İzahlı lüğət

TƏRXAN (ID - 39236)

is. 1. Orta əsrlərdə türk xalqlarında hökmdarların titulu.
2. Zaqafqaziya və Mərkəzi Asiyada, Kazan, Həştərxan xanlıqlarında feodalların dövlət vergilərindən azad edilmiş mülkü və torpağı.

TƏRXİS (ID - 39237)

is. [ər.] hərb. Ordunun sülh şəraitinə keçdikdən sonra hərbi xidmətdən buraxılması. Sıravi heyətin tərxisi. □ Tərxis etmək - buraxmaq, ordu sıralarından azad etmək. Ordunu tərxis etmək. Tərxis olunmaq
buraxılmaq, ordu sıralarından...

TƏRXUN (ID - 39238)

is. Nazik, uzun yarpaqları yeməyə işlədilən çoxillik göyərti. İki dəstə tərxun.
..Kənarda keşniş, kəvər və tərxun ləkləri gözə çarpırdı. Çəmənzəminli.

TƏRİF (ID - 39239)

is. [ər.] 1. Bir şəxsin, ya şeyin yaxşı cəhətlərini, məziyyətlərini, müsbət xüsusiyyətlərini demə; mədh, vəsf. İndi Sona gözəl cümlələr, təriflər.. dinləmək istəyirdi. B.Bayramov. // Şöhrət, ad. Əyri qılıncı belində;...

TƏRİFƏGƏLMƏZ (ID - 39240)

sif Hər cür tərifdən yüksək; çox gözəl, çox yaxşı. Tərifəgəlməz gözəllik.

TƏRİFƏLAYİQ (ID - 39241)

sif. Tərifli, tərif edilməyə layiq olan, çox gözəl, əla. Tərifəlayiq təşəbbüs.

TƏRİFLƏMƏ (ID - 39242)

“Tərifləmək”dən f.is.

TƏRİFLƏMƏK (ID - 39243)

f . Tərif etmək, vəsf etmək, mədh etmək. Yarış qabaqcıllarını tərifləmək.

TƏRİFLƏNMƏ (ID - 39244)

“Təriflənmək” dən f.is. Büləndin təriflənməsindən acığı gəldiyi, həm də əsil mətləbə keçmək vaxtı olduğu üçün Sirat sözü dəyişib dedi. Ə.Əbülhəsən.

TƏRİFLƏNMƏK (ID - 39245)

məch. Tərif edilmək, vəsf edilmək, mədh olunmaq. Yaxşı işinə görə təriflənmək. - Hər üç-dörd ayda, hər kənd təsərrüfat kampaniyasının axırında bir təriflənmək [Rüstəm kişinin] cirəsi idi. M.Ibrahimov.

TƏRİFLİ (ID - 39246)

sif. Tərifəlayiq, tərifə dəyər, yaxşı, gözəl, təriflənməli. [Çingiz:] Cəbi lələ, get, Piri babanın o tərifli balından kəs, gətir, yeyək. S.S.Axundov.

TƏRİFNAMƏ (ID - 39247)

is. [ər. tərif və fars. ...namə] Yaxşı işləməyə, yaxşı oxumağa, yarışda, baxışda və s.-də qabaqcıl yer tutduğuna görə birinə verilən rəsmi sənəd. Orta məktəbi tərifnamə ilə bitirmək. Konkursda tərifnamə almaq. - Həmişə...

TƏRİQ (ID - 39248)

is. [ər.] klas. Yol. Bir il əvvəl Varşava təriqi ilə Avropaya səfər edən bir İran [vətəndaşı] bir neçə gün Kiyev səfirinin müsafiri olmuşdu. Çəmənzəminli. [Həmzənin] böyük planları vardı, ticarətini Tiflis və Batum təriqi...

TƏRİQƏT (ID - 39249)

is. [ər.] din. Hakim dindən ayrılmış dini icma, islam məsləklərindən, məzhəblərindən hər biri. [Yaşlı kişi:] Fəqət müxtəlif məzhəb və təriqətlərə mənsub olan müsəlmanlar hamısı bu barədə müttəfiq deyillər. S.Hüseyn....

TƏRİQƏTÇİ (ID - 39250)

is. Bu və ya digər təriqətə mənsub olan adam.

TƏRİQƏTÇİLİK (ID - 39251)

is. Təriqətlərdən birinə mənsub olma.

