İzahlı lüğət

TAY5 (ID - 38486)

“Ta” (4-cü mənada) sözünün danışıq dilində işlənən forması. Hökumət adamları Nəbinin dalıncan tay kəndə gəlmirdilər. “Qaçaq Nəbi” . [Süleyman:] Naharı elədik, tay nə oturaq, dur gedək bağa. Ə.Haqverdiyev.

TAYA (ID - 38487)

is. Üst-üstə yığılmış ot, taxıl, saman, odun və s. qalağı (yığmı). Taxıl tayası. Küləş tayası. - Bir tərəfdən tayanın dibində su bardağı, çörək düyünçəsi, əyin paltarı və bir neçə boş çuval. C.Məmmədquluzadə....

TAYACIQ (ID - 38488)

is. Kiçik taya, balaca taya. Ot tayacığı. Saman tayacığı.

TAYALAMA (ID - 38489)

“Tayalamaq”dan f.is.

TAYALAMAQ (ID - 38490)

f Otu, küləşi, pambığı, taxılı və s.-ni saxlamaq üçün bir yerə toplayıb taya düzəltmək, taya vurmaq. Pambığı tayalamaq. - [Arvadlar] ..çoxdan quruyub qotmanlarda qalan otu tayalayırdılar. Ə.Əbülhəsən. [Sadıq:] Yəqin Iskəndər...

TAYALATMA (ID - 38491)

“Tayalatmaq”dan f.is.

TAYALATMAQ (ID - 38492)

icb. Ot, küləş, taxıl, pambıq və s.-ni saxlamaq üçün toplayıb taya düzəltdirmək, taya vurdurmaq. Qurumuş otu tayalatmaq. Pambığı tayalatmaq.

TAYAVURAN (ID - 38493)

is. Ot, taxıl, pambıq və s.-dən taya düzəldən maşın və s. // Sif. mənasında. Tayavuran maşın.

TAYAYAQ(LI) (ID - 38494)

bax tayqılça(lı). Tayayaq qoca.

TAYBATAY (ID - 38495)

zərf Hər iki tayı tamamilə açıq halda. Pəncərə taybatay açıqdır. - Mən özümü eşitməməzliyə qoyub, qapını taybatay açdım. Qantəmir. Çox çəkmədi ki, darvaza cırıltı ilə taybatay açıldı. Q.Ilkin.

TAY-BƏRABƏR (ID - 38496)

bax bərabər 4-cü mənada. Bütün dağlılar arasında Iskəndər bəyin adı söylənirdi. igidlikdə, at çapmaqda, düşmən bağrı yarmaqda tay-bərabəri yox idi. Ə.Haqverdiyev. Ürəyini boşaldıb, baxdı ata oğluna; Tay-bərabər görmədi...

TAYBUYNUZ(LU) (ID - 38497)

bax birbuynuzlu1. Taybuynuz öküzün halı belədir ki, onun buynuzunun biri yoxdur və belə olan surətdə o yazıq, necə ki lazımdır, özünü xata və bəladan mühafizə edə bilmir. F.Köçərli.

TAYDƏYİŞİK (ID - 38498)

sif. Cüt olmayan, komplekt olmayan, dəyişik salınmış. Taydəyişik tufli. □ Taydəyişik düşmək - bütövlüyü, tamlığı, komplektliliyi pozulmaq, birinin yerinə başqası düşmək, yerləri səhv düşmək. Ayaqqabılar taydəyişik düşüb....

TAYFA (ID - 38499)

is. [ər. taifə] 1. Sinifli cəmiyyətdən əvvəlki dövrdə adamların qohumluq münasibətinə, dil və ərazi ümumiliyinə əsaslanan birliyi; qövm. Köçəri tayfalar.
dan. Xalq, millət mənasında.
dan. Qohum, qəbilə, qohum-əqrəba....

TAYGÖZ(LÜ) (ID - 38500)

1. Bax birgözlü 1-ci mənada. [Xan] qəbul otağına keçəndə taygöz yasavulbaşını qapıda gördü. M.Rzaquluzadə.
2. sif. Bir gözünün şüşəsi olmayan və ya sınıq olan (eynək, binokl və s. haqqında). Sarxan əlindəki taygözlü...

TAYKEŞ (ID - 38501)

bax taydəyişik. [Uşaqlar:]Molla əmi, başmağın niyə taykeşdir? Mir Cəlal.

TAYQA (ID - 38502)

[yakutcadan] Avropa, Asiya və Amerikanın şimalında çətin keçilən iynəyarpaqlı meşələr zonası.

TAYQILÇA(LI), TAYQIÇ(LI) (ID - 38503)

TAYQOL(LU) (ID - 38504)

bax birəlli1 1-ci mənada. Tayqollu muzdur imperialları sanayıb gördü ki, iki yüz imperialdır. S.M.Qənizadə.

TAYQULAQ(LI) (ID - 38505)

sif. Bir qulağı olmayan, bir qulağı kəsik. Tayqulaq Kəblə Novruza rast gəldim. M.S.Ordubadi.

TAYQULP (ID - 38506)

is. Birqulplu kiçik qazan, tava, suqabı və s. [Mürsəl:] ..[Anam] yumurta bişirmək üçün aldığım təzə tayqulpa qıymır. Mir Cəlal.

TAYLAŞDIRMA (ID - 38507)

“Taylaşdırmaq”dan f.is.

TAYLAŞDIRMAQ (ID - 38508)

f . 1. Bir-birinə oxşayan, bir-birinə uyğun gələn şeyləri qruplaşdırmaq.
2. bayt. Müxtəlif xüsusiyyətlərinə görə uyğun gələn erkək və dişi heyvanları seçib cütləşdirmək.

TAYLAŞMA (ID - 38509)

“Taylaşmaq”dan f.is.

TAYLAŞMAQ (ID - 38510)

f . Tay olmaq, bərabər olmaq, bərabərləşmək; uyğunlaşmaq.

TAYTAQ (ID - 38511)

sif və is. Axsaq, çolaq.

TAYTAQLIQ (ID - 38512)

is. Axsaqlıq, çolaqlıq.

TAYTIMA (ID - 38513)

“Taytımaq”dan f.is.

TAYTIMAQ (ID - 38514)

f . Axsamaq.

TAY-TUŞ (ID - 38515)

top. Həmyaş və ya hər cəhətdən bir-birinə uyğun olan adamlar, yaxın yoldaşlar, yaşıdlar. [Şahbaz bəy:] Mənim taytuşlarım tamam mərifət sahibi olub, qulluq edib, hörmət, izzət tapıb xoşbəxt olublar. M.F.Axundzadə. Şahmar nənəsini...

TAZI (ID - 38516)

is. Bərkqaçan, uzunqıçlı, arıq, qıvraq ov iti cinsi. Dovşana qaç deyir, tazıya tut. (Ata. sözü). Ovçular qızılquş, tazı, tula götürüb ova çıxırlar. A.Şaiq.

TAZİYANƏ (ID - 38517)

is. [fars.] köhn. 1. Qırmanc, qamçı. [Koroğlu] Qırata bir taziyanə vurdu. “Koroğlu” .
2. məc. ədəb. Kiçik satirik şeir. Sabirin taziyanələri.

TE (ID - 38518)

“T” hərfinin və bu hərflə işarə olunan samitin adı.

TEATR (ID - 38519)

[yun. teatros] 1. İncəsənətin, aktyorların tamaşaçılar qarşısında göstərdikləri səhnə tamaşaları vasitəsilə həyatı bədii surətdə əks etdirən növü. Azərbaycan teatrının tarixi. - Hüseynin indi yadına düşdü ki, Həbib...

TEATRŞÜNAS (ID - 38520)

is. [yun. teatros və fars. ...şünas] Teatrşünaslıq mütəxəssisi.

TEATRŞÜNASLIQ (ID - 38521)

is. Sənətşünaslığın, teatrın inkişafını, onun ictimai həyatda rol və əhəmiyyətini öyrənən sahəsi.

TEFLON (ID - 38522)

is. ABŞ-da istehsal olunan sintetik materiallardan birinin ticarətdə işlədilən adı.
s

TEXMİNİMUM (ID - 38523)

[yun. techne və lat. minimum] Texniki minimum müəyyən ixtisas sahəsində çalışan fəhləyə lazım olan biliklərin məcmusu, həmçinin fəhlələrin istehsalatdan ayrılmadan müəssisədə aldıqları texniki təhsil. Texminimum dərnəyi.

TEXNİK (ID - 38524)

[yun. technike] 1. Texnikanın müəyyən sahəsində çalışan orta texniki təhsilli mütəxəssis. Mühəndislər və texniklər. Mədən texniki. Texnik-elektrik.
2. Texnika sahəsində işləyən adam.
□□ Diş texniki - diş protezi qayıran...

TEXNİKA (ID - 38525)

[yun. technike - bacarıq, ustalıq] 1. İctimai istehsalda tətbiq edilən alət və vasitələrin məcmusu, habelə insanın onları öyrənmək, tətbiq etmək və təkmilləşdirmək sahəsindəki fəaliyyəti. Elm və texnika. Texnikanın inkişafı....

TEXNİKUM (ID - 38526)

[yun.] Orta ixtisas təhsili verən texniki və ya ümumiyyətlə, peşə məktəbi. Tikinti texnikumu. Kənd təsərrüfatı texnikumu. Texnikuma daxil olmaq.

TEXNOLOGİYA (ID - 38527)

[yun. techne və loqos məfhum, elm] İstehsal proseslərini həyata keçirmək üsul və vasitələri haqqında biliklərin məcmusu, habelə bu üsulların özü.

TEXNOLOJİ (ID - 38528)

sif. [yun.] Texnologiyaya aid olan, texnologiya üsulları ilə əlaqədar olan. Texnoloji institut. Texnoloji bilik. Texnoloji tələblər.

TEXNOLOQ (ID - 38529)

[yun.] İstehsalın müəyyən sahəsinin texnologiya mütəxəssisi. Mühəndis-texnoloq. Kimyaçı-texnoloq.

TEİZM (ID - 38530)

is. [yun.] Allahın fövqəltəbii vücud kimi varlığına, bütün maddi və mənəvi proseslərə onun zəka və iradəsinə təsir göstərməsini qəbul edən dini, fəlsəfi təlim.

TEKSTOLOGİYA (ID - 38531)

is. [lat.] Filologiya və tarix elmlərinin mətnlərin tədqiqi və nəşri ilə məşğul olan sahəsi; mətnşünaslıq.

TEKTONİK (ID - 38532)

sif. [yun.] geol. 1. Yer qabığının hərəkətinə və deformasiyasına aid olan, onun nəticəsi olan. Tektonik zəlzələ. Tektonik dağlar.
2. Yer qabığının quruluşu və inkişafına aid olan. Tektonik xəritə. Tektonik dövr.

TEKTONİKA (ID - 38533)

[yun. tektonike - tikinti sənəti] Geologiyanın, yer qabığının quruluşunu, hərəkət və deformasiya qanunauyğunluqlarını öyrənən sahəsi.

TEL1 (ID - 38534)

is. 1. Saçın hər bir dənəsi. Məryəm qara saçlarından üç tel ayırdı. “Əsli və Kərəm” . // Ümumiyyətlə, saç. Telini daramaq. - Gülsəhər kəlağayını irəli çəkib, sağ əli ilə telini sığalladı, köksünü ötürdü....

TEL2 (ID - 38535)

is. məh. Düyü unu və şəkərdən bişirilən tel şəklində ağ və kövrək şirniyyat növü. [Novruz] bayramında və oruc(luq) bayramında tel, paxlava, peşmək və s. həlviyyat xonçası üstə bir əlbəsəlik ipək parça labüd gedəcəkdir....

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed