
TEZİS[yun. thesis] 1. mənt. Doğruluğu sübut edilməli olan müddəa. Tezis irəli sürmək. Öz tezisini müdafiə etmək.
2. Bir məruzənin, mühazirənin, məlumatın və s.-nin qısaca ifadə edilmiş əsas müddəaları (adətən cəm şəklində işlənir). Tezis yazmaq. Mühazirənin tezisləri. - [Nərgiz] xitabət kürsüsünə yaxınlaşıb məruzəsinin tezislərini qarşısına qoydu. Ə.Vəliyev. Paylaşın - Hamı bilsin
|