İzahlı lüğət

TALK (ID - 38236)

is. [ər.] Adətən toz halında təbabətdə və tibdə işlədilən ağ və ya göy rəngli yumşaq mineral.

TALMUD (ID - 38237)

is. qəd. Yəhudilərin ehkamçı, dini-etik və hüquqi müddəalarının külliyatı.

TALON (ID - 38238)

[fr.] 1. Bir şey almaq hüququ verən kiçik vərəqə şəklində sənəd; pətə. [Adil:] Məktəbdə bir dəst paltar talonunu .. başqa bir şagirdə verib dükana yolladılar. Bayramov.
Çek, order dəftərçəsinin kökündə qalan surəti (dublikatı).
Qiymətli...

TALVAR (ID - 38239)

is. 1. Günəşdən, yağışdan qorunmaq və ya başqa məqsədlər üçün dirəklər üzərində qurulmuş üstüörtülü kölgəlik; çardaq. Talvarın altında yüyürək yelləyən; Qarı tez dikəldi salam səsinə. B.Vahabzadə. Dörd yöndəmsiz...

TALVARLAMA (ID - 38240)

“Talvarlamaq”dan f.is.

TALVARLAMAQ (ID - 38241)

f Tənək üçün talvar düzəltmək; tənəyi talvara qaldırmaq. Tənəkləri talvarlamaq.

TALVARLI (ID - 38242)

sif Talvarı olan, talvar düzəldilmiş. Talvarlı həyət. Talvarlı ev.

TAM1 (ID - 38243)

sif. [ər.] 1. Başdan-başa, bütünlüklə, tamam, bütöv. Tam qaranlıq. // Mütləq, tamamilə, ən yüksək, ən mükəmməl. Tam qələbə. - [Çingiz:] Tam bir müvəffəqiyyət əldə etmək üçün bütün tələblərimiz işə cəlb olunmalıdır....

TAM2 (ID - 38244)

[ər.] bax dad1 1-ci mənada. Telli kimi dadlı, ətirli, tamından doymaq olmayan xörək bişirən nəinki Çiçəklidə yox idi, hətta rayon mərkəzi işıqlıda da bu barədə arasıra söhbət gedirdi. Ə.Vəliyev.

TAMADA (ID - 38245)

is. Qonaqlıqlarda, toylarda və s.-də məclisi idarə edən şəxs; süfrəbəyi, masabəyi. Qüdrət toy məclisinin tamadası oldu. M.Hüseyn.

TAMADALIQ (ID - 38246)

is. Tamadanın işi; süfrəbəyilik, masabəyilik. [Nəsir bəy:] Şərif, tamadalıq səninlədir.. M.Əliyev.

TAMAH (ID - 38247)

is. [ər. təmə] Bir şeyi əldə etməyə göstərilən hədsiz arzu; hərislik, acgözlük, bir şeydə gözü qalma. Artıq tamah baş yarar. (Ata. sözü). [Əliqulu:] ..Mənim dünya malına tamahım yoxdur. S.S.Axundov.
□□ Tamah dişini...

TAMAHKAR (ID - 38248)

sif. [ər. təmə və fars. ...kar] Hər şeyə tamah edən, hər şeydə gözü olan; varlanmağa, şey yığmağa həddən artıq həris olan; acgöz. [Qız:] Əmim para düşkünü, tamahkar bir adam olduğundan, məni belə zəngin bir adama vermək...

TAMAHKARLIQ (ID - 38249)

TAMAHLANDIRMA (ID - 38250)

“Tamahlandırmaq”dan f.is.

TAMAHLANDIRMAQ (ID - 38251)

f Tamaha salmaq, tamahsılandırmaq. Sən məni lap tamahlandırdın. S.Vəliyev.

TAMAHLANMA (ID - 38252)

“Tamahlanmaq”dan f.is.

TAMAHLANMAQ (ID - 38253)

f . Bir şeyi əldə etməyə, bir şeyə sahib olmağa həvəs göstərmək; nəfsini saxlaya bilməmək; tamahsılanmaq. ..Bu biçarə qızın zahiri çirkinliyi bir yana dursun, ..azacıq bir cehizi də yox idi ki, bəlkə də bəzi cavanlar canına...

TAMAHSILANDIRMA (ID - 38254)

“Tamahsılandırmaq”dan f.is.

TAMAHSILANDIRMAQ (ID - 38255)

bax tamahlandırmaq.

TAMAHSILANMA (ID - 38256)

“Tamahsılanmaq”danf.is.

TAMAHSILANMAQ (ID - 38257)

bax tamahlanmaq.

TAMAHSIMA (ID - 38258)

“Tamahsımaq”dan f.is.

TAMAHSIMAQ (ID - 38259)

bax tamahsılanmaq.

TAMAHSITMA (ID - 38260)

“Tamahsıtmaq”dan f.is.

TAMAHSITMAQ (ID - 38261)

bax tamahsılandırmaq.

TAMAHSIZ (ID - 38262)

sif. Tamahı olmayan, heç bir şeydə gözü olmayan; gözütox, təmənnasız. Tamahsız adam.

TAMAHSIZLIQ (ID - 38263)

is. Heç bir şeydə tamahı, təmənnası olmama.

