İzahlı lüğət

TARAQ-TARAQ, TARAQ-TURUQ (ID - 38386)

is. Təkrar edən, davamlı taqqıltı səsi. Mədəniyyət evinin yeni binasında taraq-turuq səsindən qulaq çatlayırdı. M.İbrahimov. Hey atılır güllələr; Atılır taraq-taraq. B.Vahabzadə.

TARAN (ID - 38387)

[rus., əsli. yun.] hərb. 1. Öz təyyarəsini, gəmisini, ya tankını düşmən təyyarəsinə, gəmisinə, ya tankına zərblə vurmaqdan ibarət döyüş üsulu. Birdən gur səs ilə deyir ucadan: - Gülləm yoxsa əgər, üsul var! Taran! M.Rahim.
Düşmənin...

TARANLAMAQ (ID - 38388)

f . hərb. 1. Öz təyyarəsinin, gəmisinin və ya tankının gövdəsi ilə düşmən təyyarəsinə, gəmisinə və ya tankına zərbə endirmək. Düşmən təyyarəsini (tankını) taranlamaq.
2. Taran (2-ci mənada) üsulu ilə düşmənin cəbhəsini...

TARANTELLA (ID - 38389)

is. [ital.] Coşqun xarakterli italyan xalq rəqsi.

TARAŞ (ID - 38390)

is. [fars.] 1. Qırxma. □ Taraş etdirmək - qırxdırmaq. Başını taraş etdirmək. Taraş etmək - qırxmaq. Üzünü taraş etmək. 2. köhn. Üzdən, üstündən səthi surətdə yonma. □ Taraş etmək - üzdən yonmaq. Karandaşları taraş...

TARAŞLAMA (ID - 38391)

“Taraşlamaq”dan f.is.

TARAŞLAMAQ (ID - 38392)

f Taraş etmək, qırxmaq. Saqqalını taraşlamaq.

TARAŞLI (ID - 38393)

sif. Taraşlanmış, taraşla yonulmuş. □ Taraşlı stəkan - tin-tin stəkan.

TARAZ (ID - 38394)

[fars.] 1. sif. və zərf Düz, dümdüz, bərabər, eyni bərabərdə, eyni vəzndə. Boş tərəzinin gözləri bir-birilə taraz gəlmədi. [Kosa] daş götürdü, pərsəng atdı, qıraqları çürümüş çanaqları birtəhər düzəlişdirdi. S.Rəhimov....

TARAZI (ID - 38395)

[fars. tərazu] bax tərəzi.

TARAZLAMA (ID - 38396)

“Tarazlamaq”dan f.is.

TARAZLAMAQ (ID - 38397)

f . Düzləmək, taraz etmək, bərabərləşdirmək. Tərəzinin gözlərini tarazlamaq. - ..Kamil özünü qabağa atıb sükanı burdu, pozulmuş müvazinəti tarazladı və qayığı batmaqdan qurtardı. M.Süleymanov.

TARAZLANMA (ID - 38398)

“Tarazlanmaq”dan f.is.

TARAZLANMAQ (ID - 38399)

qayıd. Düzlənmək, birbirinə taraz olmaq.

TARAZLAŞDIRILMA (ID - 38400)

“Tarazlaşdırılmaq”dan f.is.

TARAZLAŞDIRILMAQ (ID - 38401)

məch. Taraz edilmək, müvazinətləşdirilmək.

TARAZLAŞDIRMA (ID - 38402)

“Tarazlaşdırmaq” dan f.is.

TARAZLAŞDIRMAQ (ID - 38403)

f . Düzləşdirmək, müvazinətləşdirmək, uyğunlaşdırmaq. Hər anda inersiya qüvvəsi ilə nöqtəyə təsir edən qüvvələr və reaksiya qüvvələri bir-birini tarazlaşdırır. Z.Xəlilov.

TARAZLAŞMA (ID - 38404)

“Tarazlaşmaq”dan f.is.

TARAZLAŞMAQ (ID - 38405)

qarş. Düzləşmək, taraz olmaq, bərabərləşmək, müvazinəti bir-biri ilə uyğunlaşmaq. Mənfi balansda bədənin qida maddələri dağılır, maddələr tarazlaşanda isə onların gəliri çıxarına bərabər olur. “Ümumi zootexniya”...

TARAZLIQ (ID - 38406)

is. 1. Üfüqi cəhətdən düzlük. Divarın tarazlığını yoxlamaq.
2. İki şeyin bir-biri ilə uyğunluğu, eyni ağırlıqda, vəzndə olması; müvazinət. Tərəzi gözlərinin tarazlığı.

TARÇALAN, TARÇI (ID - 38407)

is. Tarda çalan çalğıçı; tarzən. Ey tarçı, çal, oxu! Könlümü al, oxu! M.Müşfıq. Qurban təzə-təzə əlinə tar almağa başladığı zamanlar Qarabağda tarçalan Sadıq yaşayırdı. İ.Əfəndiyev.

TARÇILIQ (ID - 38408)

is. Tar çalma sənəti, tarçı peşəsi.

TARIM (ID - 38409)

zərf Tarımlanmış, bərk dartılıb çəkilmiş halda olan (adətən “çəkmək” , “çəkilmək” feilləri ilə işlənir). İpi (məftili) tarım çəkmək. - Kotan yerə işlədikcə zəncir tarım çəkilir, öküzlər yamac yuxarı .....

TARIMLAMA (ID - 38410)

“Tarımlamaq”dan f.is.

TARIMLAMAQ (ID - 38411)

f . Tarım çəkmək, bərk dartıb çəkmək, tarım etmək. İpi (burazı) tarımlamaq.

TARIMLIQ (ID - 38412)

is. Tarım çəkilmiş ipin, zəncirin və s.-nin halı.

TARİF (ID - 38413)

[fr.] Rəsmən müəyyən edilmiş ödünc, vergi, rüsum, maaş və s. miqdarı (cədvəli). Gömrükxana tarifi. Əmək haqqı tarifi. Poçt tarifi.

TARİFLƏŞDİRİLMƏ (ID - 38414)

“Tarifləşdirilmək”dən f.is.

TARİFLƏŞDİRİLMƏK (ID - 38415)

məch. Tarifləşdirmə aparılmaq.

TARİFLƏŞDİRMƏ (ID - 38416)

“Tarifləşdirmək”dən f.is. Tarifləşdirmə komissiyası.

TARİFLƏŞDİRMƏK (ID - 38417)

f. Vergi və ya ödünc obyektlərinin təsnifi əsasında tarif təyin etmək, tarifləşdirmə aparmaq. Müxtəlif işləri tarifləşdirmək.

TARİX (ID - 38418)

is. [ər.] 1. Bir hadisənin baş verdiyi, cərəyan etdiyi vaxt; keçmiş həyata aid olub adamların hafizəsində qalmış fakt və hadisələrin məcmusu. Tarixin təcrübəsi göstərir ki... Məsələnin tarixi. - [Nüşabə:] Şanlı tariximiz...

TARİXÇƏ (ID - 38419)

bax tarix 4-cü mənada. Teymurun ismayılzadələrlə dostluğunun tarixçəsini yaxşı bilən imanov zarafat tərzində Qüdrətə dedi.. M.Hüseyn. Kənddə olmuş hər bir hadisənin, salınan hər bağın, əkilən hər ağacın, tikilən hər evin...

TARİXÇİ (ID - 38420)

is. Tarix mütəxəssisi; tarix elmi ilə məşğul olan alim; tarixşünas.

TARİXƏN (ID - 38421)

sif [ər.] Tarixə görə, tarix etibarilə, tarix baxımından. Tarixən düzgün qiymətləndirmək. Tarixən doğru deyil.

TARİXİ (ID - 38422)

sif. [ər.] 1. Həqiqətən olmuş, həqiqətə uyğun olan, uydurma olmayan. Tarixi fakt. Tarixi şəxsiyyət. Tarixi şərait. Tarix üçün əhəmiyyəti olan, tarixə daxil olmuş; əhəmiyyətli, əlamətdar. Tarixi qurultay. - Bakı ən mühüm,...

TARİXİ-HİCRİ (ID - 38423)

is. [ər.] Hicri tarix (Məhəmmədin Məkkədən Mədinəyə köçdüyü vaxtdan hesablanan müsəlman təqvimi).

TARİXİLİK (ID - 38424)

is. 1. Hər hansı bir şey və ya hadisənin törəməsinin və inkişafının, onu doğuran konkret tarixi şəraitlə bağlı olaraq öyrənilməsi, hadisələrə tarixi yanaşma prinsipi.
2. Tarixi faktlarla uyğunluq, tarixən dəqiq və düz...

TARİXİ-MİLADİ (ID - 38425)

is. [ər.] Miladi tarix (İsanın anadan olduğu gündən hesablanan təqvim).

TARİXLİ (ID - 38426)

sif. Tarixi yazılmış, yazıldığı vaxt qeyd olunmuş, göstərilmiş. 1977-ci il 15 may tarixli məktub. 2 avqust tarixli “Molla Nəsrəddin” jurnalı.

TARİXNƏVİS (ID - 38427)

[ər. tarix və fars. ...nəvis] köhn. bax tarixyazan. [Şah Abbas:] Fərraş göndər, Sərdar Zaman xanı, Mirzə Yəhyanı, Möhsün xanı, tarixnəvis Iskəndər bəyi, Molla Səmədi hüzuruma çağır. M.F.Axundzadə.

TARİXSİZ (ID - 38428)

sif. Tarixi qoyulmamış, yazıldığı vaxt (il, ay, gün) göstərilməmiş. Tarixsiz məktub. Tarixsiz sənəd.

TARİXŞÜNAS (ID - 38429)

[ər. tarix və fars. ...şünas] bax tarixçi.

TARİXYAZAN (ID - 38430)

is. Şahidi olduğu hadisələri qələmə alan, ümumiyyətlə, hadisələri yazan şəxs; tarixçi, tarixnəvis.

TARİK1 (ID - 38431)

is. [ər.] köhn. Tərk edən, gedən, dünyadan əl üzən.

TARİK2 (ID - 38432)

sif. [ər.] 1. Qaranlıq.
2. Qara.

TAR-QAVAL (ID - 38433)

top. Tar və qaval (və bəzən kamançadan) ibarət çalğı. Bu zaman doğrudan da tar-qaval səsi gəldi. M.Hüseyn.

TARLA (ID - 38434)

is. Taxıl, pambıq, qarğıdalı və s. əkilmiş böyük sahə, əkin (yeri); zəmi. Bu qız üç gün əvvəl atası ilə çəltik tarlasında çalışırdı. Mir Cəlal. □ Tarla düşərgəsi tarlada işləyənlərin istirahəti, yeyib-içməsi...

TARLAÇI (ID - 38435)

is. Tarlada işləyən kolxozçu və ya sovxoz fəhləsi. Tarlaçıların yarışı.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed