İzahlı lüğət

TARAZ

[fars.] 1. sif. və zərf Düz, dümdüz, bərabər, eyni bərabərdə, eyni vəzndə. Boş tərəzinin gözləri bir-birilə taraz gəlmədi. [Kosa] daş götürdü, pərsəng atdı, qıraqları çürümüş çanaqları birtəhər düzəlişdirdi. S.Rəhimov. □ Taraz olmaq - bərabər olmaq, bərabərləşmək. O gün ki fəsli-yaz olur; Gecə, gündüz taraz olur. A.Səhhət.
2. is. xüs. Dülgərlikdə, torpaq və bənnalıq işlərində səthin düzlüyünü yoxlamaq üçün alət. ..Fəhlələryer qazar, evin binəsini qoyar, usta taraz ilə ölçər, .. başlayıb divarı qaldırardı. Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed