İzahlı lüğət

TƏŞVİQ (ID - 39386)

TƏŞVİQAT (ID - 39387)

is. [ər. “təşviq” söz. cəmi] Geniş xalq kütlələrinə siyasi nüfuz göstərmək məqsədi güdən şifahi və ya yazılı fəaliyyət. Siyasi təşviqat. Təbliğat və təşviqat.

TƏŞVİQATÇI (ID - 39388)

is. Təşviqatla məşğul olan, təşviqat aparan adam (bax təşviqat). Siyasi təşviqatçı. Təşviqatçıların seminarı.

TƏŞVİŞ (ID - 39389)

is. [ər.] 1. Bir-birinə əks hisslərin mübarizəsindən doğan narahatlıq; təlaş, həyəcan. [Bayram:] Ancaq elə ondan ötrü təşvişdəyəm, ağa,.. bir sevgilim var. M.F.Axundzadə. Ovçu təşviş içərisində gənc həkimə baxdı. H.Seyidbəyli....

TƏŞVİŞLİ (ID - 39390)

sif Təşviş keçirən, narahat, həyəcanlı; təşviş, təlaş ifadə edən. Təşvişli baxış. - Bəs buruq? - deyə, səhiyyə nazirinin bu sözlərdən sonra təşvişli səsi eşidildi. S.Rəhimov. Gənc qadın təşvişli nəzərlərlə fotoqrafa...

TƏTBİQ (ID - 39391)

is. [ər.] Həyata keçirmə, icra etmə, işə salma, felə keçirmə. Elmi nailiyyətlərin istehsalata tətbiqi. Mütərəqqi iş üsullarının tətbiqi. - ..Quluplanlarının tətbiqi üçün var qüvvəsini sərf edir.. Çəmənzəminli. □ Tətbiq...

TƏTBİQİ (ID - 39392)

sif. [ər.] Sırf praktiki əhəmiyyəti olan, praktikada tətbiq olunan. Tətbiqi elmlər. Tətbiqi biliklər.
□ Tətbiqi sənət (incəsənət) - sənətin elə sahəsinə deyilir ki, onun istehsal etdiyi məişət şeyləri eyni zamanda bədii...

TƏTƏBBÖ (ID - 39393)

is. [ər.] 1. Tədqiq etmə, araşdırma.
Mütaliə, mütaliə etmək.
Ardınca, arxasınca getmək.

TƏTİK (ID - 39394)

is. Odlu silahların atəş açmaq üçün barmaqla geri çəkilən manivelası. Avtomatın tətiyi. Tüfəngin tətiyi. - Ancaq tüfəng çox uzun və ağır olduğundan [Yaşarın] əli tətiyə zorla çatdı. M.Hüseyn. O cani tətiyi çəkmişdi,...

TƏTİL (ID - 39395)

is. [ər.] 1. İşin kütləvi və mütəşəkkil surətdə dayandırılması. Aprelin iyirmi doqquzunda başlanan xırda tətillər iyulun ikisindən ümumi tətil şəklini aldı. M.S.Ordubadi. Fəhlələrin bir həftə əvvəl başlanmış tətili...

TƏTİLÇİ (ID - 39396)

is. Tətildə iştirak edən adam (bax tətil 1 -ci mənada). Tətilçilərdən bir çoxu öldürülüb, 800 nəfər də sürgün olunmuşdur. M.S.Ordubadi.

TƏVAZÖ (ID - 39397)

is. [ər.] Öz üstünlüklərini, məziyyətlərini gözə çarpdırmağı, öz xidmətləri ilə qürrələnməyi sevməmə, şöhrətpərəstlikdən, lovğalıqdan uzaq olma; sadəlik. Yunis mexanikə baxıb ürəyində deyirdi: - Dostum, indi təvazö...

TƏVAZÖKAR (ID - 39398)

sif. [ər. təvazö və fars. ...kar] bax təvazölü. Təvazökar adam. Təvazökar alim. - Bütün mülahizələrdən Firidun belə nəticəyə gəldi ki, Şəmsiyyə xanımla gələcək əlaqələrində mümkün qədər təvazökar (z.) dolanmalıdır....

TƏVAZÖKARCASINA (ID - 39399)

zərf Təvazökarlıqla, təvazökarlıq göstərərək. Təvazökarcasına cavab vermək.

TƏVAZÖKARLIQ (ID - 39400)

is. Təvazökar adamın xasiyyəti; sadəlik, təvazö.

