İzahlı lüğət

TERMİNOLOGİYA (ID - 38586)

[lat. terminus və yun. logos - məfhum, təlim] Elmin, texnikanın, incəsənətin, ictimai həyatın hər hansı bir sahəsində işlədilən terminlərin məcmusu. Dilçilik terminologiyası. Tibb terminologiyası.

TERMİNOLOJİ (ID - 38587)

sif. Terminologiyaya aid olan, terminologiya ilə əlaqədar olan. Terminoloji lüğət. termo... [yun. thermos - isti] Xarici mürəkkəb sözlərin, istilik mənasında olan birinci tərkib hissəsi; məs.: termometr, termodinamika və s.

TERMODİNAMİK (ID - 38588)

sif. Termodinamikaya aid olan, termodinamika ilə əlaqədar olan. Termodinamik müvazinət.

TERMODİNAMİKA (ID - 38589)

[yun. thermos və dynamikos] Fizikanın, istiliyin müvazinət qanununu və enerjinin başqa növlərinə keçməsi hallarını öyrənən bəhsi.

TERMOQRAF (ID - 38590)

[yun. thermos və grapho yazıram] Temperaturun dəyişməsini avtomatik qeyd edən cihaz.

TERMOMETR (ID - 38591)

[yun. thermos və metreo ölçürəm] Hərarətölçən cihaz. Civəli termometr. Termometrlə xəstənin hərarətini ölçmək. - Aydın termometri yoxlayıb uşağın qoltuğuna qoyduqdan sonra ondan soruşdu. H.Seyidbəyli.

TERMOS (ID - 38592)

[yun.] İçindəki isti və ya soyuq şeyi olduğu kimi saxlayan xüsusi qab. Termosda sərin su var. Çayı termosa tökmək. [Firəngiz] yolda termosa doldurduqları sərin sudan içdi, yeməyi yığışdırdı. B.Bayramov.

TERMOSTAT (ID - 38593)

[yun. thermos və statos duran] Daimi temperaturu saxlamaq üçün aparat. Hava termostatı.

TERRAS (ID - 38594)

is. [fr.] 1. Dərə yamacları, göl və dəniz sahillərinin pilləvari relyef formaları. Səki, meydança.
Eyvan, veranda, artırma. Yer səthinin bir-birinin üstündə yerləşən üfüqi və ya bir az meyilli çıxıq hissələri.

TERROR (ID - 38595)

[lat. therror - qorxu, dəhşət] Öz siyasi və sinfi düşmənlərinə qarşı onları cismən məhv etməyə qədər zorakı tədbirlər siyasəti; tədhiş. Faşist terroru.

TERRORÇU (ID - 38596)

is. Fərdi terror tərəfdarı və iştirakçısı. Terrorçu qrup.

TERRORÇULUQ (ID - 38597)

is. Terror siyasəti və taktikası; tədhişçilik. Hərbi terrorçuluq.

TERSİYA (ID - 38598)

is. [lat.] 1. Diatonik qammanın üçüncü pilləsi.
2. Saniyənin V60 hissəsi.

TEST (ID - 38599)

is. [ing.] 1. İnsanın zehni inkişafını, bacarığını yoxlamaq üçün standart tapşırıq.
2. Ali məktəblərə qəbul imtahanlarının aparılması üsulu.

TESTER (ID - 38600)

is. [ing.] Bir şeyi yoxlamaq, sınaqdan keçirtmək cihazı.

TEŞT (ID - 38601)

is. [fars.] İri mis tas. [Dərviş:] Xanım, buyurun, bir teşt su gətirsinlər. N.Vəzirov. Feyzi iç qovurmasını teştdə cızhacız gətirdi. B.Bayramov.

TET-A-TET (ID - 38602)

zərf [fr.] Təklikdə, üzbəüz.

TEY (ID - 38603)

sif. dan. 1. Qatışığı olmayan, xalis, xəlitəsiz, saf. Tey buğda unu.
2. Tamam, bütün, səlt. Xörək tey yağdır.
[Banıxanım:] Bağrımı döndərdin tey qızıl qana; Oğul, gedib, ağlar qoyma sən bizi! “Aşıq Qərib” .

TEYF (ID - 38604)

is. [ər.] Qarabasma, kabus; vahimə.

TEYXA (ID - 38605)

zərf məh. Tamam, tamamilə, büsbütün.

TEYLƏMƏ (ID - 38606)

“Teyləmək”dən f.is.

TEYLƏMƏK (ID - 38607)

f İti bir şeylə yaralamaq; batırmaq. Dərin-dərin dəryaları boyladı; Xəncər alıb qara bağrım teylədi. Qurbani. Həsrətin atmacası neştər olub Qüdrətin qəlbini teylədi. Ə.Vəliyev.

TEYLƏNMƏ (ID - 38608)

“Teylənmək”dən f.is.

TEYLƏNMƏK (ID - 38609)

məch. İti bir şeylə deşilmək; yaralanmaq. Səlbi boyun görən kimi əylənir; Yar ucundan bağrım başı teylənir. “Əmrah” .

TEZ (ID - 38610)

zərf 1. Dərhal, gecikmədən, gecikdirmədən, əlüstü, az zaman ərzində, sürətlə, cəld. Tez əlac etmək. - Telli tez qalxıb öz otağına çəkildi. S.Hüseyn. Sərvərov tez stol yeşiyindən kağız çıxarıb, əmr qaraladı, özü aparıb...

TEZALIŞAN, TEZALOVLANAN (ID - 38611)

sif. Tez alışıb-yanan, tez odlanan. Tezalışan maddələr.

TEZBAZAR (ID - 38612)

dan. tezbazar etmək - 1) bir işi tələsik, keyfiyyətsiz, atüstü görmək. Məsələni tezbazar həll etmək. Tapşırığı tezbazar yerinə yetirmək; 2) tez axırına çıxmaq, öldürmək. [Abbas:] İlqarından dönən yarı; Tanrı tezbazar...

TEZBÖYÜYƏN (ID - 38613)

sif. xüs. Sürətlə böyüyən, tez boy atan. Tezböyüyən balıq. Tezböyüyən ağac.

TEZCƏ (ID - 38614)

zərf Tez, tez bir zamanda. Dərənin sinəsi ilə şaqqıldayıb axan sarı köpüklü sel tezcə yavaşıdı. B.Bayramov. // Əlüstü, o saat, tez, dərhal, tez-tələsik. Tezcə otaqdan çıxdıq. - Hələ çalınmamış biçənəyin bir tərəfində...

TEZDƏN (ID - 38615)

zərf 1. Alaqaranlıqdan, hava açılmamışdan, sübh erkəndən. Tezdən tarlaya getmək. - ..Məmmədhəsən əmi sübh tezdən yuxudan durub, geyinib, namaz qılıb çıxdı, bir həyəti dolandı. C.Məmmədquluzadə. [Züleyxa] tezdən qulluqçusunu...

TEZDƏYƏN (ID - 38616)

sif. Tezyetişən, pişraz. Tezdəyən alça. - Tənəklərdə qoralar ətə-cana dolur, tezdəyən üzümlər xal salırdı. İ.Qasımov.

TEZƏRİYƏN (ID - 38617)

sif. Az hərarətdə əriyən. Tezəriyən metallar.

TEZ-GEC (ID - 38618)

bax gec-tez. Tez-gec o cığırı tamamilə alaq basacaqdır. Ə.Məmmədxanlı.

TEZİS (ID - 38619)

[yun. thesis] 1. mənt. Doğruluğu sübut edilməli olan müddəa. Tezis irəli sürmək. Öz tezisini müdafiə etmək.
2. Bir məruzənin, mühazirənin, məlumatın və s.-nin qısaca ifadə edilmiş əsas müddəaları (adətən cəm şəklində...

TEZKEÇƏN (ID - 38620)

sif. Tez yox olub gedən, uzun çəkməyən, sürəksiz. Tezkeçən yağış (xəstəlik).

TEZLƏNDİRMƏ (ID - 38621)

“Tezləndirmək”dən f.is.

TEZLƏNDİRMƏK (ID - 38622)

bax tezləşdirmək.

TEZLƏŞDİRMƏ (ID - 38623)

“Tezləşdirmək”dən f.is.

TEZLƏŞDİRMƏK (ID - 38624)

f Sürətləndirmək. [Adamlar] qələbə gününü necə tezləşdirməyi fikirləşirlər. M.İbrahimov.

TEZLƏŞMƏ (ID - 38625)

“Tezləşmək”dən f.is.

TEZLƏŞMƏK (ID - 38626)

f . Sürəti artmaq, sürətlənmək, daha da sürətli olmaq. [Adamlar] əvvəlcə musiqiyə görə ağır, sonra musiqi tezləşdikcə tez-tez oynayırlar. U.Hacıbəyov.

TEZLİK (ID - 38627)

is. 1. Tez vaxt, az zaman; tez.
xüs. Hərəkətin, rəqsin və s.-nin vahid zamanda tez-tez olma dərəcəsini bildirən kəmiyyət. Saat əqrəbinin tezliyi. - Ürək döyüntülərinin tezlik və qüvvəsi də orqanizmin tələblərilə tamamilə...

TEZSINAN (ID - 38628)

sif. Davamsız, asanlıqla sınan, kövrək. Tezsınan qab. Tezsınan ağac. Tezsınan material.

TEZ-TEZ (ID - 38629)

zərf 1. Hər anda, ara vermədən, aralarından çox keçmədən. Cavan enişi çox çətinliklə enirdi, çünki yedəyindəki atın ayaqları yamacda tez-tez sürüşürdü. E.Sultanov. Qızlar bu gün Gülnazın çox narahat olduğunu, gizlincə tez-tez...

TEZ-TƏLƏSİK (ID - 38630)

zərf 1. Sürətlə, becid, teztez, çox tez, iti. Tez-tələsik getmək. - Səkilər tez-tələsik yeriyən adamlarla dolu idi. M.Hüseyn.
Cəld, əlüstü.
Keyfiyyətinə fikir vermədən; atüstü. İşi tez-tələsik görmək. Paltarı tez-tələsik...

TEZYETİŞƏN (ID - 38631)

bax tezdəyən. Tezyetişən üzüm. - Kəndin aşağısında tezyetişən qırmızı alma növləri var. S.Rəhman. // Faraş.

TƏAM (ID - 38632)

is. bax taam.

TƏB1 (ID - 38633)

is. [ər.] Şeir demək, musiqi yazmaq, mahnı oxumaq həvəsi, meyli; ilham. [Rüstəm bəy Sofyaya:] Məndə təb əsla yoxdur, bircə dəfə, yadımdadır, bir qıza şeir yazmışdım, o da xoşuna gəlməmişdi. Çəmənzəminli. Mənə deməyin...

TƏB2 (ID - 38634)

is. [ər.] köhn. Çap (etmə), nəşr (etmə). □ Təb etmək köhn. - çap etmək, nəşr etmək. Kitabı təb etmək. Təb olunmaq köhn. - çap olunmaq, nəşr olunmaq. Məcmuə təb olundu.

TƏBABƏT (ID - 38635)

is. [ər.] Xəstəliklər, onların müalicəsi və qarşısının alınması haqqındakı elmlərin məcmusu; tibb. Təbabət elmi. Təbabətə dair ədəbiyyat.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed