Ahıl qadın:] İndi biz gəlib Cahan xalaya tay ola bilmərik. Ə.Haqverdiyev. Cuma... özünə tay olacaq bir əsgər.. gözaltı etməyə çalışacaqdı. Ə.Əbülhəsən. Tayını tapmaq - hər cəhətdən özünə uyğun, özünə bab, özünə münasib adam tapmaq, yoldaş tapmaq. Tərlan idin, öz tayını tapmadın; Getdi, qismət oldu sarə zülflərin. Aşıq Ələsgər. Tay tutmaq (qoymaq) - bax tay etmək. Dağarcığını çuvala tay tutur. (Ata. sözü). [Hafizə xanım:] Bəxtəvər başıma, gör məni aparıb kimə tay qoydu. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed