İzahlı lüğət

TƏŞVİŞ

is. [ər.] 1. Bir-birinə əks hisslərin mübarizəsindən doğan narahatlıq; təlaş, həyəcan. [Bayram:] Ancaq elə ondan ötrü təşvişdəyəm, ağa,.. bir sevgilim var. M.F.Axundzadə. Ovçu təşviş içərisində gənc həkimə baxdı. H.Seyidbəyli. □ Təşviş etmək (keçirmək), təşvişə düşmək - narahat olmaq, təlaşa düşmək, həyəcanlanmaq. [Almaz:] Ay ana, sən elə nahaq yerə belə təşvişə düşürsən. Cabbarlı. Mənzil alanların bu qədər təşviş keçirmələrinin əsas iki səbəbi vardı.. B.Bayramov. Təşvişə salmaq - narahat etmək, təlaşa salmaq, həyəcanlandırmaq. Getmişdi on günə, çıxdı on beşə; Neçin saldı məni belə təşvişə? Ə.Cavad.
2. Təşvişlə şəklində zərf - narahatlıqla, həyəcanla, təlaşla. Yoxsullar soyuq və sərt Bakı qışını təşvişlə qarşılayırdılar. A.Şaiq. Seymur əlini [Teymurun] sağ əlinə toxundurub təşvişlə soruşdu.. H.Seyidbəyli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed