İzahlı lüğət

TƏRLƏMƏK

f 1. Bədəni tərlə örtülmək, tər tökmək, dərinin məsamələrindən tər sızmaq. istidən tərləmək. Alnı tərləmək. - Bilqeyis həyəcanından tərləmişdi. S.Vəliyev. işləməyə adət etmədiyindən [Aydının] əlləri tərləyib qabarlaşmışdı. H.Seyidbəyli. // məc. Bir işlə çox və ciddi məşğul olmaq, bir şey üzərində işləməkdən çox yorulmaq. Məsələnin həlli üzərində tərləmək.
Çökmüş buxardan nəm olmaq, nəm çəkmək. Hopduqca səhranın gövdəsinə su; Tərlədi qaxsımış bir bədən kimi. S.Vurğun. Qurumağa üz tutmuş ağaclar su içib cana gəldi, torpaq tərləməyə, nəfəs almağa, yenidən dirçəlməyə başladı. Ə.Məmmədxanlı.
Bir tərəfi isti, o biri tərəfi soyuq olan boru, şüşə və s. kimi şeylər üzərində su damlaları əmələ gəlmək; nəmlənmək. Pəncərənin şüşələri tərləyib. istidən su borusu tərləyib.
məc. dan. zar. İstəmədiyi halda xərcləməyə, verməyə məcbur olmaq (pul haqqında). 100 manat tərlədim.
□□ Bığ(ının) yeri (yenicə) tərləmək - bax bığ.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

TAB

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed