
TƏRPƏNMƏKf 1. Yerindəcə hərəkət etmək, hərəkətə başlamaq, tərpəşmək, qımıldanmaq. Tərpənməyir gecə yarı; Ağacların yarpaqları. S.Rüstəm. [Eldar:] Tələsməyin, mən deməmiş tula yerindən tərpənən deyil. M.Rzaquluzadə. □ Yer tərpənmək - zəlzələ olmaq. Yola düşmək, hərəkət etməyə başlamaq. Telli isə qəti surətdə bir yana tərpənməyəcəyini bildirirdi. S.Hüseyn. [Nərgiz:] Tez ol ata, deyəsən, anagilin dəstəsi tərpənir.. Ə.Məmmədxanlı.
Bir işi görməyə başlamaq, bir işə girişmək, hərəkətə gəlmək. [Qönçə atasına:] Bəlkə sən tərpənincə onlar gecənin birində məni apardılar? Ə.Vəliyev. Paylaşın - Hamı bilsin
|