İzahlı lüğət

TƏRKİB

is. [ər.] 1. Mürəkkəb bir şeyi əmələ gətirən hissələrin, şeylərin, ünsürlərin məcmusu. Dilin lüğət tərkibi. // Hər hansı kimyəvi birləşməyə, xəlitəyə, məhlula daxil olan maddələrin toplusu. Kimyəvi birləşmənin tərkibi. Qazın tərkibi. Dəniz suyunun tərkibi.
Müxtəlif element və ya maddələrdən ibarət birləşmə, xəlitə, məhlul. Dərman tərkibləri. Dəriyə xüsusi tərkib hopdurmaq.
Bir kollektivin, təşkilatın heyətini təşkil edən adamlar toplusu. Komissiyanın tərkibi. Rəyasət heyətinin tərkibi.
dilç. Bir neçə sözdən əmələ gələn birləşmə, ifadə, ibarə; söz birləşməsi. Feli sifət tərkibi. Söz və tərkib. - Füyuzatçılar ərəb və fars sözlərini, tərkiblərini yerli-yersiz işlədir, dili zibilləyirdilər. M.İbrahimov.
mus. Şüştər və hümayun dəsgahlarında muğam hissəsinin adı. Tərkibin birinci ifadəsi ümumiyyətlə mayənin üst aparıcı tonu ilə başlanır. Ü.Hacıbəyov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

TAL

TEY

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed