İzahlı lüğət

TƏNG

sif. [fars.] Dar, sıx. ..Məlum edirəm ki, yazdığınız namələr öz vaxtında gəlib yetişibdi. Cavab yazmamağıma bais vaxtın təng olmağıdı. “Mol. Nəsr.” [Cəfər kişi:] Srağagün vaqon doldururduq, yük çox idi, taylar ağır, vaxt təng. M.İbrahimov. 0 Təngə gəlmək - bezmək, bezikmək, usanmaq, cana gəlmək, bıqmaq, bezar olmaq. [İmran:] ..Məni çox incidir ki, təngə gəlib gedəm. S.S.Axundov. [Bədəl:] Camaat xanların zülmlərindən təngə gəlib. Ə.Haqverdiyev. Təngə gətirmək - bezikdirmək, usandırmaq, cana gətirmək, bıqdırmaq, zəhləsini aparmaq, bezar etmək. [Hacı Murad:] Daha məni təngə gətirmisən. S.S.Axundov. [Dilənçilər] bəzi adamları təngə gətirib bezikdirmək və zəhlələrini aparmaqla da pul alırdılar. Ə.Sadıq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed