
TƏHLÜKƏLİsif Təhlükəsi olan, həyat üçün qorxusu olan; xətərli, qorxulu. Təhlükəli vəziyyət. Təhlükəli iş. Təhlükəli yol. - Parovozlar isə təhlükəli dairədən qatarları çəkərək uzağa apardı. Ə.Sadıq. // Fəlakətlə, uğursuzluqla nəticələnə bilən. Təhlükəli siyasət. Təhlükəli başlanğıc. - [Səlim və Məryəm] ayrılığa dözə bilmir, çox təhlükəli addım atırdılar. İ.Qasımov.
Paylaşın - Hamı bilsin
|