
TƏZAHÜRis. [ər.] Üzə çıxma, zahir olma, özünü göstərmə, özünü büruzə vermə; ifadə, təcəssüm. [Vaqif:] İnsan təbiətinin də son təzahürü sevgidir. Çəmənzəminli. □ Təzahür etmək - üzə çıxmaq, zahir olmaq, özünü büruzə vermək, özünü göstərmək. ..Siyasi xadimlərin mətanət və iradəsi daha bariz şəkildə təzahür edər. M.Ibrahimov.
Paylaşın - Hamı bilsin
|