İzahlı lüğət

TƏRPƏTMƏK (ID - 39286)

f . 1. Hərəkətə gətirmək, hərəkət etdirmək; qımıldatmaq. Kərim baba sükut ilə başını tərpətdi. A.Şaiq. [Rəşid] ani olaraq uzun kirpiklərini döyərək qara, nazik qaşlarını tərpətdi. M.ibrahimov. // Əsdirmək, titrətmək,...

TƏRS (ID - 39287)

is. və sif 1. Bir şeyin əks tərəfi, arxası, dalı. Nəzarətçi söyüş söydü və sağında dayanmış növbətçinin qırmızı yanağına əlinin tərsi ilə ağır bir şillə vurdu. M.Hüseyn. [Veys] ..səliqəsiz qara bığlarını əlinin...

TƏRSA (ID - 39288)

is. [fars.] klas. Xristian, xaçpərəst, isəvi. Tərsa qızı (xristian qız). - Qövmi-tərsayə mən tanıtdım rah. Füzuli. Sərasər sövdayieşqi tərsanın; Apardı əqlini Şeyx Sənanın. Q.Zakir.

TƏRSANƏ (ID - 39289)

is. [ər. darüssəna-dan] is. Gəmi düzəldilən və təmir olunan yer, verf, zavod.

TƏRSƏ (ID - 39290)

sif. və zərf Tərs, əks, tərsinə, əksinə. Hacının oğlu çox bədbin bir adamdır. Hər şeyə şübhə ilə baxır, hər sözdən tərsə bir məna çıxarmaq istəyir. Qantəmir.

TƏRSƏSİNƏ (ID - 39291)

zərf Əksinə, ziddinə, tərsinə. Bəli, zəmanə dolandı və dəyirman tərsəsinə çevrildi.. C.Məmmədquluzadə.

TƏRSİM (ID - 39292)

is. [ər.] Rəsm çəkmə, cızma.

TƏRSİNƏ (ID - 39293)

bax əksinə. Diqqət edib baxsan əgər dərsinə; Hər şeyi təlim eləyir tərsinə. M.Ə.Sabir. [Mozalan bəy:] Amma burada işlər tərsinədir. Ə.Haqverdiyev.

TƏRSLİK (ID - 39294)

is. Tərs adamın xasiyyəti; inadcıllıq, inadçılıq, inadkarlıq, höcətlik. Kolxoz sədri Qara kişinin tərsliyini bilirdisə də, yenə bir şey deməkdən özünü saxlaya bilmədi. Ə.Əbülhəsən. □ Tərslik eləmək (etmək) inad etmək,...

TƏRTƏMİZ (ID - 39295)

sif. Lap təmiz, olduqca təmiz. Qırxılıb çənəsi, buxaq tərtəmiz; Durur qabağında örtüklü bir miz. H.K.Sanılı. [Nuriyyə:] Stəkanları bir dəqiqənin içində yuyub tərtəmiz (z.) sildim. İ.Əfəndiyev.

TƏR-TƏZƏ (ID - 39296)

bax təptəzə. Tər-təzə otların ətri insanı bihuş edirdi. C.Cəbrayılbəyli. Bina təzə, ağac təzə, yer təzədir; Ördəklərin yuvası da tər-təzədir. H.Hüseynzadə.

TƏRTİB (ID - 39297)

is. [ər.] 1. Ayrı-ayrı hissələri, şeyləri seçib birləşdirərək tam bir şey əmələ gətirmə, düzəltmə, yaratma. Dərsliyin tərtibi. Smeta tərtibi. Lüğət tərtibi. - Iş məntəqələri, zavodlar, sexlər, emalatxanalar öz planlarını...

TƏRTİBAT (ID - 39298)

is. [ər. “tərtib” söz. cəmi] 1. Tərtib olunmuş bir şeyin xarici görünüşünü, görkəmini təşkil edən xüsusiyyətlərin (kitabın, qəzetin şəkillərinin, şriftlərinin, ya səhnə tamaşasının dekorasiya və geyimlərinin və...

TƏRTİBATÇI (ID - 39299)

is. Tərtibat işləri ilə məşğul olan, kitabın, tamaşanın tərtibatını verən adam. // Sif. mənasında. Tərtibatçı rəssam.

TƏRTİBÇİ (ID - 39300)

is. Tərtib işləri ilə məşğul olan, tərtib edən adam. Lüğətin tərtibçisi. Tənqidi mətnin tərtibçisi.

TƏRZ (ID - 39301)

is. [ər.] 1. Üsul, qayda. Ey dilbəranə tərzdə cövlan edən çocuq! M.Ə.Sabir. Arvad gözucu vərəqəyə baxıb, bir ağzının qalın dodaqlarını iyrənc bir tərzdə büzdü. H.Seyidbəyli.
2. İzafət birləşməsinin birinci tərəfi...

TƏSADÜF (ID - 39302)

is. [ər.] 1. Baş vermiş gözlənilməyən, nəzərdə tutulmayan hadisə; qəziyyə, vəqə, əhvalat. [Tosya Fəraməzə:] Neçin bir neçə ay əvvəl təsadüf bizi bir-birimizə rast gətirdi? Çəmənzəminli.
2. Gözlənilmədən rastlaşma,...

TƏSADÜFƏN (ID - 39303)

zərf [ər.] Gözlənmədən, gözlənilmədən, təsadüfi olaraq, təsadüfi. Təsadüfən Nəbi o gün yoldaşlarını Dəvəboynuna göndərmişdi. “Qaçaq Nəbi” . Haman qəribə “ovçunun” təsadüfən vurduğu bu göyərçini götürüb...

TƏSADÜFİ (ID - 39304)

sif. [ər.] 1. Nəzərdə tutulmadığı, gözlənilmədiyi halda baş verən, təsadüf nəticəsində olan. Təsadüfi görüş. Təsadüfi uyğunluq. - Rüstəm [Şərəfoğluna] üçüncü dəfə tamamilə təsadüfi olaraq, 1942-ci ildə Ukraynada...

TƏSBEH (ID - 39305)

is. [ər.] Zikr edilən duaları saymaq, indi isə məşğuliyyət üçün istifadə edilən sapa keçirilmiş muncuq və s. dənələri düzümü. Molla İbrahimxəlil sabah vaxtı səccadə üstündə başında əmmamə, əlində uzun təsbeh, dizi...

TƏSBİT (ID - 39306)

TƏSDİQ (ID - 39307)

is. [ər.] Deyilən sözün, başqasının mülahizəsinin, yaxud bir sənədin, faktın və s.-nin gerçək olduğunu iqrar etmə, təsdiqləmə. // Yəqinlik. [Ağasəfər] pis xəbərin təsdiqini eşidəcəyindən qorxdu, qondarma bir vəcdlə ətrafına...

TƏSDİQEDİCİ (ID - 39308)

sif. Təsdiq edən, gerçəkliyini, doğruluğunu, həqiqiliyini qəbul edən; razılıq, təsdiq, qəbul bildirən. Təsdiqedici cavab. Təsdiqedici nəzər.

TƏSDİQLƏMƏ (ID - 39309)

“Təsdiqləmək”dən f.is.

TƏSDİQLƏMƏK (ID - 39310)

f Təsdiq etmək. Məclisdəkilər də mehtər Murtuzun sözünü təsdiqlədilər. “Koroğlu” . Gülxan Gülşənin dediklərini təsdiqlədi. Ə.Vəliyev.

TƏSDİQNAMƏ (ID - 39311)

is. [ər. təsdiq və fars. ...namə] Bir şeyin təsdiq edilməsi haqqında rəsmi kağız, sənəd.

TƏSƏDDÜQ (ID - 39312)

is. [ər.] Sədəqə vermə; yoxsullara, dilənçilərə verilən pul və s.; sədəqə. □ Təsəddüq etmək - sədəqə vermək.

TƏSƏK (ID - 39313)

is. Adətən gecə başa qoyulan toxunmuş və ya parçadan tikilmiş papaq; araqçın. Nə əynində arxalıq görürəm, nə başında naxışlı təsək. R.Rza. ..Sonanın atası başında təsək, gözlərində eynək olduğu halda.. məcmuələrdən...

TƏSƏLLİ (ID - 39314)

is. [ər.] Bir acını az da olsa unutduracaq, dərdi, qəmi yüngülləşdirəcək, təskin edəcək söz, nəsihət və ya yaxşılıq; ovundurma, təskinlik. Bir təsəllidir sənə ol söz ki derlər var sübh. Füzuli. Bu təsəlli mənə bəsdir,...

TƏSƏLLİVERİCİ (ID - 39315)

sif. Təsəlli verən, təsəlliyə səbəb olan; təskinedici. Təsəlliverici xəbər.

TƏSƏRRÜF (ID - 39316)

is. [ər.] 1. Yiyələnmə, zəbt etmə.
2. Qənaətlə işlətmə.

TƏSƏRRÜFAT (ID - 39317)

is. [ər.] 1. iqt. Hər hansı bir ictimai quruluşun istehsal üsulu, istehsal münasibətlərinin məcmusu. Kapitalist təsərrüfatı. Natural təsərrüfat. Sadə əmtəə təsərrüfatı. Kapitalist təsərrüfat sistemi.
İstehsala xidmət edən,...

