İzahlı lüğət

TEL3 (ID - 38536)

“Teleqram” sözünün qısaltması. [Hacı Salman:] Hacı əmin sənə qurban, bu teli bir oxu. N.Vəzirov. [Göyçək Ümidə:] [Çiçək] getdi ki, nazirliyə vurduğu telin cavabını soruşsun. B.Bayramov.

TELBASAN (ID - 38537)

is. Saçları başda düzgün saxlamaq üçün qadınların saçlarına sancdıqları əşya.
tele... [yun. tele - uzaq] Mürəkkəb sözlərin birinci tərkib hissəsi olub, “uzaq məsafələrə işləyən, verilən, göndərilən, uzaq məsafələrdən...

TELEFON (ID - 38538)

[yun. tele və phone - səs] Danışığı uzaq məsafəyə verən qurğular sistemi - elektrik rabitə növü; habelə danışıq üçün siqnal zəngi və əldə tutmaq üçün dəstəsi olan aparat. □ Telefon etmək (eləmək) - zəng etmək, telefonla...

TELEFONÇU (ID - 38539)

is. 1. Telefon stansiyası işçisi.
2. Telefon xətti çəkən hərbi rabitəçi. Telefonçu bölməsi.

TELEFONLAŞDIRILMA (ID - 38540)

“Telefonlaşdırılmaq”dan f.is.

TELEFONLAŞDIRILMAQ (ID - 38541)

məch. Telefonla, telefon rabitəsi ilə təmin edilmək.

TELEFONLAŞDIRMA (ID - 38542)

“Telefonlaşdırmaq”dan f.is. Telefonlaşdırma işləri.

TELEFONLAŞDIRMAQ (ID - 38543)

f Telefonla, telefon rabitəsi ilə təmin etmək. Kəndi telefonlaşdırmaq.

TELEFONOQRAM (ID - 38544)

[yun. tele, phone və gramma] Telefon vasitəsilə verilən və qəbul edilərkən yazılan rəsmi məlumat; habelə üzərində belə məlumat yazılmış blank. Telefonoqram müzakirəyə qoyulurkən qapı açıldı. M.S.Ordubadi.

TELEKİNO (ID - 38545)

[yun.] Televiziya verilişlərinin böyük kinoekranlarda göstərilməsi.

TELEKS (ID - 38546)

is. [ing.] Beynəlxalq abonent teleqrafının telefonlu rabitə şəbəkəsi.

TELEQRAF (ID - 38547)

[yun. tele və grapho - yazıram] 1. Təcili məlumatları tez uzaq məsafəyə verən elektrik və ya radio rabitəsi növü. □ Teleqraf agentliyi - öz ölkəsinin və xarici ölkələrin həyatına dair mətbuat orqanlarına iqtisadi, siyasi və...

TELEQRAFÇI (ID - 38548)

is. Teleqramları qəbul edən və verən teleqraf işçisi. Birdən teleqrafçı daxil olub Kərbəlayı Xəlilə bir teleqram verdi. T.Ş.Simurq.

TELEQRAFXANA (ID - 38549)

is. [yun. tele, grapho və fars. ...xanə] bax teleqraf 2-ci mənada.

TELEQRAM (ID - 38550)

[yun. tele və gramma - yazı] Teleqrafla verilən xəbər, məlumat, habelə məlumat yazılmış blank. Təbrik teleqramı. Teleqram göndərmək. Evdən teleqram almaq. - Xəlil izin almadan onun kabinetinə girəndə Tərlan yenicə alınmış teleqramları...

TELEMEXANİKA (ID - 38551)

[yun. tele və mechanike] xüs. 1. İstehsal proseslərinin rabitə vasitələrinin köməyilə uzaq məsafədən idarə olunması.
2. Bu cür idarə vasitə və üsullarını öyrənən elm sahəsi.

TELEMEXANİKLƏŞDİRMƏ (ID - 38552)

is. İstehsal proseslərini uzaq məsafədən idarə etmək üçün rabitə vasitələrin tətbiq etmək.

TELEOBYEKTİV (ID - 38553)

[yun. tele və lat. objectum] Uzaqda olan şeylərin şəklini iri miqyasda çəkmək üçün foto və ya kinoaparat obyektivi.

TELEPATİYA (ID - 38554)

is. [yun.] Hiss orqanlarının köməyi ilə fikir və hisslərin məsafəyə ötürülməsi.

TELESKOP (ID - 38555)

[yun. tele və skopeo - baxıram] Göy cisimlərini müşahidə etmək üçün optik astronomiya cihazı.

TELETAYP (ID - 38556)

[ing. teletype] Yazı maşını tipli klaviaturası olan, hərf çap edən teleqraf aparatı.

TELETAYPÇI (ID - 38557)

is. Teletaypda işləyən rabitə işçisi.

TELEVERİLİŞ (ID - 38558)

is. Televiziya verilişi. Televeriliş vaxtı. Televeriliş proqramı.

TELEVİZİYA (ID - 38559)

[yun. tele və lat. visio - görmə] Əksin elektrik və ya radiorabitə vasitəsilə uzaq məsafəyə verilməsi. Televiziya proqramı. Televiziya antenası. □ Televiziya mərkəzi - televiziya verilişləri üçün texniki vasitələrlə təchiz olunmuş...

TELEVİZOR (ID - 38560)

[yun. tele və lat. visio - görmə] Televiziya verilişlərini və onların səsini qəbul edən radiotexniki qurğu, cihaz. Saat iki olar. Uşaqlar üçün; Televizor kino verəcək bu gün. M.Rahim.

TELLİ (ID - 38561)

sif. Telləri olan; tellərini alnına tökmüş; saçlı.

TELLÜR (ID - 38562)

is. [lat.] Elementlərin dövrü sisteminin VI qrupunda kimyəvi element.

TELSİZ (ID - 38563)

sif. Telləri olmayan, saçsız.

TEMA (ID - 38564)

[yun.] bax mövzu.

TEMATİK (ID - 38565)

sif. [yun.] Müəyyən mövzuya (temaya) aid. Mühazirələrin tematik planı. // Hər hansı bir mövzuya (temaya) həsr olunmuş. Tematik sərgi. Tematik konsert.

TEMATİKA (ID - 38566)

[yun. thematike] Mövzular, mövzular məcmusu. Elmi əsərlərin tematikası. Ədəbiyyatda istehsalat tematikası.

TEMBR (ID - 38567)

[fr. timbre] Hər bir səs və ya musiqi aləti üçün səciyyəvi olan xüsusi səs keyfiyyəti, səs çaları; ton. Musiqi ifadəliyinin bir çox mühüm ünsürləri (kök, vəzn, tembr və sairə) məhz melodiyanın tərkibində birləşərək bir...

TEMP (ID - 38568)

[lat. tempus - vaxt] 1. Musiqi əsərinin ifasının sürət dərəcəsi. Sürətli tempdə uvertüra. Ariyanın tempi. // idm. Təkrar edilən hərəkətlərin və ya müntəzəm hərəkətin sürət dərəcəsi. Qaçış tempi. Oyun sürətli tempdə...

TEMPERAMENT (ID - 38569)

is. [lat.] Şəxsiyyətin psixi fəaliyyətində dinamik cəhətlərin xarakteristikası.

TEMPERATUR (ID - 38570)

[lat. temperatura - vəziyyət] 1. Cismin istilik dərəcəsi. Havanın temperaturu. Suyun temperaturu.
2. İnsanın sağlamlıq vəziyyətini göstərən istilik dərəcəsi. Xəstənin temperaturunu ölçmək. Yüksək temperatur. // dan. Xəstəlik...

TENDENSİYA (ID - 38571)

is. [alm.] 1. Meyil, fikir, ideya gedişatı.
2. Təmayül.

TENDER1 (ID - 38572)

is. [ing.] Paravozun su, yanacaq saxlanılan hissəsi.

TENDER2 (ID - 38573)

is. [ing.] 1. Təklif, arzu.
2. Müsabiqə (təkliflər müsabiqəsi).

TENNİS (ID - 38574)

[ing. lawn tennis] Oyunçuların xüsusi meydançada topu raketkaların zərbəsilə tor üstündən bir-birinə atmasından ibarət idman oyunu. □ Stolüstü tennis - bax pinqponq.

TENNİSÇİ (ID - 38575)

is. Tennis oynayan oyunçu. Tennisçilərin yarışı.

TENOR (ID - 38576)

[ital.] Ən uca zil kişi səsi. // Belə səsi olan müğənni. Tenor artist.

TENT (ID - 38577)

[ing.] Günəş və yağışdan qorunmaq üçün parusin örtük. Avtomaşının tenti.

TEOLOGİYA (ID - 38578)

is. [yun.] İlahiyyat, din elmi.

TEOREM (ID - 38579)

[yun. theorema - fikirləşirəm] Düzgün sübutlarla müəyyən edilən riyazi müddəa. Teoremi sübut etmək. Pifaqor teoremi.

TEPLOXOD (ID - 38580)

[rus.] Daxili yanacaq mühərriki ilə hərəkətə gətirilən gəmi.

TEPLOVOZ (ID - 38581)

[rus.] Daxili yanacaq mühərriki ilə hərəkətə gətirilən lokomotiv. Teplovoz sürmək.

TERAPEVT (ID - 38582)

[yun. therapeutes - xəstəyə qulluq edən] Daxili xəstəliklər mütəxəssisi olan həkim, can həkimi.

TERAPİYA (ID - 38583)

[yun. therapeia - qulluq etmə, müalicə] Təbabətin, daxili xəstəlikləri öyrənməklə məşğul olan sahəsi və onların dərmanlar və qeyri-cərrahi vasitələrlə müalicəsi.

TERMİN (ID - 38584)

[lat. terminus - hədd, sərhəd]
Elm, texnika, incəsənət və s. müəyyən ixtisas sahəsinə aid anlayışı dəqiq ifadə edən söz (və ya söz birləşməsi); istilah.
Məntiqdə: hökmün tərkib elementi (subyekt və predikat).

TERMİNATOR (ID - 38585)

is. [lat.] İşıqla kölgənin sərhədi.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed