İzahlı lüğət

TƏMİR

is. [ər.] Bir şeyin xarab olmuş, sınmış, dağılmış, sökülmüş yerini düzəltmə, qaydaya salma. Ayaqqabı təmiri. Təmir emalatxanası. - Traktorçular traktor təmirinə məşğuldular. M.İbrahimov. Bu maşını cüzi təmirdən sonra hərəkətə gətirmək olardı. B.Bayramov. □ Təmir etmək - 1) bir şeyin xarab olmuş, sınmış, sökülmüş yerini düzəltmək. Evi təmir etmək. Yolu təmir etmək. - Ev sahibi evin qədrini bilsə, görər ki, ev uçacaq və elə ki, gördü uçacaq, başlar təmir eləməyə. C.Məmmədquluzadə. [Rəhim:] Bizim işimiz depoda parovoz təmir etmək idi. Ə.Sadıq; 2) köhn. tikmək, bina etmək. Bir də gördün ki, eyləyib tədbir; Bir gözəl xanə etdilər təmir. S.Ə.Şirvani.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......