
TƏVƏLLÜDis. [ər.] Doğulma, anadan olma, dünyaya gəlmə, doğum. Hacı Nəsir .. oğlunun təvəllüdünü şadlıq edib, şəhərin fəqirfüqərasına pul və xörək payladı. S.S.Axundov. Təvəllüd tarixi heç bir yerdə qeyd edilmiş olmadığından [Rüstəmin] yaşını doğru bilən yox idi. T.Ş.Simurq. □ Təvəllüd şəhadətnaməsi (kağızı) - doğum kağızı, təvəllüdnamə. Realni məktəbin birinci sinfinə 11-12 yaşından yuxarı şagirdlər qəbul edilməyirdi, buna görə də yaş göstərən təvəllüd şəhadətnaməsi tələb olunurdu. T.Ş.Simurq.
Paylaşın - Hamı bilsin
|