TƏSƏRRÜFATÇI (ID - 39318)

is. Sənayenin, kənd təsərrüfatının hər hansı sahəsinin təsərrüfatına rəhbərlik edən adam. Təsərrüfatçı [Qədirə] qırıq bir taxt göstərib dedi: - Hələlik ötüş! Mir Cəlal.

TƏSƏRRÜFATÇILIQ (ID - 39319)

is. Təsərrüfatı yaxşı, qənaətlə idarə etmə bacarığı.

TƏSƏRRÜFATSIZLIQ (ID - 39320)

is. Təsərrüfatı idarə edə bilməmə və ya pis idarə etmə nəticəsində əmələ gələn vəziyyət, pozğunluq, qənaətsizlik. Təsərrüfatsızlığa qarşı mübarizə.

TƏSƏVVÜF (ID - 39321)

is. [ər.] bax mistika.

TƏSƏVVÜR (ID - 39322)

is. [ər.] 1. Xəyala gətirmə, xəyalən göz qabağına gətirmə. Ucsuz-bucaqsız bir meşə təsəvvür edin. - Xanım .. Qafqazın şəklini xəyalına gətirərək onu füsunkar bir ölkə kimi təsəvvür edirdi. Çəmənzəminli. // Xəyal,...

TƏSHİH (ID - 39323)

is. [ər.] 1. Yazı və s.-də səhvləri, nöqsanları düzəltmə; düzəliş. □ Təshih etmək - düzəliş aparmaq, düzəltmək. Firidun öz məqaləsini bir də oxudu, .. bəzi təshihlər etdi. M.İbrahimov.
2. köhn. Korrektura. İftadə...

TƏSXİR (ID - 39324)

is. [ər.] Ələ keçirmə, zəbt etmə.

TƏSİR (ID - 39325)

is. [ər.] 1. Əsər etmə və bunun nəticəsində əmələ gələn hal, əlamət, iz. Təsir altında olmaq. Təsir altına düşmək. Günəş şüalarının bədənə xoş təsiri. - Küləyin təsirindən sonra ocağın qırağında oturmaq Giləyə...

TƏSİREDİCİ (ID - 39326)

sif. Təsir edən, təsir göstərən, təsirli. Hüseyn çox mülayim və təsiredici səsi olan bu müəllimin danışıqlarına diqqətlə qulaq asırdı. S.Rəhimov.

TƏSİRLƏNMƏ (ID - 39327)

“Təsirlənmək”dən f.is.

TƏSİRLƏNMƏKf (ID - 39328)

Təsir altına düşmək, bir şeyin təsirini hiss etmək. // Kədərlənmək, doluxsunmaq, riqqətə gəlmək, mütəəssir olmaq. Kişi daha da təsirləndi. Mir Cəlal.

TƏSİRLİ (ID - 39329)

sif. Təsir edən, təsir göstərən, təsiri olan, təsiredici. Təsirli musiqi. Təsirli dərman. - Xoş və təsirli bir səs meşəyə yayıldı. Ə.Sadıq. Mən bu təsirli musiqinin və nəğmənin hələ çox uzanmasını arzu edirdim. M.Rzaquluzadə.
□□...

TƏSİRLİK (ID - 39330)

is.: təsirlik hal qram. - ismin kimi, nəyi (müəyyən təsirlik hal), bəzən də kim, nə (qeyri-müəyyən təsirlik hal) suallarına cavab olan halı.

TƏSİRLİLİK (ID - 39331)

is. Təsir etmə; təsir qabiliyyəti (gücü). Dərmanın təsirliliyi. Musiqinin təsirliliyi.

TƏSİRSİZ (ID - 39332)

sif. Təsir etməyən, təsir göstərməyən, heç bir təsiri olmayan, nüfuz etməyən. Təsirsiz nitq.
□□ Təsirsiz feil qram. - vasitəsiz tamamlıq tələb edən feil. “Yuyunmaq” və “yatmaq” təsirsiz feillərdir.

TƏSİRSİZLİK (ID - 39333)

is. Təsir etməmə, nüfuz etməmə, heç bir təsiri olmama. Dərmanın təsirsizliyi. Sözün təsirsizliyi.

TƏSİS (ID - 39334)

is. [ər.] Əsasını, binasını, təməlini qoyma; qurma, yaratma. □ Təsis etmək - əsasını, təməlini qoymaq, yaratmaq. O vaxtlar hökumət təsis edən məktəblərin proqramında xala xətrin qalmasın babətindən həftədə bir neçə saat...

TƏSİSAT (ID - 39335)

is. [ər. “təsis” söz. cəmi] kit. 1. Qurulmuş, təsis edilmiş, yaradılmış müəssisələr, idarələr, qurğular.
2. İctimai idarə; ictimai quruluşun, nizam və qaydanın bu və ya başqa forması. Siyasi təsisat.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed