İzahlı lüğət

TAMAHLANMAQ

f . Bir şeyi əldə etməyə, bir şeyə sahib olmağa həvəs göstərmək; nəfsini saxlaya bilməmək; tamahsılanmaq. ..Bu biçarə qızın zahiri çirkinliyi bir yana dursun, ..azacıq bir cehizi də yox idi ki, bəlkə də bəzi cavanlar canına görə də olmasa, malına görə tamahlanıb alsınlar. B.Talıblı. Arabaçı tamahlanıb arabasını yağ boçkaları ilə doldurduğundan arabanın təkərləri bərk cırıldayıb səslənirdi. S.Rəhimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......