İzahlı lüğət

TAMAH

is. [ər. təmə] Bir şeyi əldə etməyə göstərilən hədsiz arzu; hərislik, acgözlük, bir şeydə gözü qalma. Artıq tamah baş yarar. (Ata. sözü). [Əliqulu:] ..Mənim dünya malına tamahım yoxdur. S.S.Axundov.
□□ Tamah dişini çəkmək - vaz keçmək, gözünü çəkmək, əlini üzmək, ümidini kəsmək. Tamaha düşmək - acgözlüklə istəmək, həris olmaq. Əyləşənlərin hamısı tamaha düşdü. B.Bayramov. Tamahı güc gətirmək (zor eləmək) - tamahını, nəfsini saxlaya bilməmək, özünü saxlaya bilməmək, həddindən artıq tamahkarlıq göstərmək. [Kərəməli:] Demədimmi yoldaşlarından ayrılma, tamahın güc gətirdi, gəldim. M.F.Axundzadə. [Hacı Qara:] Əlacım kəsildi, tamah zor elədi, dedim, bu bəylər ilə gedərəm Təbrizə. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed