İzahlı lüğət

TƏNƏLİ (ID - 39086)

sif. Tənə ilə deyilən, tənə ilə dolu; məzəmmətli. Tənəli sözdənsə, iti qılınc. (Ata. sözü). [Musa] iş yoldaşlarının tənəli baxışlarını gördükdən sonra daha səy etmədi. S.Vəliyev.

TƏNƏZZÖH (ID - 39087)

is. [ər.] Ekskursiya, səyahət.

TƏNƏZZÜL (ID - 39088)

is. [ər.] 1. Enmə, aşağı düşmə; geriləmə, dala getmə, geri getmə, inkişafdan qalma (tərəqqi ziddi). inkişaf və tənəzzül. Kapitalizmin tənəzzülü. □ Tənəzzül etmək enmək, aşağı düşmək, geriləmək, geri getmək, dala...

TƏNG (ID - 39089)

sif. [fars.] Dar, sıx. ..Məlum edirəm ki, yazdığınız namələr öz vaxtında gəlib yetişibdi. Cavab yazmamağıma bais vaxtın təng olmağıdı. “Mol. Nəsr.” [Cəfər kişi:] Srağagün vaqon doldururduq, yük çox idi, taylar ağır,...

TƏNGİMƏ (ID - 39090)

“Təngimək”dən f.is.

TƏNGİMƏK (ID - 39091)

bax təngləşmək 2-ci mənada. Od tökür, od tökür günəş ağzından; Torpağın nəfəsi təngiyir hərdən. S.Vurğun.

TƏNGİŞDİRMƏ (ID - 39092)

“Təngişdirmək”dən f.is.

TƏNGİŞDİRMƏK (ID - 39093)

icb. 1. Sıxmaq (paltar haqqında).
2. Əsəbiləşdirmək, ürəyini sıxmaq, darıxdırmaq. [Əhməd:] [Cəmilə] öz-özünü də daha yorub üzməz və təngişdirməz. S.Rəhimov.

TƏNGİŞMƏ (ID - 39094)

“Təngişmək”dən f.is. Mirzə özü də bu darıxmaqlığın, bu təngişmənin səbəbini bilmir, açıq-aydın edə bilmirdi. S.Rəhimov.

TƏNGİŞMƏK (ID - 39095)

TƏNGİTMƏ (ID - 39096)

“Təngitmək”dən f.is.

TƏNGİTMƏK (ID - 39097)

bax təngləşdirmək 2-ci mənada. Asfaltın boğuq istisi adamın nəfəsini təngidirdi. M.Hüseyn.

TƏNGLƏŞMƏ (ID - 39098)

“Təngləşmək”dən f.is.

TƏNGLƏŞMƏK (ID - 39099)

f . 1. Təngə gəlmək, cana gəlmək, bezmək. Katib təngləşib çıxardı, baş qoşmazdı. Mir Cəlal.
2. Təng olmaq, sıxılmaq, nəfəsi çətinləşmək, ürəyi sıxılmaq, təngimək. Bir axşam ürəyim yenə təngləşdi. T.Ş.Simurq....

TƏNGLİK (ID - 39100)

is. Təngnəfəslik, çətin nəfəs alma, hava çatışmazlığı. [Cuma] köksündə nə isə bir tənglik, bundan başqa, boğazında da bir quruluq hiss edirdi. Ə.Əbülhəsən.

TƏNGNƏFƏS (ID - 39101)

zərf [fars. təng və ər. nəfəs] Nəfəsi kəsilə-kəsilə, nəfəsi tutula-tutula; tez, cəld. [Şair] dəli kimi irəli atıldı, təngnəfəs özünü içəri saldı. Ə.Məmmədxanlı. - Yoldaş Cəlalov! Yoldaş Cəlalov! - deyə, Nailə təngnəfəs...

TƏNGNƏFƏSLİK (ID - 39102)

is. Nəfəs təngliyi, çətinliklə nəfəs alma, boğulma, nəfəsi çatmama, hava çatışmazlığı. Hidayətə gözləmədiyi halda, birdən-birə təngnəfəslik gəldi. B.Bayramov. // Astma, sinəgirlik xəstəliyi.

TƏNHA (ID - 39103)

sif və zərf [fars.] 1. Tək, yalnız, yalqız. Səhrayə düşüb günəş misali; Tənha yürür oldu laübali. Füzuli.
2. Kimsəsiz, adamsız. Bu anda qarşıdakı tindən bir neçə qaraltı çıxaraq, tənha küçə ilə mənə tərəf irəliləməyə...

TƏNHALIQ (ID - 39104)

is. 1. Təklik, yalnızlıq, yalqızlıq, kimsəsizlik. Könlümü tənhalıq eylərdi pərişan sinədə; Olmasaydı cəm hər yanımda peykanın görüb. Füzuli.
2. Boş yer, kimsəsiz yer, adam olmayan yer; issızlıq. [Qasım:] Mən bu tənhalıqda...

TƏNQİD (ID - 39105)

is. [ər.] 1. Yaxşı cəhətlərini üzə çıxarmaq, nöqsanlarını göstərmək və düzəltmək məqsədilə müzakirə, təhlil. Tənqid və özünütənqidi inkişaf etdirmək. - [Hikmət Kamal:] Biz görürük ki, yoldaş Əmrulla bolşevik tənqidindən...

TƏNQİDÇİ (ID - 39106)

is. Tənqidlə məşğul olan adam (bax tənqid 3-cü mənada). Musiqi tənqidçisi. Tənqidçinin qeydləri. Teatr tənqidçisi. - Pis tənqidçilər tez unudulur, amma yaxşı əsərlər qalır. M.Hüseyn. // Tənqid edən. Tənqidçimiz göstərir...

TƏNQİDİ (ID - 39107)

sif. [ər.] 1. Tənqidə həsr edilmiş, tənqid mahiyyətində olan, tənqid edən (bax tənqid 3-cü mənada). Tənqidi əsər. - ...Canbalayevin ilk tənqidi məqalələri otuzuncu illərdə çıxmışdı. İ.Hüseynov. // Zərf mənasında. Əsəri...

TƏNQİT (ID - 39108)

is. [ər.] köhn. bax durğu işarələri (“durgu” da).

TƏNLƏŞDİRİLMƏ (ID - 39109)

“Tənləşdirilmək”dən f.is.

TƏNLƏŞDİRİLMƏK (ID - 39110)

bax bərabərləşdirilmək.

TƏNLƏŞDİRMƏ (ID - 39111)

“Tənləşdirmək”dən f.is.

TƏNLƏŞDİRMƏK (ID - 39112)

bax bərabərləşdirmək.

TƏNLƏŞMƏ (ID - 39113)

“Tənləşmək”dən f.is.

TƏNLƏŞMƏK (ID - 39114)

bax bərabərləşmək.
Gecə-gündüz tənləşir; Hava hərdən çənləşir. Səhhət.

TƏNLİK (ID - 39115)

is. riyaz. Bir və ya bir neçə məchul kəmiyyəti olan və həmin məchul kəmiyyətlərin müəyyən qiymətləri zamanı öz bərabərliyini saxlayan riyazi bərabərlik. Diferensial tənlik. Birməchullu tənlik.

TƏNTƏNƏ (ID - 39116)

is. [ər.] 1. Təmtəraq, dəbdəbə, büsat. Nəsillər! Qulaq asın diqqətlə bir də mənə; Göydəndüşmə deyildir bu calal, bu təntənə. S.Rüstəm. ..Qızın göz yaşlarına baxmayaraq, zahiri bir təntənə ilə şirnisini içdilər. M.İbrahimov....

TƏNTƏNƏLİ (ID - 39117)

sif. və zərf 1. Təntənə ilə keçirilən; dəbdəbəli, təmtəraqlı, əzəmətli. Təntənəli iclas. - Əqd gecəsi çox təntənəli keçmişdi. S.Hüseyn.
2. Ruh yüksəkliyi ilə, təmtəraqla, təmtəraqlı surətdə. [Sürəyya:] Tanış...

