
TƏYİNNAMƏis. [ər. təyin və fars. ...namə] Bir işə, vəzifəyə, yerə təyin olunmaq haqqında sənəd. Səriyyə gəlib çıxmadısa da, Salam gözləmədi. Təyinnaməsini alıb yeni iş yerinə yola düşdü. Mir Cəlal. [Fəridə:] Siz yığışıb gedin, ana, mən təyinnaməmi alıb işə başlayacağam. Ə.Məmmədxanlı.
Paylaşın - Hamı bilsin
|