
TƏSADÜFİsif. [ər.] 1. Nəzərdə tutulmadığı, gözlənilmədiyi halda baş verən, təsadüf nəticəsində olan. Təsadüfi görüş. Təsadüfi uyğunluq. - Rüstəm [Şərəfoğluna] üçüncü dəfə tamamilə təsadüfi olaraq, 1942-ci ildə Ukraynada rast gəldi. M.İbrahimov.
Hərdənbir, təsadüfdən-təsadüfə olan, baş verən, əldə edilən; daimi olmayan. Təsadüfi gəlir. Lazımi qədər əsası, səbəbi olmadığı halda, səbəbsiz törəyən, zərurətdən doğmayan, qanunauyğun törəməyən. “Anamın kitabı” nı Cəlil Məmmədquluzadə yaradıcılığında təsadüfi bir hadisə hesab etmək olmaz. M.İbrahimov. Paylaşın - Hamı bilsin
|