İzahlı lüğət

TƏLİMAT (ID - 38986)

is. [ər. “təlim” söz. cəmi] Bir şeyi həyata keçirmək üçün qayda və üsullar müəyyən edən yazılı göstəriş; əmmamə. [Əbülhəsənov:] Təlimatda, göstərişdə ayrı şeylər də yazılıb. Ə.Vəliyev. Divarlarda.. sitrus...

TƏLİMATÇI (ID - 38987)

is. 1. Dövlət, kooperativ və ya ictimai təşkilatların, öz tabeliklərində olan idarələrin və işçilərin fəaliyyətini yoxlayan və işi necə qurmaq haqqında onlara göstəriş verən işçisi. Seçki günü camaat toplandı, mərkəzdən...

TƏLİMATÇILIQ (ID - 38988)

is. Təlimatçının işi. Mədəd muzdurlar komitəsinin təlimatçılığı vəzifəsində çalışar, əsas etibarilə kulaklarla muzdurlar arasında şərtnamə bağlardı. S.Rəhimov.

TƏLİMATLANDIRMA (ID - 38989)

“Təlimatlandırmaq”dan f.is.

TƏLİMATLANDIRMAQ (ID - 38990)

f Bir işi necə görmək haqqında izahat vermək, təlimat vermək, rəhbər göstəriş vermək, öyrətmək. Katib .. ayrılan on iki nəfəri təlimatlandırırdı. Ə.Əbülhəsən.

TƏLİMÇİ (ID - 38991)

is. Heyvanlara təlim verməklə məşğul olan adam. ..Ayı təlimçisi Valentin Filatovun çıxışları tamaşaçıları xüsusilə valeh edir. “Bakı” .

TƏLİMNAMƏ (ID - 38992)

[ər. təlim və fars. ...namə] bax təlimat. Direktor zəngi basıb, hesabdardan təlimnaməni istədi. Mir Cəlal. Sənət məktəbinə qəbul haqqında təlimnaməni hələ də Üçtəpəyə göndərə bilməmişəm. Q.Ilkin.

TƏLİS1 (ID - 38993)

is. bax kisə.

TƏLİS2 (ID - 38994)

is. Əl-üz dəsmalı.

TƏLİS3 (ID - 38995)

is. Əl-üzyuyan.

TƏLİS4 (ID - 38996)

is. Üstünə tut çırpılan iri parça.

TƏLQİN (ID - 38997)

is. [ər.] 1. Hər hansı bir fikri, əqidəni, hissi qəbul etdirmək üçün birinin iradəsinə, psixikasına təsir etmə, beyninə yeritmə. Tahir .. yenə qocanın mənalı-mənalı baxan, təlqin dolu gözlərini, qüvvətlə gurlayan səsini unutmurdu....

TƏLQİNEDİCİ (ID - 38998)

sif Bir şeyi birinə təlqin edən, inandırıb beyninə yeridən; inandırıcı. ..Bir ara susub durdum, sonra təlqinedici tövrlə sözümə davam etdim. M.S.Ordubadi. Bəkir öz güclü, təlqinedici səsi ilə ara vermədən ötür, nə isə sirli...

TƏLL (ID - 38999)

is. Uzun təpə. [Bəxtiyar] gözünü açanda gördü, doğrudan da bir təllin dibindədi. Yavaş-yavaş təllin başına çıxıb, gördü bir qalaça var. (Nağıl). [Cəfərqulu xan:] Qardaş, buyur, bu təllin üstünə çıx! Ə.Haqverdiyev.

TƏLLƏMƏ (ID - 39000)

“Təlləmək”dən f.is.

TƏLLƏMƏK (ID - 39001)

f . dan. Uzun təpə kimi yığmaq. Daşı təlləmək.

TƏLLƏNMƏ (ID - 39002)

“Təllənmək”dən f.is.

TƏLLƏNMƏK (ID - 39003)

məch. Uzun təpə kimi yığılmaq, təpə əmələ gəlmək. Dərənin içinə basdırılacaq payalar bir tərəfə çinlənir, qum ələnir, əhəng, torpaq bir qırağa təllənirdi. Ə.Vəliyev.

TƏLTİF (ID - 39004)

is. [ər.] 1. Yaxşı xidmətə və ya bir işdə fərqlənməyə görə orden, medal, fəxri ad, keçici bayraq, qiymətli şey və s. vermə. Xəstəxanada yatdığının üçüncü günü [Cavadı] fərəhli bir xəbərlə - təltif xəbərilə təbrik...

TƏM (ID - 39005)

[ər.] bax tam2. Dedi: - Meylin olurmu aluyə; Təmi meyxoş qızıl gəvaluyə? M.Ə.Sabir.

TƏMAS (ID - 39006)

is. [ər.] 1. Bir-birinə dəymə, toxunma. [Zeynal bıçağın] itiliyini nümunə etmək üçün barmağı ilə tiyəsinə təmas etdi. Çəmənzəminli. [Oğlan] birdən Məryəmin qoluna təmas edib dayandı. M.Hüseyn.
2. məc. Yaxınlıq, əlaqə....

TƏMAYÜL (ID - 39007)

is. [ər.] 1. Meyil. [Roza xanım:] Eh, sizdə heç yüksəliş təmayülü yoxdur. Çəmənzəminli. Xədicənin bu fəlakətini evdə eşitdikdə ona qarşı məndə bir təmayül hissi oyandı. S.Hüseyn.
məc. Partiyanın əsas xəttindən sapma,...

TƏMAYÜLÇÜ (ID - 39008)

is. Partiyanın əsas xəttindən sapan, kənara çıxan, təmayülçülüyə meyil göstərən adam. Bizə lazımmı təmayülçülərin falçılığı? Nə deyirlərdi, beşillik yetirilməz yerinə! M.Müşfiq.

TƏMAYÜLÇÜLÜK (ID - 39009)

is. Partiyanın əsas xəttindən kənara çıxmağa meyil göstərmə.

TƏMAYÜLLÜ (ID - 39010)

sif. Müəyyən ixtisaslaşmaya meyil göstərən; ixtisaslaşan. Riyaziyyat təmayüllü orta məktəb.

TƏMƏL (ID - 39011)

[ər.] 1. Bünövrə, özül. Binanın təməli. Divarın təməli. - [Yusif:] Evlər təməlindən yıxılıb, qalmadı bir dam. H.Cavid.
2. məc. Bir şeyin əsası, kökü. Mənə bir qocaman dağı andırır; Eşqimin təməli şəhərim Bakı....

TƏMƏLLİ (ID - 39012)

sif. Bünövrəli, özüllü, əsaslı.

TƏMƏLSİZ (ID - 39013)

sif. Təməli olmayan, bünövrəsiz, özülsüz, əsassız.

TƏMƏNNA (ID - 39014)

is. [ər.] 1. Arzu, istək, dilək, xahiş. Bəxti-mənhusimə bax, mən bu təmənnada ikən; Şişməyə başladı indi üzü qarə cigərim. M.Ə.Sabir. Var idim çoxdan ol təmənnadə; Dolaşaydım çıxıb bu səhradə. A.Səhhət. □ Təmənna...

TƏMƏNNASIZ (ID - 39015)

sif. Özü üçün bir məqsəd, fayda, mənfəət güdməyən. Təmənnasız yardım. - Bəli, xalqdan böyük dayaq yoxdur, deyib Şərəfoğlu qocanın sözünü təsdiq etdi, xalq təmənnasız dostdur, ədalətlidir. M.Ibrahimov. // Zərf mənasında....

TƏMƏRKÜZ (ID - 39016)

is. [ər.] Mərkəzləşmə, mərkəzləşdir(il)mə. // Bir yerə toplanma, yığılma, cəmləşmə.

TƏMƏRKÜZLƏŞDİRİLMƏ (ID - 39017)

“Təmərküzləşdirilmək”dən f.is.

TƏMƏRKÜZLƏŞDİRİLMƏK (ID - 39018)

məch. Bir yerə toplaşdırılmaq, yığışdırılmaq, cəmləşdirilmək.

TƏMƏRKÜZLƏŞDİRMƏ (ID - 39019)

“Təmərküzləşdirmək”dən f.is.

TƏMƏRKÜZLƏŞDİRMƏK (ID - 39020)

f Bir yerə toplaşdırmaq, yığışdırmaq, cəmləşdirmək. Sənayeni təmərküzləşdirmək.

TƏMƏRKÜZLƏŞMƏ (ID - 39021)

“Təmərküzləşməkdən f.is. Kapitalın təmərküzləşməsi.

TƏMƏRKÜZLƏŞMƏK (ID - 39022)

f . Bir yerə toplanmaq, yığılmaq, cəmləşmək.

TƏMƏSSÜK (ID - 39023)

is. [ər.] bax veksel. Kağızları da yoxladıq, bunlar pul təməssükləri, mülk qəbalələri və sair lazımsız kağızlardı. M.S.Ordubadi. [Əbdüləli bəy:] Balaş, sizin təməssükün vaxtı dünən qurtarmışdır. C.Cabbarlı.

TƏMHİD (ID - 39024)

is. [ər.] köhn. 1. Yayma, döşəmə.
Nizama salma.
Hazırlıq.

TƏMİM (ID - 39025)

is. [ər.] 1. Ümumiləşdirmə.
2. Yayma, paylama.

TƏMİN (ID - 39026)

is. [ər.] Adətən “etmək” , “edilmək” köməkçi feilləri ilə - 1) bir şeylə lazımi dərəcədə təchiz etmək, lazım olan bütün şeyləri vermək. [Xacə Nizam:] Bir də kaşanə gərək məsrəf üçün; Hər nə lazımsa edərlər...

TƏMİNAT (ID - 39027)

is. [ər. “təmin” söz. cəmi] 1. Birisinin həyatını təmin etmək üçün ona verilən pul, maddi vəsait və s. Aslan da düşünərək, çalışaraq ailəsinə təminat yolu tapmışdı. A.Şaiq.
2. Bir şeyin qorunub saxlanmasını, yerinə...

TƏMİNATLI (ID - 39028)

sif. Təminatı olan, təmin edilmiş. Təminatlı əmək haqqı.

TƏMİNEDİCİ (ID - 39029)

sif. Təmin edən, qane edən, razı salan. Təminedici cavab. Təminedici izahat.

TƏMİR (ID - 39030)

is. [ər.] Bir şeyin xarab olmuş, sınmış, dağılmış, sökülmüş yerini düzəltmə, qaydaya salma. Ayaqqabı təmiri. Təmir emalatxanası. - Traktorçular traktor təmirinə məşğuldular. M.İbrahimov. Bu maşını cüzi təmirdən sonra...

TƏMİRARASI (ID - 39031)

sif. xüs. Təmirlər arasında olan, həyata keçirilən. Neft quyusunun təmirarası işləmə müddəti. - [Mehriban:] Məsələn, sən öz sexində təmirarası müddəti nə qədər uzatmısan? H.Seyidbəyli.

TƏMİRAT (ID - 39032)

[ər. “təmir” söz. cəmi] klas. 1. is. Təmir, təmir işləri. [Rüstəm bəylə Çingiz] yanğından saxlanılmış, xırda təmiratla alayarımçıq süs verilmiş bir otağa girdilər. Çəmənzəminli. [Həmid Əlyarov:] Yoldaşlar, bu təmiratı...

TƏMİRÇİ (ID - 39033)

is. Təmir işi ilə məşğul olan fəhlə. Təmirçi çilingər. Yeraltı təmirçilər.

TƏMİRXANA (ID - 39034)

is. [ər. təmir və fars. ...xanə] Təmir işləri aparılan emalatxana. - [Sədr:] Amma Hüseynqulunun Təzə şəhərdə bir mexaniki sex düzəltməyi, təmirxana, dəmirçixana qurmağı mənim üçün bilirsən nə olar? Mir Cəlal.

TƏMİZ (ID - 39035)

sif. və zərf 1. Çirk olmayan, kirli olmayan, ləkəli olmayan, çirklənməmiş, kirlənməmiş, yuyulmuş. Təmiz yaylıq. Təmiz dəsmal. - Feldşerin peşkəş verdiyi təmiz xalat [Mahirəyə] çox gözəl yaraşırdı. M.Hüseyn. Kəniz Həlimə...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed