
TEZzərf 1. Dərhal, gecikmədən, gecikdirmədən, əlüstü, az zaman ərzində, sürətlə, cəld. Tez əlac etmək. - Telli tez qalxıb öz otağına çəkildi. S.Hüseyn. Sərvərov tez stol yeşiyindən kağız çıxarıb, əmr qaraladı, özü aparıb makinaçıya verdi. Mir Cəlal. □ Tez eləmək - sürətləndirmək, gecikdirməmək, yubatmamaq. Tez olmaq - cəld hərəkət etmək, yubanmamaq. [Kərbəlayı Qurban:] Tez ol, aç qapını, soyuq məni kəsdi. Çəmənzəminli.
2. Qabaq, əvvəl. Hamıdan tez işə gəlmək. Bu gün kənd həmişəkindən tez oyanmışdı. S.Qədirzadə. Paylaşın - Hamı bilsin
|