İzahlı lüğət

TƏB1

is. [ər.] Şeir demək, musiqi yazmaq, mahnı oxumaq həvəsi, meyli; ilham. [Rüstəm bəy Sofyaya:] Məndə təb əsla yoxdur, bircə dəfə, yadımdadır, bir qıza şeir yazmışdım, o da xoşuna gəlməmişdi. Çəmənzəminli. Mənə deməyin ki: - Bu təb, bu ilham; Bir cüt qanad olub səni ucaldar. Ə.Cəmil. □ Təbi açılmaq (gəlmək, cuşa gəlmək) - ilhama gəlmək, şeir yazmağa və ya deməyə, musiqi yazmağa, mahnı oxumağa ruhlanmaq, ilhamlanmaq. Kərəmin təbi cuşa gəldi. “Əsli və Kərəm” . Şərab içdikdən sonra təb açılıb, şeir öz-özünə su kimi axacaqdır. Ə.Haqverdiyev. Az qalıb təbim də gəlsin, indicə şeir dəyəcəyəm. Çəmənzəminli.
□□ Təbdən çıxartmaq - coşdurmaq, hirsləndirmək, özündən çıxartmaq, halını pozmaq. Nə hədə-qorxu, nə atılan güllələr Bəndalını təbdən çıxara bilmədi. Mir Cəlal. Təbdən çıxmaq - coşmaq, hirslənmək, özündən çıxmaq. Şahpəri, qarının tamamilə təbdən çıxdığını görüb sarsıldı. B.Bayramov. Təbdəntəbə düşmək - bir haldan başqa hala keçmək, əhvalı tez-tez dəyişmək, haldan-hala düşmək. Beləliklə, Rüxsarə təbdən-təbə düşürdü. S.Rəhimov. ..Veysəl kəlmə kəsmir, təbdən-təbə düşürdü. B.Bayramov. Təbi dəyişmək - halı dəyişmək, əhvalı dəyişmək (pozulmaq). Heydərin rəngi qaçdı, onun təbi dəyişdi. S.Rəhimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

TAB

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed