
TAMAMLAMAQf 1. Tamam etmək, tam hala gətirmək, əlavə edib doldurmaq, bütövləşdirmək. □ Bir-birini tamamlamaq - bir tam, bir bütöv əmələ gətirmək, bir-birinə əlavə olmaq, tamlamaq. Danışıqlar uzanır, zarafatlar, gülüşlər bir-birini tamamlayırdı. Ə.Vəliyev.
2. Sona yetirmək, qurtarmaq, axıra çatdırmaq. Kitabı oxuyub tamamlamaq. - Həcər sözünü tamamlayıb, gözünü yollara dikmişdi. “Qaçaq Nəbi” . Bayram ehmalca gülümsündü. Mənə cavab verməyib öz fikrini tamamladı. Ə.Vəliyev. Paylaşın - Hamı bilsin
|