
TƏRİFNAMƏis. [ər. tərif və fars. ...namə] Yaxşı işləməyə, yaxşı oxumağa, yarışda, baxışda və s.-də qabaqcıl yer tutduğuna görə birinə verilən rəsmi sənəd. Orta məktəbi tərifnamə ilə bitirmək. Konkursda tərifnamə almaq. - Həmişə tərifnamə arzulayan Kosanın indi töhmət sözündən gözü bərələ qalmışdı. S.Rəhimov.
Paylaşın - Hamı bilsin
|