TƏVAZÖLÜ (ID - 39401)

sif. Öz üstünlüyünü, məziyyətlərini gözə çarpdırmağı, öz xidmətləri ilə qürrələnməyi sevməyən, şöhrətpərəstlikdən, lovğalıqdan uzaq olan; özünü sadə aparan. Təvazölü adam.

TƏVƏCCÖH (ID - 39402)

is. [ər.] Rəğbət (göstərmə), gülər üz (göstərmə), yaxınlıq hiss etmə (birinə). Camaatın təvəccöhü yavaş-yavaş mollalardan dönür. Ə.Haqverdiyev. □ Təvəccöh etmək klas. - nəzər salmaq, diqqət vermək, fikir vermək. [Yusif...

TƏVƏKKÜL (ID - 39403)

is. [ər.] din. Hər şeyi Allaha buraxma, ondan kömək və imdad gözləmə, taleyə bel bağlama. Usta Zeynal üçün yaşayışın mənası bir təvəkküldən ibarətdir. M.İbrahimov.

TƏVƏKKÜLÜ (ID - 39404)

zərf [ər.] Bəxtəbəxt, müvəffəqiyyətinə ümid edərək, riskə gedərək.

TƏVƏQQE (ID - 39405)

is. [ər.] Xahiş, dilək. Sizdən təvəqqem budur ki... - [İskəndərbəyov:] Sizdən bir təvəqqem vardır. H.Nəzərli. Atasının təvəqqesinə görə Arzu qız öz yazdığı “Günəşin tülusu” əsərini zərif barmaqları ilə pianoda...

TƏVƏQQEÇİ (ID - 39406)

is. Bir şey xahiş etmək üçün birinin yanına gələn şəxs.

TƏVƏLLÜD (ID - 39407)

is. [ər.] Doğulma, anadan olma, dünyaya gəlmə, doğum. Hacı Nəsir .. oğlunun təvəllüdünü şadlıq edib, şəhərin fəqirfüqərasına pul və xörək payladı. S.S.Axundov. Təvəllüd tarixi heç bir yerdə qeyd edilmiş olmadığından...

TƏVƏLLÜDNAMƏ (ID - 39408)

is. [ər. təvəllüd və fars. ...namə] köhn. Bir şəxsin anadan olma vaxtını və yerini təsdiq edən rəsmi sənəd; təvəllüd (yaş) şəhadətnaməsi (kağızı). ..Bir neçə gün bundan əqdəm şirvanlı Həsən bəy Əzizbəyov gedib Məhəmməd...

TƏYİN (ID - 39409)

is. [ər. ] 1. Müəyyən etmə, aydınlaşdırma. Zeynal şaşırdı. Nə [edəcəyini] təyindən aciz kimi idi. S.Hüseyn. □ Təyin etmək (eləmək) - 1) müəyyən etmək, müəyyənləşdirmək, aydınlaşdırmaq, qərarlaşdırmaq. indi Minayəyə...

TƏYİNAT (ID - 39410)

is. [ər. “təyin” söz. cəmi] Kurs, məktəb və s. qurtarmış mütəxəssisləri müəyyən yerlərə işə təyin etmə, göndərmə.

TƏYİNEDİCİ (ID - 39411)

sif. Bir şeyin əsasını təşkil edən, şərtləndirən.

TƏYİNNAMƏ (ID - 39412)

is. [ər. təyin və fars. ...namə] Bir işə, vəzifəyə, yerə təyin olunmaq haqqında sənəd. Səriyyə gəlib çıxmadısa da, Salam gözləmədi. Təyinnaməsini alıb yeni iş yerinə yola düşdü. Mir Cəlal. [Fəridə:] Siz yığışıb gedin,...

TƏYYARƏ (ID - 39413)

is. [ər.] Mühərriki və hərəkət etməyən qanadları olan havadan ağır uçucu aparat. Reaktiv təyyarə. Sərnişin təyyarəsi. Dördmotorlu təyyarə. Hərbi təyyarə. - Kərim göyə tərəf boylanır, buludlarda dolanan təyyarələrə baxırdı....

TƏYYARƏÇİ (ID - 39414)

is. Təyyarə sürücüsü; pilot.

TƏYYARƏÇİLİK (ID - 39415)

is. 1. Təyyarəçinin işi, sənəti, təyyarə sürücülüyü; pilotluq. Əşrəf təyyarəçilik oxuyan yoldaşlarından ikisini yanına salıb evlərinə gətirdi. Mir Cəlal.
2. Təyyarə sürməyin nəzəriyyə və praktikası; aeronaviqasiya....

TƏYYARƏQAYIRAN (ID - 39416)

sif. Təyyarə qayırmaqla məşğul olan. Təyyarəqayıran zavod.

TƏYYARƏQAYIRMA (ID - 39417)

is. Təyyarə istehsalı ilə məşğul olma, təyyarə qayırma sahəsinə aid olma. Təyyarəqayırma sənayesi.

TƏYYARƏVURAN (ID - 39418)

sif.: təyyarəvuran top hərb. - mərmi ilə düşmən təyyarəsini vurmaq üçün xüsusi top.

TƏZAD (ID - 39419)

is. [ər.] 1. Ziddiyyət, əkslik. Vaxtilə bir-birini anlamamış iki aləm bütün təzadı ilə qarşı-qarşıya gəldi. Çəmənzəminli. Tehran qabarıq bir təzad içərisində öz adi həyatını yaşayırdı. M.Ibrahimov.
2. ədəb. inc. Müəyyən...

TƏZADLI (ID - 39420)

sif. Ziddiyyətli, əks, bir-birinə əks olan; bir-birini inkar edən. Təzadlı düşüncələrlə [Firidun] .. yaxınlaşdı. M.Ibrahimov.

TƏZAHÜR (ID - 39421)

is. [ər.] Üzə çıxma, zahir olma, özünü göstərmə, özünü büruzə vermə; ifadə, təcəssüm. [Vaqif:] İnsan təbiətinin də son təzahürü sevgidir. Çəmənzəminli. □ Təzahür etmək - üzə çıxmaq, zahir olmaq, özünü büruzə...

TƏZƏ (ID - 39422)

sif. [fars.] Yeni. Aptekdən təzə dərman gətirmişdilər. C.Məmmədquluzadə. [Gülyaz:] Kəndimizə xəbər yayılıb ki, Bakıdan gələn var, Turşsu barəsində özləri də təzə sözlərdən danışacaqlar. S.Rəhimov.

TƏZƏBƏY (ID - 39423)

is. Yenicə evlənmiş, təzəcə ailə qurmuş oğlan.

TƏZƏBİNƏ (ID - 39424)

sif. dan. Özünə yenicə ailə düzəltmiş, ev tikmiş, ev-eşik düzəltmiş, təzə yerdə yaşamağa başlamış. Təzəbinə ailə. Biz, necə deyərlər, təzəbinəyik, yoldaşlar! Sizdən ummağa haqqımız var! Mir Cəlal.

TƏZƏCƏ (ID - 39425)

1. sif. Təzə, təptəzə. Təzəcə paltar. Təzəcə şey.
2. zərf Yenicə, lap yaxında. Xiyar təzəcə çıxmışdır. Evə təzəcə gəlmişdim ki... - Samirə orta məktəbi bitirəndə on yeddi yaşına təzəcə girmişdi. M.Hüseyn. Gördü,...

TƏZƏDƏN (ID - 39426)

zərf Yenidən, bir daha, yenə. Təzədən başlamaq. Təzədən işə girişmək. Sözü təzədən təkrar etmək. - [Gülüş:] Mənə qalırsa, lap evi dibindən söküb yerə qoymaq və təzədən tikmək lazımdır. C.Cabbarlı. ..Ana, oğul, gəlin...

TƏZƏGƏLİN (ID - 39427)

is. Yenicə ərə getmiş, təzəcə ailə qurmuş qız. Belə ki təzəgəlin üstü-başı cırıq, üzü saralmış, zavallı bir şəklə girən qulluqçuya dönərdi. H.Sarabski.

TƏZƏK (ID - 39428)

is. Qurudulduqdan sonra yanacaq kimi işlədilən qaramal peyini. Qara damlar adda-budda salınmışdı, dal tərəflərində təzək qalaqlanmışdı. Çəmənzəminli. Sacın altına qalanmış təzək tüstüləyirdi. Ə.Vəliyev.

TƏZƏLƏMƏ (ID - 39429)

“Təzələmək”dən f.is.

TƏZƏLƏMƏK (ID - 39430)

bax yeniləmək. Xudayar bəy katda olan kimi lap dəyişildi. Paltarını təzələyib, xəbər verdi ki, onun adı Xudayar deyil, Xudayar bəydi. C.Məmmədquluzadə. Həyatdakı siyasi, ictimai və iqtisadi dəyişikliklər Mirzağanın əski ruhunu...

TƏZƏLƏNMƏ (ID - 39431)

“Təzələnmək”dən f.is.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed