
TƏTBİQis. [ər.] Həyata keçirmə, icra etmə, işə salma, felə keçirmə. Elmi nailiyyətlərin istehsalata tətbiqi. Mütərəqqi iş üsullarının tətbiqi. - ..Quluplanlarının tətbiqi üçün var qüvvəsini sərf edir.. Çəmənzəminli. □ Tətbiq etmək - həyata keçirmək, felə keçirmək, işlətmək. [Mirzəyev] kursda oxuduqlarını, öyrəndiklərini öz işinə tətbiq edir, planın artıqlamasilə yerinə yetirilməsində qazandığı bilikdən istifadə edirdi. Ə.Sadıq.
Paylaşın - Hamı bilsin
|