
TƏNGNƏFƏSzərf [fars. təng və ər. nəfəs] Nəfəsi kəsilə-kəsilə, nəfəsi tutula-tutula; tez, cəld. [Şair] dəli kimi irəli atıldı, təngnəfəs özünü içəri saldı. Ə.Məmmədxanlı. - Yoldaş Cəlalov! Yoldaş Cəlalov! - deyə, Nailə təngnəfəs halda özünü yetirdi. H.Seyidbəyli.
Paylaşın - Hamı bilsin
|