TAMAM (ID - 38264)

is. [ər.] 1. Bitmə, qurtarma, sona çatma, bitirmə. □ Tamam etmək (eləmək)
1) qurtarmaq, bitirmək, axıra çatdırmaq, tamamlamaq. Barışdırmaq rəsmini tamam edəndən sonra qonaqlar şüru etdilər çay içməyə. Ə.Haqverdiyev. [Əsəd:]...

TAMAM-DƏSGAH (ID - 38265)

bax dəsgah 1-ci mənada.

TAMAMƏN (ID - 38266)

[ər.] bax tamamilə. Bu yerin əhalisi tamamən seyiddilər. Ə.Haqverdiyev.

TAMAMİLƏ (ID - 38267)

zərf Tamam, tamamən, bütün olaraq, bütünlüklə; tamam-kamal. Hələ bəzi vaxtlar Şərifə evə tamamilə əliboş qayıdırdı. S.Hüseyn. Bir azdan sonra günəş tamamilə buludların dalında qeyb oldu. H.Seyidbəyli.

TAMAM-KAMAL (ID - 38268)

zərf Tamamilə, bütünlüklə, bütün, tam və kəsirsiz. Borcunu tamamkamal ödədi. - Cahangir tamam-kamal başına gələn əhvalatı nağıl elədi. (Nağıl).

TAMAMLAMA (ID - 38269)

1. “Tamamlamaq”dan f.is.
2. is. Əgər-əskiyini düzəltmə, kəm-kəsirini düzəldib, tam, bitmiş şəklə salma.

TAMAMLAMAQ (ID - 38270)

f 1. Tamam etmək, tam hala gətirmək, əlavə edib doldurmaq, bütövləşdirmək. □ Bir-birini tamamlamaq - bir tam, bir bütöv əmələ gətirmək, bir-birinə əlavə olmaq, tamlamaq. Danışıqlar uzanır, zarafatlar, gülüşlər bir-birini...

TAMAMLANMA (ID - 38271)

“Tamamlanmaq”dan f.is.

TAMAMLANMAQ (ID - 38272)

məch. 1. Tam hala gətirilmək, kəsir və nöqsanları aradan qaldırılmaq, çatışmayan yerləri düzəldilmək. Ev tikilib tamamlandı.
2. Tamam olmaq, sona yetirilmək, axıra çatdırılmaq, bitirilmək.

TAMAMLAYICI (ID - 38273)

sif Tamamlayan, yekunlaşdıran, bitirici, son, axır. Məruzənin tamamlayıcı hissəsi.

TAMAMLIQ (ID - 38274)

is. 1. Tam şəkildə olma; tam, bütöv şeyin halı; tamlıq, bütünlük.
2. qram. Üzərində iş, hal və hərəkətin icra olunduğu obyekti bildirən ikinci dərəcəli cümlə üzvü. Vasitəli tamamlıq. Tamamlıq daha çox isimlə ifadə...

TAMARZI (ID - 38275)

is. [ər. təmə və fars. arzu] Yeməli, içməli bir şeyin arzusunda, həsrətində olma. Kəndlinin uşağı isti xörəyə tamarzı idi.
Ə.Vəliyev. // Ümumiyyətlə, bir şeyin həsrətində olma. Dünyada bir neməti yoxdur ki, mən ona özümü...

TAMARZILIQ (ID - 38276)

is. Bir şeyin həsrətində, arzusunda olma; nisgillik. [Qönçənin] qəlbində nisgil, tamarzılıq, qibtə bir-birinə qarışmışdı. Ə.Vəliyev.

TAMASA (ID - 38277)

is. Müxtəlif məqsədlər üçün yonulub hazırlanmış nazik ensiz taxta; reyka.

TAMAŞA (ID - 38278)

is. [fars.] 1. Baxıb seyr etmə. Siz hərəkət edən gəminin göyərtəsindən .. alçaq və uca dağların tamaşasına dalmağın zövqünü dadmısınızmı? M.İbrahimov. □ Tamaşa etmək (eləmək) - 1) baxıb seyr etmək, baxmaq. Axşam vaxtları...

TAMAŞAÇI (ID - 38279)

is. 1. Teatr, kino, sirk və s. tamaşalara, yaxud televiziya verilişlərinə baxan adam. Tamaşaçılarla görüş. - Tamaşaçılar Qaraca qızın gözəl səsinə və oynamasına təəccüb edib heyrətdə qalırdılar. S.S.Axundov. Tamaşaçılar...

TAMAŞAGAH (ID - 38280)

is. [fars.] köhn. Tamaşa yeri, teatr.

TAMAŞAXANA (ID - 38281)

is. [fars.] Tamaşa göstərilən bina.

TAMAŞALI (ID - 38282)

sif 1. Tamaşa edilməyə, görməyə, baxmağa layiq; gözəlliyi ilə diqqəti cəlb edən; gözəl, qəşəng, maraqlı. Tərlan tamaşalı, maral baxışlı; Qədəm qoyub astaasta, xoş gəldin! Aşıq Ələsgər. Mən üməralar bağının malıyam;...

TAMBUR (ID - 38283)

[fr. tambourin] Dəmiryol sərnişin vaqonunda hər tərəfi bağlı meydança. Yer olmadığından sərnişinlərin bir çoxu tamburlarda dayanmışdı.

TAMBURİN (ID - 38284)

is. [fr.] Silindrik formalı kiçik təbil.

TAMET (ID - 38285)

is. Tikinti materialı.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed