
TƏSƏLLİis. [ər.] Bir acını az da olsa unutduracaq, dərdi, qəmi yüngülləşdirəcək, təskin edəcək söz, nəsihət və ya yaxşılıq; ovundurma, təskinlik. Bir təsəllidir sənə ol söz ki derlər var sübh. Füzuli. Bu təsəlli mənə bəsdir, olar asudə halım. A.Səhhət. □ Təsəlli vermək - dərdinə, qəminə şərik olub onu sakitləşdirmək, ürək-dirək vermək, təskinlik vermək. Zərnigar dərdini deyib, başladı ağlamağa. Qarı qıza təsəlli verib, durub gəldi padşahın yanına. (Nağıl). Elə bil [Məşədibəy] əlini Səlimin çiyninə qoyub təsəlli verirdi. M.Hüseyn. Təsəlli tapmaq - sakitləşmək, dərdini unutmaq.
Paylaşın - Hamı bilsin
|