
TƏSİRis. [ər.] 1. Əsər etmə və bunun nəticəsində əmələ gələn hal, əlamət, iz. Təsir altında olmaq. Təsir altına düşmək. Günəş şüalarının bədənə xoş təsiri. - Küləyin təsirindən sonra ocağın qırağında oturmaq Giləyə o qədər xoş gəldi ki... Ə.Vəliyev. □ Təsir etmək - 1) əsər etmək, təsiri olmaq, nüfuz etmək. Söz ona təsir etmir. Nə qədər dedik, təsir etmədi. Dərman yaxşı təsir etdi; 2) riqqətləndirmək, kədərləndirmək. Bu səs adama ağır təsir edir. Xəbər bizə çox təsir etdi. - Bu sözlər Göyüşə təsir etdi. Mir Cəlal. ...təsiri bağışlamaq - bir şey haqqında bu və ya başqa fikir oyatmaq, təsəvvür yaratmaq.
2. Müəyyən bir enerjinin, gücün, qüvvənin özünü büruzə verməsi, göstərməsi. Mexaniki təsir. Qüvvənin cismə təsiri. Paylaşın - Hamı bilsin
|