TƏRK1 (ID - 39252)

is. [fars. ]: tərk etmək (eləmək) - 1) qoyub getmək, çıxıb getmək, buraxıb getmək, atıb getmək. Evi tərk etmək. Vətənini tərk etmək. - Reyhan səssiz tərk eləyir; Nənəsinin otağını. M.Dilbazi; 2) yarımçıq qoymaq, daha davam...

TƏRK2 (ID - 39253)

bax tək2. ..[Məlikməmməd] quyunun tərkinə çatan kimi bir o yana-bu yana baxıb gördü ki, bir yol var. Çəmənzəminli. Dərənin tərkindən, göz güclə işləyən yerdən parıltı gəlir, ancaq su görünmür. Mir Cəlal.

TƏRK3 (ID - 39254)

is. Atm belinin yəhər qoyulan yerinin dal tərəfi. ..Çavuş qəndabı içib, corabı aldı və qoydu atının tərkindəki xurcuna. C.Məmmədquluzadə. Sadıq kişi atın tərkinə bağlanmış dolu heybəni götürdü. M.Hüseyn. □ Tərk xurcunu...

TƏRKALTI (ID - 39255)

is. Yəhərin, at və ya başqa minik heyvanının tərkində olan dal hissəni. [Həsrət:] Saxla, bala, keç tərkimə, yəhərdəki döşəkçəni də tərkaltının üstünə at. B.Bayramov.

TƏRKİB (ID - 39256)

is. [ər.] 1. Mürəkkəb bir şeyi əmələ gətirən hissələrin, şeylərin, ünsürlərin məcmusu. Dilin lüğət tərkibi. // Hər hansı kimyəvi birləşməyə, xəlitəyə, məhlula daxil olan maddələrin toplusu. Kimyəvi birləşmənin tərkibi....

TƏRKİBBƏND (ID - 39257)

TƏRKİBLİ (ID - 39258)

sif Bir elementin tərkibinə daxil olan. Xüsusi tərkibli maye. Mürəkkəb tərkibli cümlə.

TƏRKİ-DÜNYA (ID - 39259)

is. [ər.] din. Bu dünyanın nemətlərindən, zövq və səfasından əl çəkib, o dünyanın eşqi ilə yaşayan adam; asket, münzəvi. [Pərşan İntizariyə:] Səni - tərki-dünya bir qocanı aclar qorxudur. Ə.Məmmədxanlı.

TƏRKİ-DÜNYALIQ (ID - 39260)

is. Bu dünyanın nemət və zövqü-səfasından əl çəkib, o dünyanın eşqi ilə yaşama; asketizm, münzəvilik.

TƏRKİ-ƏDƏB (ID - 39261)

is. [ər.] Ədəb xaricində, ədəb və əxlaq qaydalarından kənarda olan iş, hərəkət və s.

TƏRKİ-VƏTƏN (ID - 39262)

is. [ər.] Vətənini tərk edib başqa yerə getmə, başqa yerdə yaşama; calayivətən. Nə Otello, nə Faustdur bizim qəhrəman; Nə də tərki-vətən olmuş Harolda bənzər. S.Vurğun.

TƏRKLƏŞMƏ (ID - 39263)

“Tərkləşmək”dən f.is.

TƏRKLƏŞMƏK (ID - 39264)

f Birisinin tərkinə minmək (bax tərk3). [Səttar:] Qal, axşam ikimiz tərkləşərik. P.Makulu.

TƏRKÖYNƏK (ID - 39265)

is. Altdan geyilən köynək, alt köynəyi. // Sif. mənasında. Tərköynək uşaqlar Mədədin əl-ayağına sarındılar. S.Rəhimov.

TƏRK-SİLAH (ID - 39266)

is. [ər.] 1. Silahlarını əlindən alma, silahını, ya silahlarını atmağa məcbur etmə; silahsızlaşdırma. □ Tərk-silah edilmək - silahı əlindən alınmaq; silahsızlaşdırılmaq. [Əsgərlər] çayın o tərəfi ilə yuxarı qalxdıqları...

TƏRLAN (ID - 39267)

is. 1. zool. Güclü dimdiyi və uzun qanadları olan yırtıcı quş. Bir yanında tərlanlar, dumanlı dağlar; Bir yanda kəkliklər, ayna bulaqlar. M.Müşfiq. // məc. Obrazlı təşbehlərdə. Doğrudan da getdikcə Solmazın yeri görünür, o...

TƏRLƏDİCİ (ID - 39268)

sif Tərlədən, tər əmələ gətirən, tər tökdürən. Tərlədici dərman.

TƏRLƏMƏ (ID - 39269)

“Tərləmək”dən f.is.

TƏRLƏMƏK (ID - 39270)

f 1. Bədəni tərlə örtülmək, tər tökmək, dərinin məsamələrindən tər sızmaq. istidən tərləmək. Alnı tərləmək. - Bilqeyis həyəcanından tərləmişdi. S.Vəliyev. işləməyə adət etmədiyindən [Aydının] əlləri tərləyib...

TƏRLƏTMƏ (ID - 39271)

“Tərlətmək”dən f.is.

TƏRLƏTMƏK (ID - 39272)

TƏRLİ (ID - 39273)

sif. 1. Tərləmiş, üstündə tər olan. Tərli at. Tərli bədən. - [Qadınlar və qızlar] iki-üç kilometr piyada gəldiklərindən tərli üzləri qızarmışdı. M.İbrahimov. Tərdən islanmış. Ana yurdun qız-gəlini! Yuyub qurudun; O qocanın...

TƏRLİK (ID - 39274)

is. 1. Yəhər altından atın belinə qoyulan keçə parçası. Cəmil tərliyi Qaşqanın üstünə atıb onu həyətdən çıxardı. Q.İlkin.
Keçmişdə yaşlı kişilərin papaq altından qoyduqları nazik parçadan tikilmiş baş geyimi. Sətin...

TƏRPƏDİLMƏ (ID - 39275)

“Tərpədilmək”dən f.is.

TƏRPƏDİLMƏK (ID - 39276)

“Tərpətmək”dən məch. Stol yerindən tərpədildi. - Dəyirmi dəyirman daşı yavaş-yavaş yerindən tərpədildi və sürütmənin üstünə mindirildi. S.Rəhimov.

TƏRPƏNİŞ (ID - 39277)

is. 1. Tərpənmə, hərəkət, tərpənti, canlanma.
2. Hərəkət, davranış, hərəkət tərzi. Xəlilin hər addımında, hər tərpənişində özünün də yaxşı dərk edə bilmədiyi bir qürur vardı. M.Hüseyn. Səməd [qadının] üzünü...

TƏRPƏNİŞMƏ (ID - 39278)

“Tərpənişmək”dən f.is.

TƏRPƏNİŞMƏK (ID - 39279)

f . Tərpənmək, hərəkətə gəlmək (çoxlu adam haqqında). iclasdakılar bayaqdan çox belə şey eşitdiklərinə baxmayaraq, yenə də söz bura çatanda oturduqları yerdə tərpənişdilər. Ə.Məmmədxanlı.

TƏRPƏNMƏ (ID - 39280)

“Tərpənmək”dən f.is. □ Yer tərpənmə - zəlzələ.

TƏRPƏNMƏK (ID - 39281)

f 1. Yerindəcə hərəkət etmək, hərəkətə başlamaq, tərpəşmək, qımıldanmaq. Tərpənməyir gecə yarı; Ağacların yarpaqları. S.Rüstəm. [Eldar:] Tələsməyin, mən deməmiş tula yerindən tərpənən deyil. M.Rzaquluzadə. □ Yer...

TƏRPƏNTİ (ID - 39282)

bax tərpəniş 1-ci mənada. [Dərya:] O kəsin ki ömrü zəlzələdə keçsin... yerin-göyün tərpəntisindən onun xəbəri çətin ki ola! B.Bayramov.

TƏRPƏŞMƏ (ID - 39283)

1. “Tərpəşmək”dən f.is.
2. is. Hərəkət, canlanma, həyəcan. Heyət üzvləri arasında tərpəşmə əmələ gəldi. Ə.Vəliyev.

TƏRPƏŞMƏK (ID - 39284)

f 1. Hərəkətə başlamaq, hərəkətə gəlmək (çoxları haqqında).
2. Bax tərpənmək 1-ci mənada. Hərdən külək əsər ki, yarpaq düşər; Ancaq onda suyum bir az tərpəşər. A.Səhhət. [izzət] nə zarıyır, nə tərpəşir, nə...

TƏRPƏTMƏ (ID - 39285)

“Tərpətmək”dən f.is.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed