İzahlı lüğət

TƏNQİD

is. [ər.] 1. Yaxşı cəhətlərini üzə çıxarmaq, nöqsanlarını göstərmək və düzəltmək məqsədilə müzakirə, təhlil. Tənqid və özünütənqidi inkişaf etdirmək. - [Hikmət Kamal:] Biz görürük ki, yoldaş Əmrulla bolşevik tənqidindən qorxur və metodoloji cəhətcə yabançı olan bir əsəri keçirmək istəyir. C.Cabbarlı. // dan. Bir şey haqqında mənfi fikir, rəy. Hər şeyi tənqid etmək.
Bir şeyin düzlüyünün, səhihliyinin elmi cəhətdən yoxlanması, tədqiq olunması. Tarixi mənbələrin tənqidi.
Ədəbi-bədii, elmi və s. əsərlərin təhlili ilə məşğul olan xüsusi ədəbi janr. Ədəbi tənqid. Teatr tənqidi. // Tənqidi məqalə (yazı). Əsər haqqında qəzetdə böyük tənqid çıxıb. Tənqidin müəllifi kimdir?
□□ Heç bir tənqidə layiq deyil - cüzi tələblərə cavab verməyən şey haqqında.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed