
TEZLİKis. 1. Tez vaxt, az zaman; tez.
xüs. Hərəkətin, rəqsin və s.-nin vahid zamanda tez-tez olma dərəcəsini bildirən kəmiyyət. Saat əqrəbinin tezliyi. - Ürək döyüntülərinin tezlik və qüvvəsi də orqanizmin tələblərilə tamamilə uyğun surətdə dəyişir. “İnsan anatomiya və fiziologiyası” . Bir saniyədə olan dövrlərin sayına dalğanın tezliyi deyilir. “Radiolokasiya” . // Yeyinlik, itilik, sürət. Tezliklə şəklində zərf. tez bir zamanda, yaxın vaxtda, çox yaxın gələcəkdə. Tezliklə görüşmək. Paylaşın - Hamı bilsin
|