
TƏFTİŞis. [ər.] 1. İşlərin düzgünlüyünü və qanuni olub-olmadığını yoxlamaq məqsədilə hər hansı idarə və ya vəzifəli şəxsin fəaliyyətinin təhqiq edilməsi, yoxlanması. Bürcəliyev açılmış qapıdan təftiş heyəti işləyən otağı dinlədi. S.Rəhimov. [Yusif Həsrətə:] Təftiş komisyonunun sədri fağırın biridir. B.Bayramov. □ Təftiş etmək - yoxlamaq, yoxlama aparmaq, təhqiqat aparmaq. [Qarovul] ..diqqətli bir surətdə malların hamısını təftiş etməyə başladı. B.Talıblı. [Hümmət aqronoma:] Bura köməyə gəlmisiniz, ya təftiş eləməyə? Bayramov.
2. Hər hansı dünyagörüşünün və ya nəzəriyyənin əsasını sarsıtmaq və ya təhrif etmək məqsədilə onun müddəalarını nəzərdən keçirmə. Paylaşın - Hamı bilsin
|