
TƏFAVÜTis. [ər.] İki adam və ya iki şey arasındakı fərqli cəhət; fərq. [Tarverdi:] Fəqət yenə bilmədim ki, şeytan ilə bu Aslanın təfavütü nədədir? C.Cabbarlı. [Qoca:] Bizim üçün şah və gəda - təfavütü yoxdur. A.Divanbəyoğlu. □ Təfavüt qoymaq - bir-birindən fərqləndirmək, fərq qoymaq. Duz ilə doşaba təfavüt qoymur. (Ata. sözü). Təfavüt etməmək (eləməmək) - fərqi olmamaq. [Mozalan bəy:] Sizin üçün də təfavüt eləməz. Ə.Haqverdiyev.
Paylaşın - Hamı bilsin
|