İzahlı lüğət

TƏƏSSÜR (ID - 38736)

is. [ər.] 1. Bir şeyin təsiri altında olma, təsirini hiss etmə, duyma, mütəəssir olma.
2. Hiss, təəssürat, ruhi iztirab (hiddət, qeyz, qorxu, sevinc və s.); emosiya. Evinə çatmadan altı aydan bəri [Qurbanlıda] doğan hisslər və...

TƏƏSSÜRAT (ID - 38737)

is. [ər. “təəssür” söz. cəmi] Xarici aləmdəki əşya və hadisələrin insan şüurunda buraxdığı iz, onların əksi, ona təsiri. [Nadir bəy:] insanlar arasında ülfət ziyadələşdikcə, şübhəsiz, könüldəki təəssürat və...

TƏƏŞŞÜQ (ID - 38738)

is. [ər.] Aşiq olma, qarşılıqlı sevgi.

TƏFAVÜT (ID - 38739)

is. [ər.] İki adam və ya iki şey arasındakı fərqli cəhət; fərq. [Tarverdi:] Fəqət yenə bilmədim ki, şeytan ilə bu Aslanın təfavütü nədədir? C.Cabbarlı. [Qoca:] Bizim üçün şah və gəda - təfavütü yoxdur. A.Divanbəyoğlu....

TƏFCİMƏK (ID - 38740)

f. məh. Yamamaq, yamaq qoymaq.

TƏFƏKKÜR (ID - 38741)

is. [ər.] 1. fəls. İnsanın fikirləşmək, düşünmək, nəticə çıxarmaq bacarığı; şüurun obyektiv varlığı əksetdirmə prosesində xüsusi pillə. Elmi təfəkkür. Beyin təfəkkür orqanıdır.
2. klas. Fikir. □ Təfəkkür etmək...

TƏFƏRRÜAT (ID - 38742)

[ər. “təfərrü” söz. cəmi] 1. Əsas mətləbə az dəxli olan təfsilat; ikinci dərəcəli əhəmiyyəti olan məsələlər, xırda məsələlər. // Bir şeyin ən kiçik, ən xırda, ən incə cəhətləri. Bir nöqtə, kiçicik bir cizgi...

TƏFRİQƏ (ID - 38743)

is. [ər.] 1. Narazılıq nəticəsində araya ikitirəlik düşmə; ayrılma, ayrılıq, ittifaqsızlıq, ikitirəlik. [Mirzə Heydər:] Belə təfriqədən burjua hökumətləri isə istifadə edirlər. Ə.Haqverdiyev. O hələ uşaq ikən; Düşünmüş...

TƏFRİQƏÇİ (ID - 38744)

is. Bir təşkilata təfriqə salan, ikitirəlik salan, onun vəhdətinin pozulmasına, onun parçalanmasına səbəb olan adam.

TƏFRİQƏÇİLİK (ID - 38745)

is. Təşkilatda, partiyada və s.-də təfriqə salma, onun vəhdətini pozma, təfriqəçinin gördüyü pozuculuq işi; ikitirəlik. Təfriqəçiliklə mübarizə.

TƏFSİL (ID - 38746)

is. [ər.] bax təfsilat. Qurşaq da, bilirsən ki, on arşın gərək olsun; Təfsilə nə hacət. M.Ə.Sabir. Macəranın təfsilini, inşallah, özüm gələndə dilcavabı nəql elərəm. Məmmədquluzadə.

TƏFSİLAT (ID - 38747)

is. [ər. “təfsil” söz. cəmi] 1. Bir işin, hadisənin və s.-nin ən kiçik, ən cüzi təfərrüatı. Məsələnin təfsilatı. - [Fərman] .. qızla olan ilk görüşünün təfsilatını xəyalında canlandırdı. Ə.Sadıq. Verdiyev [Gəldiyevi]...

TƏFSİLƏN (ID - 38748)

zərf [ər.] Təfərrüatı ilə, təfsilatı ilə, müfəssəl surətdə. Şeyx əyləşəndən sonra Məmməd əhvalatı başdan-ayağadək təfsilən nəql elədi. E.Sultanov. [Vəkillər] kəndlilərin adlarını, acların sayını və istədikləri...

TƏFSİLLİ (ID - 38749)

sif Müfəssəl, təfsilatla, təfsilən. Əsər çox təfsilli yazılmışdı. M.S.Ordubadi.

TƏFSİR (ID - 38750)

is. [ər.] Şərh, izah; şərh və bəyan etmə, izah etmə. □ Təfsir etmək - izah etmək, şərh etmək. [Murad] bəzi cümlələrin üzərində uzun-uzadı düşünür, özlüyündə onları təfsir edirdi. S.Hüseyn.

TƏFSİRÇİ (ID - 38751)

is. Hər hansı bir əsəri şərh və bəyan edən, izahını verən şəxs; şərhçi.

TƏFTİŞ (ID - 38752)

is. [ər.] 1. İşlərin düzgünlüyünü və qanuni olub-olmadığını yoxlamaq məqsədilə hər hansı idarə və ya vəzifəli şəxsin fəaliyyətinin təhqiq edilməsi, yoxlanması. Bürcəliyev açılmış qapıdan təftiş heyəti işləyən...

TƏFTİŞÇİ (ID - 38753)

is. Təftişçilik tərəfdarı, təftişçiliklə məşğul olan adam.

TƏFTİŞÇİLİK (ID - 38754)

is. 1. İnqilabi marksizmin siyasi, fəlsəfi və iqtisadi əsaslarını təftiş etmək, yenidən nəzərdən keçirmək və ya təhrif etmək, onları kapitalizmin xeyrinə, sosialist inqilabının və proletar diktaturasının zərərinə olaraq dəyişmək...

TƏĞYİR (ID - 38755)

is. [ər.] Dəyişmə, dəyişiklik, dəyişdirmə, başqalaşma. Balalar müəllimdə zühur edən təğyiri düşündülər və hamısının üzündə məyusluq əsəri göründü. Çəmənzəminli. □ Təğyir etmək (tapmaq, vermək)
dəyişmək,...

TƏHARƏT (ID - 38756)

is. [ər.] Təmizlik, paklıq.

TƏHDİD (ID - 38757)

is. [ər.] Qorxutma, hədələmə; hədə, qorxu, hədə-qorxu. Aslan bəy təhqir və təhdidin bu qədərinə dayana bilmədi. A.Şaiq. ..Mürtəcelər fitnəkarlıq və təhdidə əl atırdılar. M.İbrahimov. □ Təhdid etmək - hədələmək, hədə-qorxu...

TƏHDİDEDİCİ, TƏHDİDLİ (ID - 38758)

sif. Hədələyici, təhdid edən, hədələyən. Qaçaqların bu təhdidedici sözlərinə yolçuların anlamadığı şeylər də qarışırdı. Mir Cəlal.

TƏHƏMMÜL (ID - 38759)

is. [ər.] klas. Səbir etmə, dözmə, qatlaşma. [İsmət:] Lakin təhəmmüldən başqa çarə nə? H.Cavid. □ Təhəmmül etmək - səbir etmək, dözmək, qatlaşmaq. Seyyid, təhəmmül et təbi-hicranə, çəkmə ah. S.Ə.Şirvani.

TƏHƏR (ID - 38760)

[ər. tövr-dən] 1. is. Cür, üsul, qayda, yol. Nə təhər adamdır? Bu təhər hərəkət etmək olmaz. - [At] dilə gəlib dedi: - Padşah bir uzun örkən, bir də poladdan bir bıçaq qayıtdırsın, sonra mən sənə təhərini deyərəm. (Nağıl)....

TƏHƏRSİZ (ID - 38761)

sif. Biçimsiz, xarici görünüşü pis, eybəcər, yaraşıqsız.

TƏHƏR-TÖHÜR (ID - 38762)

is. Xarici görünüş, görkəm (çox vaxt istehza, mənfilik çaları ilə). Bunun təhər-töhürünə baxın. - Təhər-töhüründən mollaya oxşayan qoca bir kişi isə adamların siyahısını tuturdu. Ə.Abasov.

TƏHƏSSÜR (ID - 38763)

is. [ər.] köhn. Həsrət çəkmə, həsrətində olma.

TƏHƏVVÜL (ID - 38764)

is. [ər.] köhn. Haldan-hala keçmə, başqa hala keçmə, dəyişmə.

TƏHƏYYÜR (ID - 38765)

is. [ər.] köhn. Heyran olma, heyrətə düşmə, heyrətə gəlmə, mat qalma, matı-mutu quruma.

TƏHKİM (ID - 38766)

is. [ər.] (əsasən “etmək” , “edilmək” , “olmaq” , “olunmaq” köməkçi feilləri ilə işlənir). 1. Birinin sərəncamına, ixtiyarına vermə (məşğələ keçmək, öyrətmək, xidmət etmək və s. üçün), birinin üzərinə...

TƏHKİMÇİ1 (ID - 38767)

is. tar. Rusiyada təhkimçilik ictimai quruluşunda: təhkimçilik hüququna malik olan mülkədar.

TƏHKİMÇİ2 (ID - 38768)

is. Təhkim olunmuş, təhkim edilmiş adam (bax təhkim 1-ci mənada). Bir də yeddi nəfərlik köməkçilər heyəti; Bir də məsul təhkimçi qeyd edildi nəhayət. R.Rza. [Nuriyyə:] Səriyyə əvvəlcə məni mərkəzdən gəlmiş təhkimçi hesab...

TƏHKİMÇİLİK (ID - 38769)

is. tar. Mülkədarların, onlara məxsus olan kəndlilərin əməyinə, malına, canına tam sahib olduqları ictimai quruluş; krepostnoyluq. Təhkimçilik dövrü. Təhkimçilik münasibətləri. Təhkimçilik təsərrüfatı. □ Təhkimçilik hüququ...

TƏHKİMLİ (ID - 38770)

is. tar. Təhkimçilik ictimai quruluşunda: təhkimçilik hüququna əsasən mülkədara məxsus olan kəndli. // Sif. mənasında. Təhkimli kəndli. - Hanı ömrü nəhayətsiz əzablar içərisində keçmiş təhkimli mujiklər? M.Ibrahimov.

TƏHKİYƏ (ID - 38771)

is. [ər.] ədəb. Bədii əsərin, təsvir və mükalimədən fərqli olan, hərəkət, iş, hadisə haqqında izahdan ibarət hissəsi.

TƏHQİQ (ID - 38772)

is. [ər.] Həqiqəti üzə çıxarmaq, bir şeyin düzgün olub-olmadığını müəyyən etmək məqsədilə araşdırma; təhqiqat (əsasən “etmək” və “olmaq” köməkçi feilləri ilə işlənir). Bir neçə gündən sonra Kamil.. işin...

TƏHQİQAT (ID - 38773)

is. [ər. “təhqiq” söz. cəmi] Təhqiq etmə, araşdırma, yoxlama. Məhkəmə təhqiqatı. - [Şərif Almaza:] Orası bizə də, kəndimizə gələn təhqiqat [komissiyasına] da məlumdur. C.Cabbarlı. □ Təhqiqat aparmaq - həqiqəti ortaya...

TƏHQİQATÇI (ID - 38774)

is. Təhqiqat aparan rəsmi şəxs.

TƏHQİR (ID - 38775)

is. [ər.] Heysiyyətini alçaltma, mənliyinə toxunma, şərəfsiz etmə; həqarət, alçalma, alçaltma. [Xəyyam:] Xəyyamə nə lazımdı ki, zəncir; Onsuz da köləndir, bu nə təhqir? H.Cavid. [Qulu:] Mən belə təhqirlərə dözə bilmərəm....

TƏHQİRAMİZ (ID - 38776)

[ər. təhqir və fars. ...amiz] bax təhqiredici. Qonşunun təhqiramiz sözü yenə Güldəstənin yadına düşdü. Çəmənzəminli.

TƏHQİRANƏ (ID - 38777)

[ər. təhqir və fars. ...anə] bax təhqiredici. [Zəhra] Həsənin ona əl qaldırmasını və təhqiranə sözlərini heç cür unuda bilmirdi. M.Ibrahimov.

TƏHQİREDİCİ, TƏHQİRLİ (ID - 38778)

sif. Heysiyyəti alçaldan, mənliyinə toxunan, təhqir edən; təhqiramiz, təhqiranə. Təhqiredici söz. - Xan şahın bu təhqirli məktubundan sınmadı. Çəmənzəminli. [Bəndalının anası] ona təhqirli (z.) baxır. Mir Cəlal.

TƏHLİL (ID - 38779)

is. [ər.] 1. Tamı, bütövü tərkib hissələrinə, tərkib ünsürlərinə ayırmaqdan ibarət elmi tədqiqat üsulu (tərkib əksi). // Bax analiz. Kimyəvi təhlil. Qanın təhlili.
Bir şeyi gözdən keçirmə, araşdırma, tədqiq etmə. Tənqidi...

TƏHLÜKƏ (ID - 38780)

is. [ər.] 1. Qorxu törədən hal; xətər, xətərli iş. Özünü təhlükəyə atmaq.
2. Xoşagəlməz, qorxulu, ağır bir hadisənin baş vermək ehtimalı. Hər yerdə müharibə təhlükəsindən böyük nifrət və həyəcanla danışırlar....

TƏHLÜKƏLİ (ID - 38781)

sif Təhlükəsi olan, həyat üçün qorxusu olan; xətərli, qorxulu. Təhlükəli vəziyyət. Təhlükəli iş. Təhlükəli yol. - Parovozlar isə təhlükəli dairədən qatarları çəkərək uzağa apardı. Ə.Sadıq. // Fəlakətlə, uğursuzluqla...

TƏHLÜKƏSİZ (ID - 38782)

sif. Heç bir təhlükəsi, qorxusu olmayan; xətərsiz. Təhlükəsiz vəziyyət. - Su yolu dəmir yoldan daha təhlükəsiz və nisbətən etibarlı idi. A.Şaiq.

TƏHLÜKƏSİZLİK (ID - 38783)

is. Heç bir təhlükə olmadığı hal, vəziyyət, şərait. Beynəlxalq təhlükəsizlik. Yol hərəkəti təhlükəsizliyi. □ Təhlükəsizlik texnikası - iş şəraitinin təhlükəsizliyini təmin edən əmək vasitələri və üsulları sistemi....

TƏHR (ID - 38784)

TƏHRİF (ID - 38785)

is. [ər.] Bir sözün, ifadənin hərflərini dəyişdirməklə mənasını, mahiyyətini pozma, yanlış şəklə salma. □ Təhrif etmək - dəyişərək nöqsanlı etmək, korlamaq, yanlış şəklə salmaq. Fikri təhrif etmək. Əsərin məzmununu...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed