
TƏNGİŞMƏKf Təng olmaq, çətinliklə nəfəs almaq, tövşümək, ürəyi sıxılmaq. [Gövhər xanım:] Oturub bir az özümü havaya verim, nəfəsim təngişir. S.S.Axundov. Ər-arvad içəridə çəkişdi, axırda Şəbistan təngişib bayıra çıxdı. S.Rəhimov.
Paylaşın - Hamı bilsin
|