TƏNTİK (ID - 39118)

sif. dan. 1. Sadədil, sadəlövh. Təntik qoca.
Ağzı söz tutmayan, sözləri aydın deyə bilməyən. [Əlləzoğlu] tövşüyə-tövşüyə papağı ilə tərini sildi, təntik (z.) halda kəkələdi. İ.Hüseynov.
Tələsik, tələsə-tələsə....

TƏNTİKLƏMƏ (ID - 39119)

“Təntikləmək”dən f.is.

TƏNTİKLƏMƏK (ID - 39120)

bax təntimək.

TƏNTİKLİK (ID - 39121)

is. dan. 1. Sadədillik, sadəlövhlük.
2. Ağzı söz tutmama, sözləri aydın deyə bilməmə.

TƏNTİMƏ (ID - 39122)

“Təntimək”dən f.is.

TƏNTİMƏK (ID - 39123)

f dan. Tələsmək, darıxmaq, hövsələsini itirmək, tələsməkdən canı sıxılmaq. Baş çatlayır istidən; Göydən yerə od yağır; Dəvələr də təntiyib; Yeriyir ağır-ağır. B.Vahabzadə. [Nailə:] Allah məni öldürsün, qardaş, lap...

TƏNTİTMƏ (ID - 39124)

“Təntitmək”dən f.is.

TƏNTİTMƏK (ID - 39125)

f . Tələsdirərək çaşdırmaq, sıxma-boğmaya salmaq. Abdulla [quldurları] təntitdi. Ə.Vəliyev. [Gülsənəm:] Gör bir uşağı nə təntidiblər! M.Hüseyn. Əhməd indicə atı ilə bərabər Qadirin qayadan yuvarlanacağını dəhşətlə...

TƏNUMƏND (ID - 39126)

sif. [fars.] Boylu-buxunlu, qədd-qamətli. Ucaboylu, tənumənd qadın irəli yeriyib, oğlunun üzündən öpdü. Ə.Haqverdiyev. iki tənumənd kişi qarşı-qarşıya dayanmışdı. B.Bayramov.

TƏNZİF (ID - 39127)

is. [ər.] Əsasən sarğı materialı kimi işlədilən seyrək toxunmuş nazik pambıq parça; cuna. [Gülyaz] tələsik çəkməsini çıxarıb tənziflə ayağının yarasını sarıdı. Q.İlkin. [Səməndər:] Yaralanan yerə yod vurub, tənziflə...

TƏNZİM (ID - 39128)

is. [ər.] Nizama salma (salınma), qaydaya salma (salınma), nizamla(n)ma. □ Tənzim etmək - nizama salmaq, qaydaya salmaq. [Musa dayı] ..novdan tökülən suyu tənzim etmək üçün yenə də mexaniki bir şey qayırmışdır. İ.Əfəndiyev.

TƏNZİMÇİ (ID - 39129)

bax tənzimedici, tənzimləyici. Tənzimçi orqan.

TƏNZİMEDİCİ, TƏNZİMLƏYİCİ (ID - 39130)

is. və sif Bir prosesi və ya onun ayrı-ayrı anlarını nizama salan, tənzim edən qurğu, mexanizm, cihaz, alət və s. tənzimçi. Tənzimedici (tənzimləyici) qayka.

TƏNZİMLƏMƏ (ID - 39131)

“Tənzimləmək”dən f.is.

TƏNZİMLƏMƏK (ID - 39132)

f Tənzim etmək, nizama salmaq, qaydaya salmaq.

TƏPCƏK (ID - 39133)

is. 1. Təpilmiş və ya yumşaq torpağı bellə döyəcləyib bərkitmə. □ Təpcək vurmaq - torpağı bellə döyəcləyib bərkitmək. Arx qazanda [Gülşən] kimi təpcək vuran olmazdı. Ə.Vəliyev.
2. Tüfəngin döşə dirənən (təpən)...

TƏPÇEVİR (ID - 39134)

sif. və zərf k.t. Torpağı başaşağı çevirməkdən ibarət təpmə üsulu. Təpçevir təpmək.

TƏPÇİMƏ (ID - 39135)

“Təpçimək”dən f.is.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed